Məhkəmə qərarları › İş №3(006)-821/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-821/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-821/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edərək göstərmişdir ki, o, X8 ilə müqavilə bağlanmadan onu işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat onun iştirakı olmadan aparılmış, bu barədə ona məlumat verilməmişdir. Bununla da onun təqsirsizliyini sübut edəcək dəlilləri təqdim etmək imkanından məhrum edilmişdir. Buna baxmayaraq “protokolu imzalamaqdan imtina etdi”, “hüquq və vəzifələrinin izah olunmasından imtina etdi” kimi protokolda aparılan qeydlər tamamilə əsassızdır. Barəsində tərtib edilən protokol və qəbul edilmiş qərardan məlumatı olmadan həmin protokolun surətini almaqdan və imza etməkdən imtina etməsi doğru deyil. Barəsində aparılan inzibati icraat haqqında bildiriş və protokol ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Direktoru olduğu “xxxx” MMC-də Nihadə Həsənova işçi kimi işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, həmin şəxsin cəmiyyətlə əmək və ya mülki münasibətləri olmamışdır. Bundan əlavə Dövlət Əmək Müfəttişliyi tərəfindən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qeyri-iş günündə, yəni xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(006)-821/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınsa da, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilmiş, işin tam və hərtəfərli araşdırılması üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: - X8 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış, xx.xx.2020-ci il tarixli, 39/Ə nömrə ilə qeydiyyata alınmış ərizədə qeyd olunur ki, o, oktyabr ayından “Orion Corporation” adlı dərman şirkətinə işə dəvət olunmuş, orada 02 ay 14 gün tibbi nümayəndə kimi çalışmışdır. 05 günlük işdən sonra əmək müqaviləsi imzalamağı tələb etsə də, ona aldadıcı, yalan vəd və məlumatlar verilmiş, guya sənədlərinin Ukraynaya gedib oradan təsdiq olunmasını gözləyirlər. “Orion Corporation” şirkətinin rəhbəri Rumiyyə Kərimovadır. O, hər gün hesabatları ona göndərirdi. Şirkət Nəsimi rayonu, Fizüli küçəsi, 49 saylı ünvanda yerləşən “Fizuli Residence” kompleksinin üçüncü mərtəbəsində fəaliyyət göstərir; - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə “xxxx” MMC-nin direktoru X4 2019-cu ilin oktyabr ayından dekabrın 30-dək X6 əmək və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla “xxxx” MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.500 manat məbləğində cərimə edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən aydın olur ki, tərtib olunmuş xx.xx.2020ci il tarixli, MN ******* saylı protokola əsasən inzibati xəta haqqında işə baxılması xx xxxx 2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir; - poçt göndərişlərinin izlənməsinə dair portaldan çıxarışdan görünür ki, inzibati tənbeh vermə haqqında qərarın göndərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə daxil olmuş məktub xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-yə çatdırılmışdır; - “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli məktubuna əsasən SS639025818AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktub xx.xx.2020-ci il tarixdə 9 saylı poçt şöbəsində qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə xidmət ərazisi üzrə 14 saylı poçt şöbəsinə daxil olmuş, xx.xx.2020-ci il tarixdə isə müvafiq sənədə imza etdirməklə ünvanı üzrə çatdırılmış və məktubun xəbərnaməsi isə göndəriciyə geri qaytarılmışdır. Həmin ərəfədə pandemiya ilə əlaqədar Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun bir sıra strukturlar işləmədiyi üçün məktubun nəzarət-keçid müddətində çatdırılması mümkün olmamışdır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsindən olan çıxarışa görə nazirliyin Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilmişdir. Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramı günlərinin müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 712s saylı Sərəncamı və həmin tarixli “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 461 saylı Qərarına əsasən 2020-ci ildə 20-24 mart tarixləri Novruz Bayramı olduğundan qeyri-iş günü, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üstüstə düşməsi, iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq 26 mart tarixi də istirahət günü hesab edilmişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 113 saylı Qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir. Həmin Qərarın 2-ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir. Sözügedən Qərarın Əlavəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumlarının siyahısına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, “xxxx” MMC-nin direktoru X4 2019-cu ilin oktyabr ayından dekabrın 30-dək X6 əmək və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.500 manat məbləğində cərimə edilmişdir. “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan aydın olur ki, tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokola əsasən inzibati xəta haqqında işə baxılması xx xxxx 2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Həmin bildiriş isə şirkətə “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli məktubundan da məlum olduğu kimi karantin rejimi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Eyni zamanda inzibati tənbeh vermə haqqında qərarın surəti xx.xx.2020-ci il tarixdə əldə olunmuşdur. Lakin buna baxmayaraq inzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin onu imzalamaqdan, hüquq və vəzifələrinin izah olunmasından imtina etməsinə dair qeydlərin aparılması iş üzrə icraatın düzgünlüyünə sual doğurur. İştirak etdiyi məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi barəsində icraat aparılan şəxsə işə baxılması ilə bağlı bildiriş göndərilməsindən əlavə telefonla əlaqə saxlayaraq da məlumat verilməsini qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmiş, X5 izahatları və onun təqdim etdiyi sənədlərdən başqa heç bir əlavə sübut toplanılmamış, şahid ifadələri alınmamış, törədilməsi güman edilən əməllə bağlı barəsində icraat aparılan şəxsdən zəruri məlumatlar əldə olunmamış və onun iştirakı təmin olunmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Bununla da şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar