Məhkəmə qərarları › İş №3(006)-836/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-836/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-836/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3755/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli, həmin məhkəmənin 2(006)-7336/2014 saylı, xx.xx.2014-cü il tarixli və 2(006)-3165/2018 saylı, 16 may 2018-ci il tarixli icra vərəqələrinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3755/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli, həmin məhkəmənin 2(006)-7336/2014 saylı, xx.xx.2014-cü il tarixli və 2(006)-3165/2018 saylı, 16 may 2018-ci il tarixli icra sənədləri barədə xəbərdar olmuş və 2015-ci ildən başlayaraq alimenti ödəməyə başlamışdır. O, əvvəllər ödənişləri göndərsə də, onlar rəsmi qaydada olmamış, bəzi hallarda isə ödənişləri qarşı tərəf götürməkdən imtina etmişdir. Hal-hazırda aliment üzrə 4000 ödəniş edir, qalan məbləği isə hissə-hissə ödəmək niyyətindədir. Onun alimenti ödəməkdən yayınmaq niyyəti olmamışdır. Həmçinin, o heç vaxt icra məmurunun çağırışlarından yayınmamışdır. Qeyd olunanları və onun icra sənədinin icrasından yayınmamasını nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3755/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli, həmin məhkəmənin 2(006)-7336/2014 saylı, xx.xx.2014cü il tarixli və 2(006)-3165/2018 saylı, 16 may 2018-ci il tarixli icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildirişlər göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkara aliment borcu tam olaraq ödənilməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tələbkar isə borcun tam olaraq ödənilməsini tələb edir. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7336/2014 saylı, xx.xx.2014-cü il borclu icra sənədi üzrə Şəxs xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X5 xeyrinə ödənilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3165/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi aliment məbləği artırılaraq Şəxs xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək çatanadək saxlanılmaları üçün hər ay hər hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X5 xeyrinə ödənilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3755/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment məbləği artırılaraq Şəxs xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X5 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 02 fevral 2023-cü il tarixli aktdan görünür ki, Şəxs təqdim etdiyi 4000 min manat pul vəsaiti tələbkar X6 tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar