Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-887/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi ilə, “Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi” barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi”nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ-də AP seriyalı, ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarından görünür ki,Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş “Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi” mülkiyyətində (istifadəsində) olan “Mitsubishi” markalı, “Pajero” modelli, AZ**-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadan idarə edilmişdir. Bu barədə Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru Namiq Qocayev tərəfindən xx.xx.2020-ci il tarixdə, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş“Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi” və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə “Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi” və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında iş materiallarında olan sübutları tədqiq edərək, Azərbaycan Respublikası Dövlət X4 tərəfindən işin halları ilə bağlı məhkəməyə unvanladığı yazılı izahatını nəzərdən keçirərək, o nəticəyə gəlir ki, “Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi” Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, onun əməlində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Dövlət X4”-nin məhkəməyə unvanladığı yazılı izahatından görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Nəsimi filialı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (bundan sonra ANAMA) arasında xx.xx.2020-ci il tarixli 15 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Dövlət X4 “ANAMA”xxxxxxxxxxxxxxbalansında olan avtomobillərin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nı həyata keçirir. Müqavilənin 1 saylı əlavəsinə əsasən ANAMA təşkilatına məxsus olan 117 ədəd avtomobilin siyahısı Dövlət X3 təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə 89 ədəd avtomobil Dövlət X2 Nəsimi rayon filialı tərəfindən X5 informasiya sisteminə vurulmuş və müqavilələri qüvvəyə minmişdir. Qalan 28 ədəd avtomobil isə X5 informasiya sisteminə daxil edilə bilməmişdir. X6 tərəfindən 28 ədəd avtomobilin sistemə daxil edilməməsinin səbəbi isə sistem xətası olduğu göstərilmişdir. Buna səbəb isə dünyada yayılmış Koronavirus (Covid-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi zamanı dövlət dövlət orqanlarının və qurumlarının, şirkətlərin işçilərinin məhdud sayda işə cəlb edilməsi ilə əlaqədar tələblərə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Nazirinin xx xxxx 2020-ci il tarixli 01/411 nömrəli məktubuna əsasən “Azərbaycan Respublikası Dövlət X4”-nin və “ANAMA”xxxxxxxxxxxxxxəməkdaşlarının bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilmişdir. Sərt karantin rejimi yumşaltıldıqdan sonra tərəflərindən və ANAMA təşkilatı tərəfindən DYP ilə əlaqə saxlanılmış, sistemdəki xətalar düzəldilmiş, xx.xx.2020-ci il tarixdə 11 ədəd avtomobil və sonrakı tarixdə isə 17 ədəd avtomobil sığortalanmışdır. Bununlada Dövlət X4” ilə “ANAMA” təşkilatı aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 15 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən 117 ədəd avtomobil xx.xx.2020-ci il tarixdə sığortalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 34-2.0.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir. X1 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Eyni Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xətanın ehtiyatsızlıqdan törədilməsi inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. İşin hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “ANAMA”xxxxxxxxxxxxxx“Azərbaycan Respublikası Dövlət X4” Nəsimi filialı ilə aralarında bağlanmış müqavilə əsasında ANAMA təşkilatına məxsus olan 117 ədəd avtomobilin siyahısı Dövlət X3 təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə 89 ədəd avtomobil Dövlət X2 Nəsimi rayon filialı tərəfindən X5 informasiya sisteminə vurulmuş və müqavilələri qüvvəyə minmişdir. Lakin məlum Koronavirus (Covid-19) pandemiyasının ölkədə törədə biləcək ağır fəsadlarının qarşısının alınması məqsədi ilə tətbiq edilmiş sərt karantin rejimi zamanı dövlət dövlət orqanlarının və qurumlarının, şirkətlərin işçilərinin məhdud sayda işə cəlb edilməsi ilə əlaqədarinformasiya sistemində xəta baş vermiş və buna görə də 28 ədəd avtomobil X5 informasiya sisteminə daxil edilə bilməmişdir. İşin bu halını nəzərə alan məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüqaqazidd əməl törətməmiş, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməmiş, yaranmış mübahisəli vəziyyət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iradəsindən kənar təsirlərdən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin məhkəmə inzibati xətanın törədilməsində sübutetmə yükünün bilavasitə ittiham tərəfinin üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi“ANAMA”xxxxxxxxxxxxxxtəqsirli olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi”nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-887/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-887/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver