Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-852/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X5 və onun nümayəndəsi (vəkil) X3 iştirakları ilə, X2 Bakı şəhəri BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X6 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında İXP № ******* saylı, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında, xx.xx.2021-ci il tarixdə 40 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* №-li qərar qəbul olunmuşdur. Baxmayaraq ki, səlahiyyətli şəxsin onun barəsində tərtib etdiyi Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında İXP № ******* saylı, 24 noyabr 2021 ci il tarixli inzibati xəta haqqında protokolun surətini və tərtib edilmiş həmin protokol əsasında, xx.xx.2021-ci il tarixdə 40 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* №-li Qərarının surətini bu günə kimi almamış, yəni həmin protokolun və qərarın surəti ona verilməmişdir. Buna baxmayaraq qeyd olunan protokolu və bu protokol əsasənda barəsində intizam tənbehi tətbiq edilməsi barədə qəbul edilmiş qərarı qanunsuz və əsasız hesab edir. Bununla əlaqədar ona xx.xx.2021-ci il tarixli, intizam tənbehi vermə haqqında TP ******* saylı qərarı gözləmədən barəsində tərtib edilmiş 24 noyabr 2021 -ci il tarixli, İXP № ******* saylı, inzibati xəta haqqında protokolundan yuxarı səlahiyyətli orqana Azərbaycan Respublikasının DİN-i Bakı şəhər Baş Polis İdarəsi X13i İdarəsinə 30 noyabr 2021-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək həmin protokolun qanunsuz və əsassız yazılmasını mübahisələndirmiş, onun yuxarı səlahiyyətli orqana şikayətinə Bakı şəhər Baş Polis İdarəsi X13i İdarəsinin rəisi cənab Rəşid Piriyevin imzası ilə verilmiş xx.xx.2021-ci il tarixli, 046-56317R-3221 saylı, cavab məktubunda qeyd olunur ki, “Sizin Bakı şəhər BPİ DYP-nin rəhbərliyinə ünvanladığınız xx.xx.2021-ci il tarixli müraciətiniz əsasında Bakı şəhər BPİ DYPİ-nin YNH üzrə şöbəsində araşdırma aparılmışdır. 24 noyabr 2021 -ci il tarixdə saat 17:10-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsində idarə etdiyiniz “ Hundai İX-55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 idarə etdiyi “Skoda Yeti” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması zamanı maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-nin YNHÜŞdə araşdırma aparılaraq “X10” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsində nəzərdə tutulan yolayrıcı keçmə qaydalarının pozulmasına görə barənizdə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə 40 manat məbləğində cərimə inzibati tənbeh etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur”. Bakı şəhər Baş Polis İdarəsi X13i İdarəsinin rəisi cənab Rəşid Piriyevin imzası ilə ona göndərilmiş bu cavab məktubu ona poçt vasitəsi ilə göndərilməklə Siyəzən MXŞ-yə 13 fevral 2022-ci il tarixdə çatmış, xx.xx.2022-ci il tarixdə ona verilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni oafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Belə ki, Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X6 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında İXP № ******* saylı, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, guya o 24 noyabr 2021 -ci il tarixdə saat 17:10-da Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar dairəsində idarə etdiyim “Hundai İX-55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Skoda Yeti” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması zamanı maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsi baş vermiş və oim barəmdə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə 40 manat məbləğində cərimə inzibati tənbeh etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Həqiqətən də, 24 noyabr 2021-ci il tarixdə saat 17:10-da Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar dairəsində idarə etdiyi “Hundai İX-55”markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Skoda Yeti” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin həmin yol-nəqliyyat hadisəsinin baş verməsində o günahkar deyil. Belə ki, protokolda yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdəki zamanda yəni, saat 17:10-da qeyd olunan məkanda yol hərəkətində avtomobillərin hərəkətində həddən artıq sıxlıq olduğu üçün yol hərəkəti iştirakçılarının hərəkətlərinin nizamlanmasında və tənzimləmlənməsində YPX-in polis əməkdaşları da iştirak edirdilər. Bu zaman o hərəkətinə nizamlayıcı polis əməkdaşının “hərəkəti davam et” işarəsinə əsasən davam etdirmişdir. Onun yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar söylədikləri həmin zaman ərazidə olan kamera görüntüləri ilə də təsdiq edilir, çünki onun yuxarı səlahiyyətli orqana şikayətilə əlaqədar Bakı şəhər BPİ DYPİ-n də aparılmış araşdırma zamanı o hadisə yerinin həmin kamera görüntülərinə baxmış və həmin görüntülərin surətini özü üçün istəyəndə onu verməmiş, həmin görüntüləri yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edəcəklərini bildirmişlər. Hadisə yerinin kamera görüntülərinə baxış keçirilən zaman hər şeyə aydınlıq gətiriləcək və onun günahsız olmağı sübuta yetiriləcək. Yol-nəqliyyat hadisəsi baş verən zaman o yolda baş vermiş sıxlığı aradan qaldırmağa yardım edən nizamlayıcı polis nəfərinə də demişdir ki, “Siz özünüz şahidsiniz ki, mənim bu hadisənin baş verməsində heç bir günahım yoxdur”. Lakin buna baxmayaraq hadisə yerinə gələn polis zabiti ona protokol yazacağını bildirmişdir. O, polis zabitinə günahsız olmağı ilə əlaqədar iradını bildirəndə sonuncu hara istəyirsə şikayət edə bilər demişdir. Bundan sonra o də yuxarıda qeyd etdiyi kimi 30 noyabr 2021-ci il tarixli ərizə ilə yuxarı səlahiyyətli orqana şikayət ərizəsi ilə müraciət edərək YPX-nin əməkdaşının barəmdə tərtib etdiyi protokolla razı olmadığını bildirmiş, bu işin onun iştirakı ilə araşdırılmasını, həmin günü YPX avtomobilində və ərazidə olan video çəkiliş və səs qeyd edicilər vasitəsi ilə aparılmış danışığı başdan sona dinləyərək və izləyərək əməkdaş ilə aralarında keçən dialoqun şikayət ərizəsində göstərdiyi məcrada aparıldığına əmin ola bilərsiniz. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında İXP № ******* saylı, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X6 tərəfindən inzibati xəta haqqında iş üzrə icraat zamanı, xeyli sayda qanun pozuntularına yol vermişdir. Belə ki, polis əməkdaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yəni onun izahatımı qeyd etməmiş, protokolda inzibati xətanın aşkar edilməsində istifadə edilmiş,texniki vasitənin (kamera görüntülərini) barədə məlumatlar qeyd edilməmiş, həmin protokolun surəti ona verilməmiş və o həmin protokolu imzalamamışdır. Daha sonra inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan, yəni 24 noyabr 2021-ci il tarixdən 48 saatadək müddətdə ona məlumat verilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Yol-Patrul Xidməti Haqqında Təlimata əsasən inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir. İnzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyüter vasitəsi ilə deyil, kağız formasında tərtib edildikdə protokol diyircəkli qələmlə yazılmalıdır. Göründüyü kimi onun barəsində olan inzibati xəta materiallarına baxan mahiyyətli orqan onun bütün konstitutsion hüquqlarını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuş hüquqlarınız, yəni inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; rahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafıəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta hadisəsinin baş erdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları zeyhinə törədilən inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə,inzibati xətanın nədildiyi anın fotoşəklini almaq və digər hüquqlarımı kobud şəkildə pozaraq onun qərəzli olaraq işin icraatında iştirakıma mane olaraq bununla da onu qarşı baş vermiş qanunsuzluqdan müdafiə olunmaqdan məhrum etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri BPİ X13 İdarəsi-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri BPİ X13 İdarəsi-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 və nümayəndəsi (vəkil) X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsi və onun nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2021-ci il tarixdə saat 17:10-da idarə etdiyi “Hyundai İX-55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən X4 ünvanlanan xx.xx.2021-ci il tarixli məktudan görünür ki, X2 Bakı şəhər BPİ DYP-nin rəhbərliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciət əsasında Bakı şəhər BPİ DYPİ-nin YNH üzrə şöbəsində araşdırma aparılmışdır. 24 noyabr 2021-ci il tarixdə saat 17:10-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsində idarə etdiyiniz “Hundai İX-55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X1 idarə etdiyi “Skoda Yeti” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması zamanı maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ-də araşdırma aparılaraq “X10” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsində nəzərdə tutulan yolayrıcı keçmə qaydalarının pozulmasına görə barənizdə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə 40 manat məbləğində cərimə inzibati tənbeh etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X5 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində olan xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-852/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-852/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver