Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-843/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayət vermiş şəxs: X5 vəkili Vəkil Qərarından şikayət verilən orqan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə X12 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X14 Şöbəsinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X12 qeyd olunan qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Xidmətinin X14 Şöbəsinin müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola görə X12 guya Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 hər hansı işlərin (xidmətinin) yerinə yetirilməsinə cəlb etmişdir. Həmin protokol əsasında da X9 Xidmətinin X14 Şöbəsinin rəis müavini X13 tərəfindən 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Lakin protokol və qərar qəbul edilərkən ona heç bir məlumat verilməmiş, nə də izahatı alınmamışdır. X9 Xidmətinin X14 Şöbəsinin əməkdaşları şikayət edən şəxsin izahatı ilə kifayətlənərək onun İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanı törətdiyini əsas gətirərək onu 4.000 manat məbləğində cərimə etmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolda ona xx.xx.2022-ci il tarixdə **********1 saylı dəvət məktubu göndərildiyi, lakin onun protokol tərtib edilərkən iştirak etmədiyi göstərilmişdir. Qeyd olunan məktub onun tərəfindən alınmamış, bu məktubun hansı ünvana göndərilməsi ona məlum deyil. Barəsində belə bir qərarın qəbul edilməsini isə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə dəvət edildikdən sonra öyrənmişdir. O, X2 tanımır, İsmayıllı şəhərində ona məxsus olan hər hansı bir obyekt ümumiyyətlə yoxdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X14 Şöbəsinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 vəkili Vəkil şikayətin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 izahatıda bildirdi ki, X9 Xidmətinin X14 Şöbəsinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verilməmişdir. Belə ki, X5 bu qərardan 2022-ci ilin avqust ayından məlumatı olmuşdur. X5 fəaliyyət göstərdiyi obyekt X14 Şöbəsinin inzibati binasının qarşısında, yəni İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşir. Şöbənin əməkdaşları tərəfindən bu qərar T.Bağırova təqdim edilməsi üçün əlbəəl aparılsa da, obyektdə olan işçi tərəfindən heç bir əsas olmadan qərarın qəbul edilməsindən imtina olunmuşdur. Bundan sonra həmin qərar T.Bağırovun istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə göndərilmiş və o, 03 avqust 2022-ci il tarixdə bu barədə məlumatlandırılmışdır. Qeyd edilənlərdən də məlum olur ki, X12 onun barəsində qəbul edilmiş qərardan məlumatı olmuş, lakin prosessual müddət ərzində həmin qərarı mübahisələndirməmiş, qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Göstərilənlərə əsasən şikayətin geri qaytarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X14 Şöbəsinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət prosessual müddət ötürülməklə verildiyindən və ötürülmüş müddətin bərpasına dair vəsatət əsassız olduğundan, bu müddətin bərpasından imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmaya əsasən X6 məxsus olan 050 ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə, saat 10:32-də “Salam. Daglıq Shirvan regional shobesindendir. Size aid olan senedleri gönderirem. Unvan tapılmadığına gore” məzmunda mətn və aidiyyəti sənədlər göndərilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışa görə 050 ***-**-** saylı mobil telefon nömrəsi X6 məxsusdur. Göründüyü kimi, X6 mübahisələndirilən qərar barədə xx.xx.2022-ci il tarixdə məlumat verilərək bu sənəd ona çatdırılmışdır. Buna görə də hazırda onun tərəfindən verilən şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bu Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132 -ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X14 Şöbəsinin 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-843/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-843/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver