Məhkəmə qərarları › İş №3(006)-863/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-863/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-863/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1950-ci ildə İmişli rayonu, Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 3809/2020 saylı qətnaməsinə əsasən vurulmuş maddi ziyana görə "xxxx" MMC-dən 283.200 manat, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,50 manat, mənəvi zərərin əvəzi qismində 500 manat alınaraq X4 ödənilməlidir. Bu qətnamədən verilmiş kassasiya şikayəti təmin olunmasa da, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə C.Rzayevin "xxxx" MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,50 manatın "xxxx" MMC-dən alınaraq C.Rzayevə ödənilməsinə dair” hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktı həmin hissədə icra edilməməsi və işə bu hissədə Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. Həmin məsələ ilə bağlı Ali Məhkəmə müvafiq qərar qəbul edərək işçə baxılmasını Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İş hazırda həmin məhkəmənin icraatındadır. Bununla belə, "xxxx" MMC icra sənədi üzrə tələbin icrasından yayınmır, hətta X4 MMC-nin təsisçiləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində inşa edilərək istismara təhvil verilmiş “REGAL Rezidence” yaşayış kompleksində olan 136.0 kv.m. mənzil və hissə-hissə ödənməklə əlavə 40.000 manat pul vəsaiti təklif edilsə də, tələbkar bundan imtina etmişdir. "xxxx" MMC-nin isə hazırki maliyyə vəziyyəti 283.200 manat borcu birdəfəlik ödəməyə imkan vermədiyi üçün tələbkara borc üzrə ilkin olaraq 40.000 manat pul ödənilmiş, daha sonra hər ay 5-10 min manat ödəniş həyata keçirilərək protokol tərtib edilən günədək 112.380 manat, sonuncu dəfə xx.xx.2023cü il tarixdə 10.115 manat onun bank hesabına köçürülmüşdür. Qalan borc məbləği üzrə aylıq mütəmadi 10-11 manat ödənişlər olunacaq. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra vərəqəsinə əsasən vurulmuş maddi ziyana görə "xxxx" MMC-dən 283.200 manat alınaraq X4 ödənilməlidir. İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,50 manat, mənəvi zərərin əvəzi qismində 500 manat "xxxx" MMCdən alınaraq X4 ödənilməlidir. Apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı dövlət rüsumu qismində ödədiyi 30,40 manat "xxxx" MMC-dən alınaraq X4, təkrar apellyasiya baxışı keçirilmiş qiymətləndirmənin xərci olan 150 manat isə alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir; - "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən C.Rzayevin "xxxx" MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,50 manatın "xxxx" MMC-dən alınaraq C.Rzayevə ödənilməsinə dair” hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktı həmin hissədə icra edilməməsi və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır; - xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavə qeyd olunur ki, icra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İş üzrə tələbkar X5 xx.xx.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən onun xeyrinə heç bir ödənişin aparılmadığını və bu səbəbdən borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onun adına hər-hansı bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İcraata başlamaq haqqına qərar və bildiriş xx.xx.2021-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəsmi təqdim olunmuşdur. Həmin tarixdə şirkətin rəhbəri Şəxs şöbəyə verdiyi izahatında qərardan kassasiya şikayəti verildiyini, mövcud pandemiya vəziyyəti ilə əlaqədar maddi çətinliklərin olduğunu və bu səbəbdən tələbkarın xeyrinə ödəniş edilmədiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin bank hesablarının üzərinə qoyulmuş xx.xx.2021-ci il tarixli inkasso sərəncamları icra olunması üçün "xxxx" ASC və "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC-də borclunun bank hesablarında vəsait aşkar edilməmişdir. "xxxx" ASC-nin sorğusu əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra sənədi üzrə borclunun xarici valyuta olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi barədə qərar qəbul edilərək inkasso sərəncamı icra olunması üçün banka göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda hesablarda vəsait olmadığı üçün blok qoyulduğu göstərilmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 3(006)-2891/2021 saylı qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra iş üzrə tələbkar Camal Rzayev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 3(006)-2891/2021 saylı qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-2853/2021 saylı qərarına əsasən qərar ləğv edilmiş və "xxxx" MMC-nin rəhbəri Şəxs 1.500 manat məbləğində cərimə edilmişdir (cərimə ödənilmişdir). Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən C.Rzayevin "xxxx" MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manatın "xxxx" MMC-dən alınaraq C.Rzayevə ödənilməsinə dair” hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktı həmin hissədə icra edilməməsi və işə həmin hissədə yenidən baxılması qərara alınmışdır. İş üzrə tələbkar X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə 283.730,40 manat pulun onun xeyrinə ödənilməsi ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi barədə tədbir görülməsini xahiş etmiş və bank hesabını ərizəyə əlavə etmişdir. İcra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən 283.730,40 manat borcun C.Rzayevin xeyrinə ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə borclu "xxxx" MMC-nin nümayəndəsi X2 təqdim edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda qərarın icrasından yayınmadıqları, hazırda "xxxx" MMC yaşayış kompleksini tam tikib MTK üzvlərinə təhvil verildiyi üçün həmin vəsaiti birdəfəyə icra etmək imkanları xaricində olduğu bildirilmişdir. Həmçinin, qərarın icrasını təmin etmək məqsədi ilə tələbkar X4 "xxxx" MMCnin təsisçiləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində inşa edilən, istismara təhvil verilmiş, “REGAL Rezidence” yaşayış kompleksinin 1-ci binasının, “A” girişinin, 4-cü mərtəbəsində 136.0 kv.m. mənzil və hissə-hissə ödənməklə əlavə 40.000 manat pul vəsaiti təklif edilmişdir. Həmin təklifə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixli məktub xx.xx.2022-ci il tarixdə X4 təqdim olunmuşdur. İş üzrə tələbkar X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək "xxxx" MMC tərəfindən olunan təkliflə razı olmadığını, Bakı Apellyasiya Məhkəməsinin qərarı qəbul olunduğu kimi, yəni 283.730,40 manat ödənilməsi ilə icra olunmasını və heç bir əvəzləşməyə razı olmadığını bildirmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs xx.xx.2022ci il tarixdə yenidən xəbərdarlıq məktubu göndərilmiş və məktuba tələbkar C.Rzayevin imtina ərizəsi əlavə edilmişdir. Borclu MMC tərəfindən xx.xx.2022-ci il tarixdə şöbəyə cavab məktubu daxil olmuş, həmin məktubda tələbkar C.Rzayevin bank hesabına qərarın icrası ilə bağlı 40.000 manat pulun ödənildiyi qeyd olunmuş və qəbzin surəti məktuba əlavə edilmişdir. Eyni zamanda məktubda qərarın icrasından yayınmadığını və qərar üzrə qalıq borcdan növbəti aydan etibarən hər ay 10.000 manat olmaqla ödəniş edəcəyinə dair üzərinə öhdəlik götürdüyünü qeyd olunmuşdur. Daha sonra borclu MMC-nin rəhbəri Şəxs xx.xx.2022-ci il tarixli məktubla şöbəyə müraciət edərək tələbkarın xeyrinə xx.xx.2022-ci il tarixdə 5.000 manat, xx.xx.2022-ci il tarixdə 5.800 manat olmaqla cəmi 10.800 manat ödədiyini bildirmiş və ödəniş qəbzlərin surətləri məktuba əlavə etmişdir. Sonrakı aylar borclu şirkət tələbkarın bank hesabına sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 10.030 manat ödəməklə cəmi 112.380 manat pul vəsaiti ödəmiş və ödəniş qəbzlərini şöbəyə təqdim etmişdir. İş üzrə borclu MMC-nin rəhbəri Şəxs xx.xx.2023-cü il tarixdə verdiyi izahatında hər ay tələbkarın xeyrinə 10-11 min manat arası pul ödənildiyini və bu şəkildə ödənişin edə biləcəyini bildirmişdir. Lakin tələbkar tərəf icra sənədinin tam şəkildə icra olunmasını tələb edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3809/2020 saylı icra sənədinin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə tam icrası yerinə yetirilmir. Bu hərəkətləri ilə də onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar