Məhkəmə qərarları › İş №3(006)-895/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-895/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-895/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi “xxxx” MMC-nin direktoru X5 nümayəndəsi X1 qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC-nin direktoru X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru X9 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin rəisi Həmid Əhmədovun inzibati tənbeh vermə haqqında 23 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə “xxxx” MMC-nin baş direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə, 1000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarda vətəndaş X2 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində qanunvericiliyinin tələbləri pozulması müəyyən edilmişdir. Belə ki, N.Q.Əliyev “xxxx” MMC-nin X12 Zavodunda 24 saat işlədilməsi ilə bağlı Saatlı rayon prokurorluğuna müraciət etmiş və onun müraciəti araşdırılması üçün X4 Xidmətinin İmişli regional ərazi şöbəsinə göndərilmişdir. Cəmiyyətin 09.09.2020-ci il tarixli, 462/K nömrəli əmrinə əsasən N.Q.Əliyev Saatlı X6 traktorçu yükləyici peşəsinə qəbul olunmuş və onunla 1 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin 09.12.2020-ci il tarixdə bitməsi ilə əlaqədar yaşadığı ünvana 08.12.2020-ci il tarixli bildiriş ünvanlanmış və onunla əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası ƏM-nin 73.1-ci maddəsinə əsasən (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda) Cəmiyyətin 11.12.2020-ci il tarixli, 933/K nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 11.12.2020-ci il tarixdə xitam verilmiş və istifadə edilməmiş məzuniyyət üçün 2 təqvim gününün kompensasiyası ödənilməsi əmr edilmişdir. N.Q.Əliyev işdən azad olunan zaman riyazi hesablamalarda yol verilən nöqsanlar nəticəsində istifadə etmədiyi məzuniyyət üçün kompensasiyasının günü əmrdə 5 təqvim günü qeyd olunmalı olduğu təqdirdə 2 təqvim günü kimi qeyd olunmuşdur. Bu, riyazi hesablamalarda yol verilmiş nöqsanlar nəticəsində baş vermişdir. Riyazi hesablama nəticəsində yol verildiyindən inzibati tənbeh vermə haqqında qərar qəbul etmək qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi qeyd olunmuşdur. Belə olan hesab edir ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin rəisi H.Əhmədov tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işin halları tam, hərtərəfli araşdırılmamış və qanunvericiliyinin tələbləri kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Həmçinin bildirir ki, X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 18.02.2021-ci il tarixli, **********1 nömrəli məkubda vətəndaş N.Q.Əliyevin son haqq hesabının düzgün hesablanıb qısa müddətdə ödənilməsi tövsiyə olunmasına baxmayaraq 23 fevral 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə zidd olaraq MN1065153 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarının bir nüsxəsi məlumat üçün rəsmi poç vasitəsilə 01.03.2021-ci il tarixdə “xxxx” MMC-nin fəaliyyət göstərdiyi ünvana göndərilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında 23 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi İ.A.Səfərov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi E.S.Nəzərov şikayətlə razılaşmayaraq bildirmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydalara və normalara riayət edilərək “xxxx” MMC-nin direktoru barəsində iznibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, vətəndaş N.Q.Əliyevin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı Şəhər İdarəsinin 23 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 09 sentyabr 2020-ci il tarixli, 462/k saylı əmək müqaviləsindən görünür ki, işəgötürən “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə ilə işçi N.Q.Əliyev arasında sonuncunun “xxxx” MMC-nin X12 Zavodunda yükləyici-traktorçu kimi fəaliyyət göstərməsi barədə əmək müqaviləsi imzalanmışdır. İş materiallarında olan “xxxx” MMC-nin N.Q.Əliyevə ünvanladığı 08 dekabr 2020-ci il tarixli bildirişin surətindən görünür ki, “xxxx” MMC ilə N.Q.Əliyev arasında 09.09.2020-ci il tarixdə müddətli əmək bağlanması, həmin əmək müqaviləsinin müddəti 09.12.2020-ci il tarixdə bitməsi və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan 11 dekabr 2020-ci il tarixli, 933/k saylı əmrin surətindən görünür ki, N.Q.Əliyev Cəmiyyətin Saatlı X6 traktorçu-yükləyicisi, 11.12.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, N.Q.Əliyevin istifadə etmədiyi məzuniyyət üçün 2 təqvim gününün kompensasiyası ödənilməsi göstərilmişdir. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 11 dekabr 2020-ci il tarixli, 933/k saylı əmrə əsasən “xxxx” MMC ilə N.Q.Əliyev arasında olan əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 11 dekabr 2020-ci il tarixli, 5824 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən son haqq hesab olaraq N.Q.Əliyevə 60 manat 11 qəpik ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə işçi N.Q.Əliyevin əmək müqaviləsinə xitam verərkən əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermiş, buna görə də, A.Ə.Əlizadə X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min dörd yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.4-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadə öz vəsifəsini lazımınca icra etməmiş, N.Q.Əliyev ilə arasında olan əmək müqaviləsinə xitam verərkən əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermiş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan “xxxx” MMC-nin direktoru A.Ə.Əlizadənin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin direktoru X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin 23 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar