Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-902/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/2021 saylı icra sənədinə əsasən hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X1 ünvan 1 ünvanında xüsusi mülkiyyətidə olan fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların (ona aid hissədə) sökülməsi və onun mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyi cavabdeh Şəxs MTK-nın üzərinə qoyulmalıdır. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 13 mart 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmin bildirişi Şəxs MTK-nın layihə rəhbəri Ziya Məmmədov imzalamaqla qəbul etmiş, lakin buna baxmayaraq, borclu Şəxs MTK məhkəmə qərarının icrası ilə bağlı heç bir hərəkət etməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs MTK icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs MTK-nın icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən, Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru E.N.Qulubəyli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs MTK dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə icranı təmin etməkdən, eləcə də, uzun müddətdir ki çağırışlar üzrə İcra şöbəsinə gəlməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırır. Belə ki, 09 mart 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanına baxış keçirilmiş lakin sözügedən hasarların hələ də sökülmədiyi o və digər icra məmurları tərəfindən müəyyən olunmuş, daha sonra MTK-nın nümayəndəsi Nigar Mirbabayevanın ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış, nümayəndə onlara iddianın təmin tədbirinin borclu müəssisəyə izah olunduğunu bildirmiş, həmçinin qərarın məsuliyyətinin şirkət rəhbərliyinə çatdırdığını da əlavə olaraq qeyd etmişdir. Daha sonra tərəfindən akt tərtib edilmişdir. Bundan başqa, o və digər icra məmurları tərəfindən məhkəmə qərarının icrası ilə bağlı həmin ünvana baxış keçirilmiş və fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların sökülmədiyi müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MTK-nın barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MTK məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 mart 2021-ci il tarixli, 3(006)-902/2021 saylı bildirişdən görünür ki, Şəxs MTK-nın rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (19 mart 2021-ci il tarixli reyestrin 1 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş 29 mart 2021-ci il tarixli, 3(006)-902/2021 saylı digər bildirişdən görünür ki, Şəxs MTK-nın rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (30 mart 2021-ci il tarixli reyestrin 9 sıra nömrəsi ilə). İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/21 saylı icra vərəqəsindən görünür ki, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X1 ünvan 1 ünvanında xüsusi mülkiyyətidə olan fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların (ona aid hissədə) sökülməsi və onun mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyi cavabdeh Şəxs MTK-nın üzərinə qoyulmalıdır. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin 03 mart 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə qərarın icrasına başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında 03 mart 2021-ci il tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/21 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi borclu Şəxs MTK-ya təklif edilərək həmin sənəd MTK-nın layihə rəhbəri Ziya Məmmədov tərəfindən həmin tarixdə qəbul edilmiş, həmçinin tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 11 mart 2021-ci il tarixli bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/21 saylı icra sənədini icra etməsi üçün borclu Şəxs MTK-ya xəbərdarlıq edilərək sənəd onlara göndərilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi məsuliyyət də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan inzibati məsuliyyət haqqında 17 mart 2021-ci il tarixli bildirişi surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)- 2579/21 saylı icra sənədini icra etməsi üçün borclu Şəxs MTK-ya xəbərdarlıq edilərək sənəd onlara göndərilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi məsuliyyət də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 09 mart 2021-ci il tarixdə Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanına baxış keçirilmiş lakin sözügedən hasarların hələ də sökülmədiyi o və digər icra məmurları tərəfindən müəyyən olunmuş, daha sonra MTKnın nümayəndəsi Nigar Mirbabayevanın ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış, nümayəndə onlara iddianın təmin tədbirinin borclu müəssisəyə izah olunduğunu bildirmiş, həmçinin qərarın məsuliyyətinin şirkət rəhbərliyinə çatdırdığını da əlavə olaraq qeyd etmişdir. İş materiallarında olan 12 mart 2021-ci il tarixdə Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanına baxış keçirilmiş, lakin fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarlar sökülməmişdir, yəni icra sənədinin icrasını təmin etməmişlər. İş materiallarında 18 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/2021 saylı icra sənədinə əsasən hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X1 ünvan 1 ünvanında xüsusi mülkiyyətidə olan fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların (ona aid hissədə) sökülməsi və onun mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyi cavabdeh Şəxs MTK-nın üzərinə qoyulmalıdır. İcra sənədi üzrə 03.03.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmişdir. Könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu Şəxs MTK-ya inzibati məsuliyyət barədə 11.03.2021-ci il tarixli bildiriş göndərilərək icra sənədinin icrasını təmin olunması tələb olunmuşdur. Tələbkar şöbəyə müraciət edərək məhkəmə qərarının icra olunmamasını bildirmişdir. 17.03.2021-ci il tarixdə borclu Şəxs MTK-ya müraciət olunaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi səbəbindən barəsində inzibati protokol tərtib edilməsi məqsədi ilə sözügedən icra sənədinin icrasına məsul edilmiş şəxsin 18.03.2021-ci il tarixdə, saat 10:00-da ünvan 4 ünvanında yerləşən Nəsimi Rayon icra və probasiya şöbəsinə gəlməsini təmin olunması təmin olunmuşdur. Eyni zamanda borcluya bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunanlara baxmayaraq borclunun nümayəndəsi şöbəyə gəlməmişdir (müvafiq akt tərtib edilmişdir) və bununla da məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(006)-2579/2021 saylı icra sənədinə əsasən hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X1 ünvan 1 ünvanında xüsusi mülkiyyətidə olan fərdi yaşayış evinin önündə çəkilmiş taxta hasarların (ona aid hissədə) sökülməsi və onun mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyi cavabdeh Şəxs MTK-nın üzərinə qoyulmalıdır. İcra sənədi üzrə 03 mart 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmiş, ümumilikdə qeyd olunan mənzil tələbkara verilməmiş, həmçinin, icra məmurunun bildirişlərinin alınmasına baxmayaraq həmin bildiriş və xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MTK-ya uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra məmurunun çağırışları üzrə İcra Şöbəsinə gəlməkdən boyun qaçırması, nəticədə, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MTK-nın barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs MTK-nın törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-902/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-902/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver