Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-89/2024 07.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi NBPİ X8 Polis İdarəsinin İTŞ-nin YYÇİ üzrə inspektoru X1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə İmişli rayonu, Bəhramtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Daxili İşlər Nazirliyi NBPİ X8 Polis İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 07 yanvar 2024-cü il tarixdə Nəsimi rayonu ərazisində yerləşən Bakı Dəmir Yolu Vağzalı ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyi NBPİ X8 Polis İdarəsinin İTŞ-nin YYÇİ üzrə inspektoru X2 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Bakı Dəmir Yolu Vağzalı ərazisində avtobus duracağında qanunsuz parklanmış avtomobillər polis əməkdaşları tərəfindən bort kompüterlər vasitəsilə çəkilərək qanuna müvafiq qaydada cərimə edilərkən Şəxs polis əməkdaşlarını təhqir etmiş və avtomobillərin cərimə edilməsinə əsassız olaraq etiraz etmişdir. Bir neçə dəfə Şəxs polisin xidməti vəzifəsini yerinə yetirərkən mane olmaması tövsiyə edilsə də, sonuncu polisin qanuni tələbini yerinə yetirməyərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətəməyə davam etmişdir. Bundan sonra, orada xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları post-patrul xidməti əməkdaşlarına xəbər vermişdir. Post-patrul xidməti əməkdaşları hadisə yerinə gəldikdən sonra Şəxs polis idarəsinə getməkdən imtina etmiş, lakin sonuncu polis əməkdaşlarının birlikdə səyi nəticəsində polis idarəsinə aparılmışdır. Polis idarəsində Şəxs izahatı alınmış və daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı Dəmir Yolu Vağzalı ərazisində qanunsuz park edilmiş avtomobillərin polis əməkdaşları tərəfindən bort kompüterlər vasitəsilə cərimə edildiyini görmüş və həmin vaxt orada yerləşmiş avtomobillərin imtahanla bağlı ərazidə park edildiyini bildirərək etirazını bildirmişdir. Həmin vaxt əsəbi olduğundan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşlarının “komandiri” gəlmiş və onun polis idarəsinə aparılması üçün post-patrul xidməti polis əməkdaşlarının çağırıldığını bildirmişdir. O da heç bir etiraz etməmiş və postpatrul xidməti polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində onunla proflaktik söhbətlər aparılmış və o da səhvini başa düşərək peşman olmuş, polis əməkdaşlarına qarşı hörmətsizlik etmək niyyətində olmadığını bildirmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi X11 X10 polis nəfəri X6 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı Dəmir Yolu Vağzalı ərazisində bir nəfər şəxsin yol-patrul xidməti polis əməkdaşlarının fəaliyyətinə mane olması və onları təhqir etməsi barədə məlumat daxil olmuşdur. Onlar xidməti vəzifələrini yerinə yetirmək məqsədilə hadisə yerinə gəlmişlər və sonradan şəxsiyyəti onlara məlum olan Şəxs avtomobilə əyləşdirərək polis idarəsinə aparmışlar. Polis idarəsində Şəxs şəxsiyyəti müəyyən edilmiş və sonradan həmin şəxsin barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi X11 X4 polis nəfəri X7 da şahid X3 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə, Daxili İşlər Nazirliyi NBPİ X8 Polis İdarəsinin İTŞ-nin YYÇİ üzrə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli, 2/1118 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1982-ci il təvəllüdlü Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 07 yanvar 2024-cü il tarixdən, saat 13:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Daxili İşlər Nazirliyi NBPİ X8 Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-89/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-89/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver