Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-894/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X4 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 13, mənzil 01-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(006)-3729/2017 saylı icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək mütəmadi qaydada və lazımı həcmdə aliment ödənilməmiş, hazırda onun 2.494 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında icra məmuru X7 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(006)-3729/2017 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-4226/2013 saylı qətnaməsi ilə tutulması müəyyən edilən alimentin miqdarı artırılmış və 136,60 manat sabit pul məbləğində aliment ondan tutularaq X3 ödənilməlidir. Şəxs əvvəllər mütəmadi ödənişlər etsə də, son illər ödənişləri vaxtında həyata keçirməmiş, sadəcə olaraq 500 manat ödəmişdir. Bu aya görə o, aliment pulunu ödəsə də, edilmiş xəbərdarlığa baxmayaraq yaranmış 2.494 manat aliment borcunu ödəməmişdir. Görülmüş məcburi icra tədbirləri də bir nəticə verməmiş, onun adına heç bir daşınar və daşınmaz əmlak, o cümlədən qiymətli əşya və bankda hesabı aşkar olunmamışdır. Eyni zamanda qeyd edir ki, Şəxs əmək haqqından aliment borc ödənilənədək hər ay 70% miqdarında, yaranmış borc ödənildikdən sonra hər ay 136,60 manat miqdarında tutularaq tələbkarın hesabına ödənilməsi ilə bağlı onun işlədiyi "xxxx" MMC-yə məktub ünvanlamışdır. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, alimenti ödəməkdən boyun qaçırmır. Əvvəllər bu ödənişlə bağlı onun heç bir çətinliyi olmamış, sadəcə karantinlə bağlı bir müddət işsiz olduğundan aliment ödənişlərində ləngimələr yaranmışdır. Ötən ilin dekabr ayının 21-dən "xxxx" MMCdə mühafizəçi işləməyə başlamış və borcu üzrə 500, hazırki aya görə də 136,60 manat ödəniş etmişdir. Qalan məbləği də qısa müddət ərzində ödəməyə çalışacaq. Bundan əlavə ikinci nikahdan 2 azyaşlı övladı da var. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(006)-3729/2017 saylı icra sənədi üzrə alimentin ödənilməsi ilə bağlı hərəkətlər edilir, onun tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-894/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-894/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver