Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-890/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X3 və X1 Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar əsasında qəbul olunmuş inzibati təbeh vermə qərarlardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətdə göstərilir ki, X3 və X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ Şəhər Bulvarı”nda olarkən əsassız olaraq barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokollar və bunun əsasında inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından aydın olur ki, şikayət verən şəxslərin yaşayış yerləri müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu və Sumqayıt şəhəri olsa da, inzibati xəta Bakı şəhəri Xətai rayonu ərazisində törədilmiş, işdə isə vəzifəli şəxsin qərarından verilmiş şikayətə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatət mövcud deyil. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalı və bununla bağlı şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X3 və X1 Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollar əsasında qəbul olunmuş inzibati təbeh vermə qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-890/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-890/2021
17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver