Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-893/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1996-cı il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 11-ci döngə, ev 17-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ilə körpü yolundan üzü Yeganə” şadlıq sarayı istiqamətində hərəkətdə olan zaman yolun sola döngəli hissəsindən keçərkən üfüqi nişanlanma xəttin üzərindən hərəkət edib əks istiqamətli yola çıxaraq qarşı əks istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes-Benz C200” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və sərniş Zərərçəkmiş şəxs1, habelə onun avtomobilində sərnişin olan Zərərçəkmiş şəxs3 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “UBER” taksi xidmətinə qoşulmuş “Kia Rio” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir nəfər müştərini Yasamal rayonu ərazisindən götürüb Nəsimi rayonu, 4-cü mikrorayon ərazisinə aparırdı. Həmin vaxt idarə etdiyi avtomobil ilə Nəsimi rayonu, A.Salamzadə küçəsi ilə üzü “Yeganə” şadlıq sarayı istiqamətində körpü üzərindən hərəkətini davam etdikdə yolun sola dönən hissəsindən keçərkən yolun bir istiqamətli olduğunu zənn edərək orta yolayırıcı xəttin üzərindən hərəkət etmiş, bu zaman qarşıdan onunla üzbəüz gələn “Mercedes-Benz C200” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qarşılaşdıqda avtomobili sağa çəksə də, məsafə az olduğundan avtomobillər ön hissələrdən toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs3 və digər avtomobildə olan Zərərçəkmiş şəxs1, habelə sürücü xəsarətlər almışlar. Hadisə yerinə gələn polis əməkdaşları onlara köməklik edərək təcili tibbi yardım çağırmışlar. Təcili yardım həkimləri xəsarət alan şəxslərə köməklik edərək onları müayinə etdirməkdən ötrü xəstəxanaya aparmışlar. Zərər çəkmiş şəxslərə maddi köməklik göstərə bilməmişdir. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: - «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ilə R.Məmmmədov küçəsini birləşdirən körpüdə baş vermişdir. Yolun işlək hissəsi enişli-yoxuşlu, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, hərəkət zolaqlarının sayı 02, işlək hisəssinin eni 08 metrdir. İşlək hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.1 üfiqi nişanlanma xətti var, hər isitqamət bir zolaqlıdır. Həmin sahədə hərəkətin nizamlanma üsulu -nizamlanmayandır. Hadisə yeri baxış zamanı üfiqi nişanlanma xətləri ilə tənzimlənmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» X5 Nəsimi rayon şöbəsinin: • 21.12.2022-ci il tarixli, 1669 saylı rəyinə əsasən 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ bazu oynağında hərəkət məhdudluğu və ağrı sindromu ilə müşayiət olunan bazu oynağı nahiyəsinin və döş qəfəsinin sağ yarısının ön səthinin dərialtı hematoması, sağ diz nahiyəsinin sıyrığı küt əşyanınn (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; • 27.12.2022-ci il tarixli, 1690 saylı rəyinə əsasən 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki baldırın qançırları bərk küt əşyanın • (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; • xx.xx.2023-cü il tarixli, 1737 saylı rəyinə əsasən 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə X6 PHŞ-yə müraciət etmiş və ona “başın küt travması, sol alın nahiyəsinin sıyrılmış yarası, sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. - xx.xx.2021-ci il tarixli, BD seriyalı, 104965 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B, C1, C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - Etibarnamənin surətindən görünür ki, “Kia Rio” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r və həmin avtomobili idarə etmək səlahiyyəti xx.xx.2023-cü il tarixədək Şəxs verilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə görə 1.1 – üfiqi nişanlanma xəti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin maddənin Vİİ hissəsinin 1-ci bəndinə görə 1.1-1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona bu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-893/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-893/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver