Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-9/2021 05.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, qərarından şikayət verilmiş orqan Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2, şikayətçi X3 iştirakları ilə, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi H.T.Əhmədovun qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN0646442 nömrəli qərarda “xxxx” MMC-nin vəzifəsinin yəni direktoru olaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 192-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilərək, 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Aşağıda göstərilən əsaslara görə barəsində tətbiq edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati Xətalar haqqında qərar qanunsuz olmaqla bu qərara istinadən barəsidə hər hansı bir məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 2.1-ci maddəsinin tələbinə görə bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlamaların qanuniliyini ehtiva edən yuxarı sözügedən Qanunun 3-cü maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan soma - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan hallardan eləcə də, istinad olunan maddi hüquq normalarının tələblərindən görünür ki, barələrində inzibati xəta haqqında protokol tərtib elmiş vergi orqanının əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 2.1 və 3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq yoxlamaların (o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, xronometrajlar, reydlər, baxışlar və digərləri) vahid məlumat reyestrində qeydə alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyimiz yerə gəlməklə müvafiq protokol tərtib etmişlər ki, bu qanunsuz protokol əsasınd “xxxx” MMC-nin vəzifəli şəxsi olaraq ona qarşı hər hansı bir məsuliyyət tədbirlərinin tətbiq edilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının qanunun 3.2-ci maddəsinin tələbinə ziddir. Eyni zamanda qeyd edilməsi zəruridir ki, yuxanda istinad edilən qanunun 13-cü maddəsinin tələbinə görə sahibkarlarda yoxlamaların yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələn haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamalanın vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Yoxlamaların, o cümlədən sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə apanlan müşahidələrin, təftişlərin, baxışların, reydlərin və s. həyata keçirilməsinə hüquqi əsas olan yoxlamaların vahid məlumat reyestrinin formasını və aparılması qaydalarını tənzimləyən Azərbaycan Respublikası Prezidenti cənab ilham Əliyevin siyasi iradəsini ehtiva edən 15,02.2011-ci il tarixli, 383 nömrəli fərmanla təsdiq olunmuş “Sahibkarlıq sahəsində apanlan yoxlamaların vahid məlumat reyestrinin forması və apanlması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinin tələbinə görə bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamalann nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun apanlması, İstifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir, Əsasnamənin 1.2-ci bəndinin tələbinə görə Sahibkarlıq sahəsində apanlan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi dövlət informasiya ehtiyatıdır. Qeyd olunan Əsasnamənin 1.5-ci bəndinin tələbinə görə Sahibkarlıq sahəsində apanlan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər, həmin Əsasnamənin 7-ci bəndinin tələbinə görə Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənlərlə yanaşı nəzərə çatdırılması zəruridir ki, qanunverici sahibkarlıq sahəsində apanlan yoxlamalann tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasını inzibatı xəta kimi sanksiyalaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsinin tələbinə görə sahibkarlıq sahəsində apanlan yoxlamalanın vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın apanlması inzibati xəta hadisəsi hesab edilir və bu xətaya yol vermiş orqanın vəzifəli şəxslərinə min manatdan min beş yüz manatadək məbləğdə inzibati cərimə edilirlər. Göründüyü kimi barəsində Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə inzibatı xəta haqqında heç bir hüquqi nəticəsi olmayan protokol tərtib edən və bu protokola istinadən qərar qəbul edən cavabdeh orqanının vəzifəli şəxsi yuxanda sözügedən qanunun 2-ci və 3-cü maddələrinin tələblərini kobud şəkildə pozmaqla yanaşı Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsində təsbit olunan inzibati xətanı da törətmişdir. Odur ki, “xxxx” MMC-nin vəzifəli şəxsi olaraq barəsində inzibati xəta haqqında protokol tərtib etməklə, qərar qəbul etmiş DƏMX-nin Bakı şəhər İdarəsinin əməkdaşlarının Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görülməlidir. Yuxarıdakılara, eləcə də istinad olunan hüquq normalarına əsaslanaraq barəsində tərtib edilən “İnzibat xətalar haqqında” qərar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmayan araşdırma (yoxlama) əsasmda tərtib olunmuşdur ki, bu halda “xxxx” MMC-nin vəzifəli şəxsi olaraq barəsində hər hansı bir məsuliyyətə tədbirlərinin tətbiq edilməsini istisna etməklə yanaşı həmin qərarının hüquqi nəticəsi yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, yalnız “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 2cı, 3-cü və 33.2.2-ci maddələrinin, eləcə də yuxarıda istinad edilən Əsasnamənin tələbləri çərçivəsində vahid məlumat reyestrində qeydə alınmış araşdırmanın yoxlama, baxış, reyd və s. nəticəsində inzibati xətanın əlamətləri aşkar olunduqda Azərbaycan Respublikasının İXM-də müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar çıxanla bilər. İstinad edilən qanunun 35-ci maddəsinin tələbinə görə yoxlayıcılar bu Qanunun yoxlamalarla bağlı müəyyən edilmiş tələblərinin və prosedurtanrun pozulmasına, habelə yoxlamalar apanlarkən, vəzifə borclarını yerinə yetirilməməsinə, vəzifə səlahiyyətlərini aşmasına və sahibkara vurulan zərərə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və dövlət qulluğunun xüsusi növlərində qulluq keçməni tənzimləyən Azərbaycan Respublikasının başqa qanunlarında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Sahibkar yoxlayıcı orqan tərəfindən kompensasiyanın ödənilməsindən imtina olunmasından inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göstərilənləri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Ərazi İdarəsinin vəzifəli şəxsinin xx xxxxxxx 2020-ci il tarixli, ******* nömrəli, MN seriyalı qərarın ləğv edilməsi və həmin idarənin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsinin əlamətləri olduğundan onların barəsində inzibati iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi M.Ə.Muradov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, DƏMX-yə müraciət edən M.B.Hüseynov xx xxx 2020-ci il tarixdə ərizə ilə MMC-yə müraciət edərək öz hesabına 30 (otuz) gün ödənişsiz məzuniyyətə buraxılmasını xahiş etmiş, bundan sonra MMC tərəfindən onun ərizəsi əsasında məzuniyyətə buraxılmış, daha sonra pandemiya ilə əlaqədar MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsini əsas gətirərək işçilərin öz hesablarına ödənişsiz məzuniyyətini xx xxxx 2020-ci il tarixli əmri ilə uzatmış və həmin əmri MMC-də nəzarətçi işləyən V.S.Qaçalov, H.M.Hüseynov və M.B.Hüseynov onu tanış olmaqla imza etmişlər. Belə ki, şikayət verən M.B.Hüseynov həmin əmrlə tanış olmuş və bundan 3 ay sonra şikayət vermişdir. Həmçinin, MMC tərəfindən DƏMX-nin əməkdaşlarına həmin əmr təqdim edilsə də DƏMX-nin əməkdaşları bunu nəzərə almamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi E.D.Aslanov bildirmişdir ki, vətəndaş X1 müraciəti əsasında “xxxx” MMC-nin sahibkarlıq fəaliyyətində yoxlamaların aparılması ilə bağlı monitorinq keçirilmiş, MMC-nin səlahiyyətli şəxslərindən sənəd istənilmiş, MMC-nin təqdim etdiyi sənədlər idarəyə aparılaraq orada yoxlama keçirilmiş, M.B.Hüseynovun xx xxx 2020-ci il tarixdə ərizə yazaraq ödənişsiz, öz hesabına əmək məzuniyyətinə çıxmaq istədiyini bildirmiş və sonuncu MMC tərəfindən həmin tarixdən xx xxxx 2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır. Daha sonra MMC-nin direktor müavininin xx xxxx 2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 146-cı maddəsi əsas gətirilməklə işçilər xx xxxx 2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışlar. Belə ki, “xxxx” MMC tərəfindən Əmək Məcəlləsinin 129-cu maddəsi pozularaq işçilər ödənişsiz məzuniyyətə buraxılmış və MMCdə işləyən işçilərin məzuniyyət pulu ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, M.B.Hüseynov onu karantin (COVİD19) müddətində xx.xx.2020-ci il tarixindən, xx.xx.2020-ci il tarixinədək öz hesabına məcburi məzuniyyətə göndərdildiyini, məzuniyyət bitdikdən sonra yenidən bir aylıq məzuniyyətə çıxması üçün məcburi ərizə yazmasını tələb etdiklərini, həmin ərizəni yazmaqdan imtina etdiyini, bu müddət ərzində əmək haqqısının verilmədiyini, səbəb isə biz özəl iş yeri olduğundan maaş verə bilmədiklərini, ya öz xoşu ilə ərizə yazıb işdən azad olunmasını, ya da ki, öz hesabına məzuniyyətə çıxmasını dediklərini qeyd etmiş, Prezidentin qərarına əsasən karantin müddətində heç bir kəs işdən azad oluna bilinmədiyini, onun isə hal-hazırda adının rəsmi olaraq işdə qeydiyyatda olsa belə işsiz-gücsüz evində oturduğunu, maaşını ala bilmədiyini və onu yenidən işinə bərpa edilməsini ya da ki, pandemiya bitənə qədər maaşının 50%-lə onu təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xxxx” MMC vətəndaş M.B.Hüseynovu ərizəsi olmadan öz hesabına məzuniyyətə göndərmiş, bununla da “xxxx” MMC-nin barəsində DƏMX-nin Baş şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xxxx” MMC-nin direktoru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, M.B.Hüseynov həmin tarixdə xxxx” MMCdə nəzarətçi vəzifəsində işə başlamış və müqavilənin müddəti xx xxxxx 2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, M.B.Hüseynov həmin tarixdə xxxx” MMCdə nəzarətçi vəzifəsində işə başlamış və müqavilənin müddəti xx xxxxx 2024-cü il tarixədək müəyyən edilmişdir. İş materillarında olan xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, M.B.Hüseynov həmin tarixdə öz hesabına məzuniyyətə buraxılmasını xahiş etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxx 2020-ci il tarixli əmrdən görünür ki, M.B.Hüseynov həmin tarixdən 30 (otuz) təqvim günü müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, K34/20 nömrəli əmrin surətindən görünür ki, xxxx” MMC-nin bəzi işçiləri qrup halında onların hər birinin əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamaq şərti ilə xx xxxx 2020-ci il tarixindən operatorlar 30 (otuz), nəzarətçilər – 14 (on dörd) təqvim gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, işə çıxma: operatorlar xx.xx.2020-ci il, nəzarətçilər isə xx.xx.2020-ci il müəyyən edilmiş və həmin əmr operatorlar və nəzarətçilər tərəfindən imzalanmışdır. İş materiallarında olan ərizədən görünür ki, M.B.Hüseynov xx xxxxxx 2020-ci il tarixdən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, M.B.Hüseynovun əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xxxx” MMC-də nəzarətçi vəzifəsində işləyən M.B.Hüseynovun xx xxxxxx 2020-ci il tarixli DƏMX-nə müraciəti əsasında MMC-də monitorinq aparılmış, həmin zaman DƏMX-ni əməkdaşları tərəfindən M.B.Hüseynovun ərizəsi ilə öz hesabına ödənişsiz məzuniyyətə buraxılması və daha sonradan MMC-nin Əmək Məcəlləsinin 146-cı maddəsini əsas götürməklə ödənişsiz məzuniyyətin uzadılması müəyyən edilmiş və buna görə də xxxx” MMC-nin direktoru barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 1.500 manat məbləğində cərimə edilmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən işçilərin öz hesabına ödənişsiz məzuniyyət verilməsi ilə bağlı əmri şikayət verən şəxs M.R.Hüseynova təqdim edilmiş o, könüllü olaraq öz iradə ifadəsini bildirərək və razılaşaraq həmin əmrlə tanış olmuş, imza etmiş və yalnız bundan 3 ay sonra öz narazılığını bildirərək DƏMX-nə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, DƏMX-nin Baş şəhər idarəsi tərəfindən xxxx” MMC-nin barəsində obyektiv və hərtərəfli araşdırma aparılmadan xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında kobud pozuntulara yol verilərək xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi M.Ə.Muradov əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-9/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-9/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver