Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-888/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X7 iştirakı ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, X8 Bakı şəhər İdarəsinin tərtib etdiyi xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 təqdim etdiyi əmək haqqı bank hesabı çıxarışından (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr) onun xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə bildirişində qeyd edilən istifadə edilməmiş 33 məzuniyyət gününün son haqq-hesabının ödənilərkən işəgötürən ƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq son haqq-hesabı gecikdirərək ödədiyi qərarda qeyd olunaraq “X6 və Ortopediya İnstitutu” PHŞ-nin direktoru X10 vəzifəli şəxs kimi 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla bağlı bildirir ki, “X6 və Ortopediya İnstitutu” PHŞ-nin “Ortopediya” şöbəsində tibb bacısı vəzifəsində işləyən X1 imtahanından keçmədiyi üçün “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 49-1-ci maddəsinə uyğun olaraq iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması və həmin müddət ərzində peşə hazırlığına göndərilməsi barədə 194-K saylı, xx.xx.2022-ci il tarixli əmr verilmişdir. Z.Quliyevaya verilmiş 6 ay müddət bitdikdən sonra, xx.xx.2022-ci il tarixində yazmış olduğu ərizə ilə xx.xx.2020-xx.xx.2021-ci iş ili üzrə 42 (qırx iki) təqvim günü, xx.xx.2021-ci iş ili üzrə 11 (on bir) təqvim günü, cəmi 53 (əlli üç) təqvim günü olmaqla əmək məzuniyyəti verilmişdir. Əmək məzuniyyətinin bitdiyi xx.xx.2023-cü il tarixdən əmək fəaliyyətinə xitam verilməsi barədə ona məlumat verilmişdir. xx.xx.2023-cü il tarixində əmək fəaliyyətinə xitam verilməməsi üçün müxtəlif qurumlara və Səhiyyə Nazirliyinə şikayətlər etmişdir. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verməyərək, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində sertifikasiya kursunda iştirak etməsi və yenidən sertifikasiya imtahanı verməsi üçün güzəşt edilərək əmək müqaviləsinə xitam verməyərək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək ona yenidən sertifikasiya imtahanında iştirak etməsi üçün vaxt verilmişdir. Həmin müddət ərzində Z.Quliyeva işə çıxmayaraq heç bir praktik tibb fəaliyyəti ilə məşğul olmamışdır. Lakin Z.Quliyeva yenidən keçirilmiş olan sertifikasiya imtahanından da keçməmiş və bunun əsasında onunla bağlanılan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edərək 10 aprel 2023-cü il tarixli, 171 saylı əmrlə xitam verilmişdir. Əlavə olaraq bildirir ki, Z.Quliyevaya istifadə etmədiyi əmək məzuniyyətinə görə “kompensasiya” olaraq 33 təqvim günü əmək haqqısı hesablanaraq tam şəkildə ona ödənilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edərək xx.xx.2023cü il tarixli, 171 saylı əmrlə Z.Quliyevanın əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən gün (xx.xx.2023) Z.Quliyeva ona 33 təqvim gününə görə ödənilən pul məbləğinin aprel ayının əmək haqqısı ilə ödənilməsinə ərizəsində etiraz etməmişdir. Yuxarıda qeyd olunanların yekunu olaraq bildirir ki, Z.Quliyevanın əmək müqaviləsinə xitam verilməsi qanun çərçivəsində olmuş, vətəndaşa qarşı kobudluq və qeyri-etik davranış olmamış, əmək hüquqları pozulmamış, dövlət büdcəsinə və xəstələrə ziyan dəyməmişdir. Onu da qeyd edir ki, Z.Quliyeva müəssisənin əməkdar və nümunəvi işçisi olduğundan hazırki dövrdədə xoş əlaqələri var. Z.Quliyeva Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə vermiş olduğu şikayəti ərizəsini geri götürmüşdür. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X3 təqdim etdiyi əmək haqqı bank hesabı çıxarışından (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr) onun xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə bildirişində qeyd edilən istifadə edilməmiş 33 məzuniyyət gününün son haqq-hesabının ödənilməsində işəgötürən ƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq son haqq-hesabı gecikdirilərək ödənildiyi üçün X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “Azərbaycan X6 və Ortopediya İnstitutu” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 171 saylı əmrdən görünür ki, ortopediya şöbəsinin tibb bacısı X5 ilə xx.xx.1978-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi, mühasibatlıq şöbəsi tərəfindən işçi ilə haqq-hesabın (xx.xx.1978-xx.xx.2023-cü illər üzrə istifadə edilməmiş 33 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi) aparılmasının təmin edilməsi, həmçinin insan resursları şöbəsi tərəfindən işmiyə sonuncu iş günü bu əmrin surəti və əmək kitabçasının verilməsi əmr edilmişdir. İş materiallarında olan bank hesabı çıxarışından görünür ki, X5 ilə xx.xx.1978-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyindən X2 haqqhesab xx.xx.2023-cü il tarixdə 354,67 manat ödəniş edilərək karta köçürülmüşdür. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ilə “Azərbaycan X6 və Ortopediya İnstitutu” Publik hüquqi şəxslə bağlanmış xx.xx.1978-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsinə baxmayaraq son haqq-hesab əvvəlcə xx.xx.2023-cü il tarixdə 354,67 manat ödəniş edilərək karta köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, işçiyə ödənilməli son haqq-hesab sonuncu iş günü yəni xx.xx.2023-cü il tarixində verilməli olduğu halda, X4 ödənilməli son haqq-hesab xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X10 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X7 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-888/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-888/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver