Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-882/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 iştirakları ilə, Şəxs (bundan sonra Şəxs MMC ) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev 66/68, mənzil 72; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi ünvanında xx.xx.2024-cü il tarixdə saat 10:37-də X24 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X22 Xidmətinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xətanın Azərbaycan Respublikasının Prezidenti X13 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən aparılmış yoxlama zamanı aşkar edildiyini, icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları və protokola əlavə edilmiş videogörüntü ilə tam təsdiq edildiyini bildirərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 Əmək Müfəttişliyi Xidmətinin ərisinə ünvanlanmış müraciətinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs müqavilə əsasında ayrı-ayrı fiziki və hüquqi şəxsə mühafizə xidməti göstərir. 25 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə X23 X3 tərəfindən "xxxx" Mənzil Tikinti Korporativinin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində nəzarət tədbirləri həyata keçirilmiş və aparılan monitorinqin nəticəsi olaraq həmin tarixdə işə qəbul proseduru həyata keçirilən X24 əmək müqaviləsiz işçi kimi qeydiyyata alınaraq müvafiq qaydada tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinə göndərilmişdir. Belə ki, X24 işə qəbul olunmaq üçün 30 sentyabr 2023-cü il tarixdə Şəxsnə müraciət etmişdir. Həmin müddətdə vakant vəzifə olmadığı üçün H.Əhmədov ehtiyat kadr siyahısına daxil edilmişdir. O, 22 yanvar 2024-cü il tarixdə mühafizəçi peşəsi üzrə işçi seçmə və yerləşdirmə müsabiqəsinə dəvət olunmuşdur. 22 yanvar 2024-cü il tarixdə təşkil olunan fiziki hazırlıq seçmələrindən və 23 yanvar 2024-cü il tarixdə mühafizəçi peşəsi üzrə müsahibədən keçərək işə qəbul olunanlar siyahısına daxil edilmişdir. 24 yanvar 2024-cü il tarixdə H.Kərimov ilə müddətli yazılı əmək müqaviləsi bağlanılmış və 25 yanvar 2024-cü il tarixdən təhkim olunacağı iş yerinin kollektivi və rəhbərliyi ilə tanışlıq mərhələsi icra olunmuşdur. Həmin mərhələdə mühafizə olunan "xxxx" Mənzil Tikinti Korporativinin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində kollektiv ilə tanışlıq proseduru həyata keçirilərkən Əmək X3 tərəfindən nəzarət tədbirləri həyata keçirilmiş və işə qəbul mərhələsində olan keçirilən X24 əmək müqaviləsiz işçi kimi qeydiyyata alınmışdır. Bir qayda olaraq Şəxs ayrı-ayrı obyektlərin mühafizəsini həyata keçirdiyi üçün işə qəbul olunması planlaşdırılan işçi ilk mərhələdə mühafizə olunan obyektin rəhbəri və kollektiv ilə tanış edilir, həmin obyektin ərazisi və həmin obyektin rejimi izah olunur. Həm sifarişçi, həm podratçı, həmdə işə götürüləcək şəxslər arasında müvafiq razılıq əldə olunduqdan sonra işçinin işə qəbulunun son mərhələsi olaraq onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Altsisteminə daxil edilir. Eyni zamanda İşçinin sığortalanması və əmək haqqı kartı sifariş olunur. İşçi ilə əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra ilk dəfə işə qəbul olunan işçi başqa bir mühafizəçinin nəzarətinə verilir və peşə üzrə vəzifəni mənimsədikdən sonra sərbəst işə buraxılır. Göründüyü kimi 25 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X23 X3 tərəfindən "xxxx" Mənzil Tikinti Korporativinin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi ünvanında yerləşən tikinti obyektində nəzarət tədbirləri həyata keçirilərkən həmin obyektin mühafizəsi XXXXX oğlu tərəfindən həyata keçirilmişdir. 25 yanvar 2024-cü il tarixdə işə qəbulun bütün mərhələlərini tamamlayan X14 əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilmişdir. X24 ilə 24 yanvar 2024-cü il tarixdə bağlanan yazılı əmək müqaviləsinin 24 və 25 yanvar 2024-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Altsisteminə daxil edilməsində çətinliklər yaranmış və bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət olunmuşdur. X14 25 yanvar 2024-cü il tarixdə əmək müqaviləsi alt sistemində hüquqi qüvvəyə minmişdir. Məlum olmuşdur ki, işçi aparılan monitorinqdən çəkinmiş və işə başlamaq istəmədiyini bildirmişdir. Lakin, işdən çıxma ərizəsini 05 fevral 2024-cü il tarixdə təqdim etmişdir. Ərizədə qeyd olunur işçi ilə, gündüz növbəsi üzrə qeyri-tikinti sahəsində müvafiq iş olduqda onun təkrar işə qəbul edilməsi razılaşdırılmışdır. O, 2024-cü ilin fevral ayının 16-dan 4/1 ştat vahidi ilə təkrar işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır. O, müqaviləyə əsasən 01 mart 2024-cü il tarixdən əmək müqaviləsinin icrasına başlayacaq. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti X13 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli, 3-45/3-2-5/2024 nömrəli qərarın surətindən görünür ki, 1. “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək münasibətləri və məşğulluq altsistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı "xxxx" Mənzil-Tikinti Kooperativində (VÖEN: **********) 2024-cü ilin 23-25 yanvar tarixlərində (3 gün müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətənaaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X23 X3 şöbəsi tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi, plandankənar yoxlama (monitorinq) Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması sənəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 2017-ci il 11 sentyabr tarixli **********00674 nömrəli əmri ilə təsdiq edilmiş və reyestrdə qeydiyyata alınmış yoxlama suallarına uyğun olaraq aparılması, plandankənar yoxlamada X23 X3 şöbəsinin X5nin təşkili sektorunun baş məsləhətçisi X17 böyük məsləhətçiləri X18, X15, aparıcı məsləhətçiləri Abdullayev Elxan rahət oğlu. X21, X25 məsləhətçiləri X16, X19, X8 iştirakları təmin olunması qərara alınmış, əsas Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasıyalar üzrə Dövlət Agentliyinin sədrnin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 2017-ci il 11 sentyabr tarixli **********00674 nömrəli əmri və Əmək X3 şöbəsinin 2024-cü il 16 yanvar tarixli 3-45/3-55/2024 nömrəli məktubu ilə təqdim edilən 33083 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi zərurətinə dair Əsaslandırma göstərilmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2024-cü il tarixli, KY242075352 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti X13 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına əsasən tikilməkdə olan çəxmənzilli yaşayış binasında qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində nəzarət üzrə "xxxx" Mənzil Tikinti-Kooperativində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünü idarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi ilə plandankənar (növbədənkənar) yoxlama təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 25 yanvar 2024-cü il tarixli yoxlama aktının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi ünvanında yerləşən "xxxx" Mənzil Tikinti-Kooperativində aparılan yoxlamada iştirak edən yoxlayıcı (yoxlayıcılar) X23 X1 Əmək münsibətlərinin monitoriqlərinin təşkili sektorunun baş məsləhətçi X17, böyük məsləhətçi X18, X15, aparıcı məsləhətçiləri X11, X26, X21, məsləhətçilər X16, X19 olmuş, sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat sahibkarın səlahiyyətli nümayəndəsinə yoxlamanın keçirilməsinə dair qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, yoxlama suallarının siyahısı, video və foto avadanlıqlardan çəkiliş aparılmasına dair bildiriş və CD (qanunvericilik aktları və digər sənədlər) təqdim olunmuş və ona yoxlamanın aparılması ilə bağlı hüquq və vəzifələri elan edilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti-Kooperativi tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X23 X3 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəs nə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 2024-cü il 18 yanvar tarixli 3-45/3-2-5/2024 nömrəli qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı "xxxx" Mənzil-Tikinti Kooperativində (VÖEN: **********) qeyriformal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2024-cü il 25 yanvar tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı 39 nəfər şəxs yoxlanılmışdır. Tikinti obyektinin sifarişçisi və podratçısı “ORBİTA" MTK tərəfindən işə cəlb edilmiş 38 şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Tikinti obyektində "xxxx" MTK ilə mülkihüquqi müqavilə (mühafizə xidmətinin göstərilməsinə dair) əsasında fəaliyyət göstərən Şəxs (VÖEN: **********) tərəfindən isə işə cəlb edilmiş 1 şəxslə əmək müqaviləsinin bağlanılmadığı müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsi təqdim olunmuşdur. Aparılmış monitorinqin nəticələrinə dair məcmu statistika və əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edilən şəxslərin siyahısı təqdim edilmiş: İş materiallarında olan tikinti obyektində yoxlanılan şəxslərin siyahısından görünür ki, X24 əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin yerinə yetirilməsi cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi ünvanında xx.xx.2024-cü il tarixdə saat 10:37-də X24 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və görüntülərdə yuxarıda adı çəkilən şəxsin təqdim edilən sənədlərə imza edərək həqiqətən də Şəxsndə 4 aydan çoxdur ki işlədiyini bildirdiyi müəyyən olunur. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən Şəxs MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsi ünvanında X24 ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bu fakt xx.xx.2024-cü il tarixdə, saat 10:37-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X23daşları tərəfindən aparılan yoxlama zamanı aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-882/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-882/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver