Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-820/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, zərərçəkmiş şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 iştirakları ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: «xxxx» Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1304/2021 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 verdiyi izahatında bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1304/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. Qeyd olunan qərar üzrə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılması qəsdən olmamışdır. Baş vermiş anlaşılmazlıqlar nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq cəmiyyət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 verdiyi izahatında bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1304/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1304/2021 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədi borclu «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilməmişdir. Belə ki, mart ayının 12-dən həmin ayın 19-u tarixinədək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Hətta elektrik enrjisinin dayandırılmasını guya, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisənin artıq sərfiyyatla işləməsi ilə əlaqələndirmişlər. Qeyd olunanları nəzərə alaraq «xxxx» Açıq Səhmdar Cəmiyyəti barəsində qanunuyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1304/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilmişdir. İcra sənədi üzrə 12.02.2021-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmişdir. Qeyd olunanlara baxmayaraq məhkəmə qərarı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilməmişdir. 11 mart 2021-ci il tarixdə borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati məsuliyyət haqqında xəbərdarlıq göndərilərək məhkəmə qərarının icrası tələb olunmuşdur. 11 mart 2021-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi ücün bildiriş təqdim edilərək 12.03.2021-ci il tarixində saat 10:00-da məhkəmə qərarının icrasına məsul edilmiş şəxsin şöbəyə dəvət edilməsinə baxmayaraq borclunun nümayəndəsi şöbəyə qəlməmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanında yerləşən xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə gedilmiş və müəssisədə elektrik elektrik enerjisinin olmaması müşahidə edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. 15 mart 2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1304/2021 saylı, 09.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi ücün borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda borclunun nümayəndələri ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə qərarının icrası tələb olunsa da, borclu mart ayının 19-dək məhkəmə qərarını icrasından qərəzli olaraq boyun qaçırmışdır. Qeyd olunanları nəzərə alaraq «xxxx» Açıq Səhmdar Cəmiyyəti barəsində qanunuyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1304/2021 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəsimi rayon məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1304/2021 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədinə əsasən ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinin dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” 12.02.2021-ci il tarixli qərardan, həmin tarixli məlumatdan və bildirişdən, 11 mart 2021-ci il tarixli xəbərdarlıqdan və inzibati məsuliyyət haqqında bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1304/2021 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” 12.02.2021-ci il tarixli qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmiş, həmçinin borcluya 11 mart 2021-ci il tarixli xəbərdarlıq və inzibati məsuliyyət haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1304/2021 saylı, 09 fevral 2021-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisəyə elektrik enerjisinin verilməsinə dair baxış keçirilmiş, lakin məhkəmə qərarının icra edilməməsi müəyyən edilmiş və akt tərtib edilərək imzalanmışdır. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə hüquqi şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «xxxx» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-820/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-820/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver