Məhkəmə qərarları › İş №3(006)-887/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-887/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-887/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilən Azərbaycan Respublikası X8 nümayəndəsi X2, şikayətçi X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 X8 09.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 09.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X8 09.02.2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə o, 4000 (dörd min) manat cərimə edilmişdir. Lakin, aşağıdakı dəlillərə görə həmin qərarı əsassız və qanunsuz hesab edir. Həmin Qərarda inzibati tənbeh vermənin əsası kimi “Salam” adlı oteldə epidemiya əleyhinə, sanitar gigiyena və karantin rejiminin pozulması göstərilmişdir. Müəyyən olunduğu kimi qərarın əsası Azərabaycan Respublikası X8 tərtib etdiyi 07.02.2021-ci il tarixli (MN №0900774) Protokol olmuşdur. Həmin protokolda əks olunduğu kimi, “Salam” adlı oteldə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən monitorinq aparılmış və oteldə qonaqların temperaturunun yoxlanmadığı müəyyən edilmişdir. Bununla yanaşı həmin protokolda “Salam” adlı otelin fəaliyyət göstərilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, protokolla qəbul edilmiş qərar əsasında uyğunsuzluq vardır. Belə ki, əgər protokolda qeyd olunduğu kimi otel fəaliyyət göstərmirsə, hansı inzibati pozuntudan söhbət gedə bilər. “Salam” adlı otel təzə inşa edilmiş və karantin dövrünə düşdüyünə görə fəaliyyətinin başlanması əngəllənmişdir. Odur ki, əgər otel fəaliyyət görtərmirsə, onun hərəkətlərinin inzibati pozuntu kimi qiymətləndirilməsinin hüquqi əsası belə yoxdur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın müddəalarından da görünür ki, məhz fəaliyyət zamanı irəli sürülən tələblərə riayyət edilməsi nəzərdə tutulur. 07.02.2021-ci il tarixli (MN №0900774) protokolda qeyd olunduğu kimi, inzibati tənbehin əsası qonaqların temperaturunun yoxlanılmaması və bununla da karantin rejiminin qaydasının pozulması olmuşdur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın 9.3-cü bəndinə əsasən infeksiyanın yayılmasının qarşısını almaq üçün hərarəti və respirator simptomları olan qonaqların və ya işçilərin tibbi maskalar geyinməsi təmin edilməsi nəzərdə tutulur. Lakin fəaliyyət göstərməyən mehmanxada hansı qonaqlardan söhbət gedə bilər?! Qeyd olunanlar onun hərəkətlərində inzibati xəta tərkibinin olmadığını ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) olaraq dəyərləndirilir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikasının X10 tərəfindən 09.02.2021-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilərək onun inzibati hüquq pozuntusu törətdiyi bildirilmişdir. Beləliklə səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Qeyd etmək lazımdır ki, inzibati xəta haqqında işə baxılması zamanı da Azərbaycan Respublikası İXM-nin 112-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, ümumiyyətlə onun iştirakı təmin edilməməklə ədalətli araşdırma aparılmamışdır. Mübahisələndirilən qərar rəsmi olaraq ona 09.03.2021-ci il tarixdə təqdim edildiyindən həmin qərardan şikayət vermə müddəti buraxılmamışdır. Göstərilən əsaslara görə, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09.02.2021-ci il tarixli, MN ******* saylı qərarının qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, obyekti inzibati tənbeh tədbiri tətbiq edilərkən istifadə etməsə də, həmin vaxt orada olan şəxslər təmizlik işləri aparmışdır. Yəni həmin obyektdə müştərilərə xidmət göstərilməmişdir. Belə ki, o həmin obyekti yeni istifadəyə götürmüş və obyektin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmüşdür. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası X8 nümayəndəsi X4 izahatında bildirdi ki, X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozduğu üçün X10 tərəfindən 09.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cərimə edilmişdir. Belə ki, X10 əməkdaşları tərəfindən baxış keçirilərkən X5 işlətdiyi obyektdə olan şəxslərin tibbi maskalardan istifadə etməməsi, onların temperaturunun yoxlanılmaması, həmçinin oteldə müştərilərin olması müəyyən olunmuş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulmuş qaydalara əməl edilməsi zərurəti olsa da, barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxs tərəfindən lazım olan nəzarət olmamış və orada olan şəxslər tərəfindən bu qaydaya əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, verilmiş şikayət təmin edilməməklə X8 09.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib, tərəfləri dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 09.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 08 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının monitorinq formasından görünür ki, 07 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 38 ünvanında yerləşən X5 nəzarət etdiyi “Salam” adlı obyektə X10 əməkdaşları tərəfindən baxış keçirilərkən megmanxanaya girişdə qonaqların və işçi heyətin bədən hərarətinin ölçülməsi üçün təmassız kamera sistemlərinin və ya təmassız termometrlərin istifadəsinin təmin edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 08 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydalarının 4.2-ci bəndinə əsasən işçi heyət mehmanxanaya daxil olarkən, termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onların hərarəti ölçülür. Bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, işçinin mehmanxanaya daxil olmasına yol verilmir. Həmin Qaydaların 11.1.1-ci bəndinə əsasən qonaq mehmanxanaya daxil olarkən, termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onun hərarəti ölçülür. Bu 15 zaman qonağın bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin qonağın mehmanxanaya daxil olmasına yol verilmir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən mehmanxana sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, habelə bu Qaydaların tələblərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv tədbirlərin əks olunduğu daxili tədbirlər planı hazırlamalı və təsdiq etməlidir. Tədbirlər planı ilə bağlı ümumi tələblər Azərbaycan Respublikasının X10 tərəfindən müəyyən edilir. Tədbirlər planının icrasına X12 və ya operativ nəzarət üzrə məsul şəxs nəzarət edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 09.02.2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 X8 09.02.2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar