Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-891/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlu, X2 tərəfindən Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli, AYP seriyalı 876767 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 xx.xx.2013cü il tarixli, AYP seriyalı 876767 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş, Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 xx.xx.2013-cü il tarixli, AYP seriyalı 876767 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, xx.xx.1992-ci il təvəllüdlü X2 xx.xx.2013-cü il tarixdə, saat 00:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli, AYP seriyalı 876767 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli, AYP seriyalı 876767 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər ona geri qaytarılsın. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-891/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-891/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver