Məhkəmə qərarları › İş №3(006)-887/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-887/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-887/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “D” massivi, ev 27, mənzil 207-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:45-də idarə etdiyi “Mercedes- Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, S.Vurğun küçəsi, 60 saylı ünvanın qarşısında piyada zolağının üzərində olan piyada Zərərçəkmiş şəxs görməyib vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı Zaur Hacızadənin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 12:45 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın yaxınlığında düzünə hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkətdə olan, sonradan gördüyü “KİA” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sol güzgüsü ilə piyada zolağında hərəkətdə olan piyadaçı Zərərçəkmiş şəxs dəymiş, zərbənin təsirindən həmin piyadaçı fırlanaraq qəfildən onun yoluna çıxmış, o isə idarə etdiyi avtomobili kənara qaçırtmaq istəsə də, yolun ortasında quraşdırılmış bardür buna imkan verməmiş, nəticədə o, avtomobilin ön sağ hissəsi ilə onu vurmuşdur. Aparılmış araşdırma ilə razı deyil. Çünki, o, təhlükəni baş verdikdən sonra görmüşdür. Qəzanın əsas səbəbkarı “KİA” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuşdur. Həmin sürücü avtomobili yüksək sürətlə idarə edib piyada zolağının üzərində olan Zərərçəkmiş şəxs yol verməyərək onu vurmuş, bunun nəticəsində sonuncu fırlanaraq onun avtomobilinə dəymişdir. Onun da hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12:45 radələrində o, ünvan 1 ünvanın qarşısında piyada zolağının üzərindən avtomobil yolunu keçən zaman sürətlə gələn və ona yol verməyən “KİA Optima” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin güzgüsü ona dəymişdir. Zərbənin təsirindən o, fırlanaraq yolun orta hissəsinə getmiş, bu zaman “Mercedes-Benz” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ hissəsi ilə onu vurmuşdur. Bunun nəticəsində o, yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra “KİA Optima” markalı avtomobilin sürücüsü onu maşına əyiləşdirərək xəstəxanaya aparmış, orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdırıb və hadisə yerinin video görüntülərinə baxaraq hesab edir ki, iş üzrə hadisənin baş vermə anı və şəraiti yetərincə tədqiq olunmamış, sadəcə olaraq Zərərçəkmiş şəxs aldığı xəsarətə dair ekspert rəyi və verilmiş izahatlarla kifayətlənilməklə Şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının aşkar edilməsi üçün ekspertiza keçirilməyərək iş üzrə araşdırma səthi aparılmışdır. Belə olan halda inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar