Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-892/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı, Bakı şəhəri Nəsimi Rayon Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, BYP 479723 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2013-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsi barədə X2 şikayətini məhkəmə iclasında baxlmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Nəsimi Rayon Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, BYP 479723 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2013-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1- 1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. X1 məhkəməyə şikayət verərək həmin qərarın icrasına xitam verilməsini xahiş edərək göstərmişdir ki, artıq 05 ildən çox vaxt keçmiş və bu inzibati xəta üzrə qərar icra olunmamışdır. Məsələ ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 142.1-ci maddəsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Bu Məcəllənin 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda; barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. Hazırki şikayətdən göründüyü kimi, X3 Bakı şəhəri Nəsimi Rayon Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, BYP 479723 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2013-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə belə olan halda həmin qərarın icrasına xitam verilməsi məsələsi onu qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aiddir. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Dövlət X6 göndərilməlidir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 114-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı şəhəri Nəsimi Rayon Dövlət X7 tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, BYP 479723 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2013-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsi barədə X2 şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Dövlət X6 göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-892/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-892/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver