Məhkəmə qərarları › İş №3(006)-897/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-897/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-897/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X1 EQ 25728791 və EQ 25943537 saylı inzibati xəta haqqında protokollardan, həmin protokollar əsasında qəbul edilmiş 25 yanvar 2025-ci il və 06 fevral 2025-ci il tarixli inzibati xəta haqqında qərarlardan verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək EQ 25728791 və EQ 25943537 saylı inzibati xəta haqqında protokollardan, həmin protokollar əsasında qəbul edilmiş 25 yanvar 2025-ci il və 06 fevral 2025-ci il tarixli inzibati xəta haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarından müəyyən edilir ki, eyni vaxtda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ayrı-ayrı vaxtlarda törədilmiş iki inzibati xətaya görə (346.9-cu maddəsi üzrə) X1 barəsində tərtib edilmiş iki inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş iki inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol və qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25 yanvar 2025-ci il və 06 fevral 2025-ci il tarixlərdə törədilmiş bir neçə inzibati xətalara görə X1 barəsində tərtib edilmiş, inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 EQ 25728791 və EQ 25943537 saylı inzibati xəta haqqında protokollardan, həmin protokollar əsasında qəbul edilmiş 25 yanvar 2025-ci il və 06 fevral 2025-ci il tarixli inzibati xəta haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar