Məhkəmə qərarları › İş №3(006)-822/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-822/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-822/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 12E9LC2), sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2023-cü il tarixdə, saat 16:30-da Bakı Şəhər Reklam İdarəsi tərəfindən fərdi sahibkar K.Ş.Hüseynliyə məxsus ünvan 2 ünvanında yerləşən “FİX Kimyəvi Təmizləmə” adlı obyektin i**********0001-0002 nömrəli icazənin şərtlərini pozub açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, K.Ş.Hüseynli Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Reklam İdarəsinin nümayəndəsi P.İ.Səbizov K.Ş.Hüseynlinin barəsində olan inzibati iş üzrə icraata xitam verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, P.İ.Səbizov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, K.Ş.Hüseynli Bakı Reklam İdarəsinə müraciət edərək reklam yerləşdirilməsinə dair icazə verilməsini xahiş etmiş, ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icazə verilmişdir. Daha sonra sonuncu ona hesablanmış aylıq rüsum ödənişləri etməmiş, müqavilə şərtlərini pozmuş, nəticədə ödənilməmiş 1.640 (bir min altı yüz qırx) manat, 79 (yetmiş doqquz) qəpik borcu yaranmış və bu əsasla barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin sonuncu yaranmış borcdan 820 (səkkiz yüz iyirmi) manat 40 (qırx) qəpik ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs K.Ş.Hüseynli öz izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Reklam İdarəsi müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 138 ünvanında yerləşən “Fix” adlı kimyəvi təmizləmə obyektində xx.xx.2022-ci il tarixdən 12 ay müddətində reklam yerləşdirməsində icazə verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ona icazə verilmişdir. Həmin müqavilədə onu 594 (beş yüz doxsan dörd) manat ümumi, 49 (qırx doqquz) manat 50 (əlli) qəpik isə aylıq ödəniş kimi müəyyən edilmiş, o bu ödənişlərini etmədiyinə və müqavilə şərtlərini pozduğuna görə 1.640 (bir min altı yüz qırx) manat, 79 (yetmiş doqquz) qəpik borcu yığılmış, buna görə də barəsində protokol tərtib edilmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə yaranmış borcun yarı hissəsini, yəni 820 (səkkiz yüz iyirmi) manat 40 (qəpik) məbləğində pulu ödəmişdir. Həmin halı təsdiq edən sənədləri və ödəniş qəbzinin surəti məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, K.Ş.Hüseynlinin barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-cu il tarixli, İ**********0002 saylı və İ**********0001 nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazələrdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 138 ünvanında reklam yerləşdirilməsi üçün K.Ş.Hüseynliyə xx.xx.2022-ci il taridən xx.xx.2023-cü il tarixədək qüvvədə olan icazə verilmişdir. İş materiallarında olan açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 138 ünvanında yerləşən “FİX Kimyəvi Təmizləmə” adlı obyektin üzərində müvafiq haqq vaxtında ödənilmədən 02 ədəd, 9,27 m2 ölçüdə reklam aşkar edilmişdir. İş materiallarında olan müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ünvan 3 ünvanında sizə məxsus “Fix kimyəvi təmizləmə” adlı obyektin üzərində İ**********0001 və İ**********0002 nömrəli icazələrin tələbləri pozularaq müvafiq yayım haqqı məbləği vaxtında ödənilmədən reklam yayımı müəyyən edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam ysrləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin heyata keçirilməsi Qaydası”nı 3-cü bəndini rəhbər tutaraq xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması Sizdən tələb edilir. İcrası məcburi olan göstərişi aldığınız vaxtdan 5 gün ərzində müvafiq yayım haqqı məbləğini ödəməyiniz və ya müvafiq yayım haqqı məbləği vaxtında ödənilmədən davam etdirdiyiniz reklamın yayımlanmasının dayandırılması tələb olunur. Əks təqdirdə, icazənin tələbləri pozularaq müvafiq yayım haqqı məbləği vaxtında ödənilmədən reklam yayımına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş nzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barənizdə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, K.Ş.Hüseynli Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 138 ünvanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi əməlinə yol vermiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsinin fərdi sahibkar K.Ş.Hüseynliyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 11-3-1-2/01-09-307/23 saylı məktubdan görünür ki, K.Ş.Hüseynliyə Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbindən barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi barədə məlumat verilmiş və həmin protokolun surəti ona göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, fərdi sahibkar K.Ş.Hüseynli xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Reklam İdarəsi müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 138 ünvanında yerləşən “Fix” adlı kimyəvi təmizləmə obyektində xx.xx.2022-ci il tarixdən 12 ay müddətində reklam yerləşdirməsində icazə verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ona icazə verilmişdir. Həmin müqavilədə ona 594 (beş yüz doxsan dörd) manat ümumi, 49 (qırx doqquz) manat 50 (əlli) qəpik isə aylıq ödəniş kimi müəyyən edilmiş, o bu ödənişlərini etmədiyinə və müqavilə şərtlərini pozduğuna görə 1.640 (bir min altı yüz qırx) manat, 79 (yetmiş doqquz) qəpik borcu yığılmış, buna görə də barəsində protokol tərtib edilmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə yaranmış borcun yarı hissəsini, yəni 820 (səkkiz yüz iyirmi) manat 40 (qəpik) məbləğində pulu ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda K.Ş.Hüseynli tərəfindən müqavilə şərtlərinin pozulması aradan qaldırıldığı üçün sonuncunun əməlində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin“ müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydaların 2.10-cu maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)“inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs K.Ş.Hüseynli münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, K.Ş.Hüseynlinin barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar