Məhkəmə qərarları › İş №3(006)-85/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-85/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-85/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs rəhbəri X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4, icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X3 barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs MMC barəsində Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icraatında olan 62 ədəd icra sənədi üzrə borclu Şəxs MMC-nin rəhbəri X3 borcları ödəməkdən yayınmışdır. MN seriyalı ******* nömrəli protokola əlavədən görünür ki, Şəxs MMC-nin bugünə olan borcu 108881 manat, 114790,72 ABŞ dolları, 82300 AVRO təşkil edir. Bugünə kimi heç bir ödəniş olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək izahatında göstərdi ki, borclu barəsində icraatda olan 62 icra işi bir icraatda birləşdirilmişdir. MMC-nin bugünə olan borcu 108881 manat, 114790,72 ABŞ dolları, 82300 AVRO təşkil edir. İcra sənədləri üzrə icraata başlama qərarı qəbul olunmuş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, X3 icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Göstərilənləri nəzərə alaraq X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, icra sənədindən məlumatlıdır. Onun bu işlərə aidiyyəti yoxdur. Həmin şirkəti sadəcə onun adına aıblar. Şirkət onun tərəfindən idarə olunmamışdır. Şirkətin nə iş görməsi barədə onun məlumatı yoxdur. O, özü 2-ci qrup əlildir. İcra məmurunun bütün çağırışlarına gəlmişdir, hər hansı bir yayınması olmamışdır. Həmin işlərin ona aidiyyəti olmadığından hər hansı bir ödəniş etməmişdir. O, özü heç yerdə işləmir. Yalnız pensiya ilə dolanır. Göstərilənləri, nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Borclu "BAKU FRUİT” MMC Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4292/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-3981/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-3982/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)- 3666/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-2983/2022 saylı, xx.xx.2022-ci İİ tarixli, 3(006)-2797/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-2982/2022 saylı, xx.xx.2022-ci İİ tarixli, 3(006)-2721/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-3361/2023 saylı, xx.xx.2023cü il tarixli, 3(006)- 2412/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1901/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1722/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1731/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1939/2022 saylı, xx.xx.2022-ci İİ tarixli, 3(006)- 1937/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1938/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1800/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1804/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1639/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1895/2022 saylı, xx.xx.2022ci il tarixli, 3(006)-1885/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1936/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1935/2022 saylı, 3(006)-1802/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1803/2022 saylı, 01,06.2022ci il tarixli, 3(006)-1634/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1718/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1723/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1801/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1638/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)- 1636/2022 saylı, xx.xx.2022-ci il tarixli, 3(006)-1469/2022 saylı, xx.xx.2022-ci il tarixli 3(006)-1268/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(006)-1268/2023 saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 3(006)-1014/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(006)- 1095/2023 saylı, xx.xx.2023-cü İİ tarixli, 3(006)-1101/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(006)-200/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(006)-594/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(006)-693/2023 saylı, xx.xx.2023-cü İİ tarixli, 3(006)-601/2023 saylı, xx.xx.2023cü il tarixli, 3(006)-523/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3(006)-4532/2022 saylı, xx.xx.2022-ci il tarixli olmaqla ümumilikdə 62 icra sənədi üzrə borcludur. İcra vərəqələrinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” Qərarların və müvafiq bildirişlərin surətlərindən görünür ki, borclu Şəxs MMC-yə icraata başlama haqqında qərarların surəti göndərilmiş və o, həmin icra vərəqələrinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs MMC-nin rəhbəri X3 tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsindən ibarət hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda borclu Şəxs MMC-nin rəhbəri X3 hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halının mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, borclu Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs MMC-nin rəhbəri X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X1 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar