Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-908/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə başinspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3” QSC-nin (Direkt Kredi MMC) nümayəndəsi X2 iştirakları ilə, “X3” QSC-nin (Direkt Kredi MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X3” QSC-nin (Direkt Kredi MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdətutulmuş inzibati xətanı törətməsinə dair xx xxx 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən “X3” QSC (Direkt Kredi MMC) “Kamaz 53229 Ş DƏ 58146C Xüsu” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxxxx 2020-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə başinspektoru V.Ş.Məmmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək “X3” QSC-nin (Direkt Kredi MMC) barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3” QSC-nin (Direkt Kredi MMC) nümayəndəsi R.T.Əhmədov bildirmişdir ki,Nəsimi RPİ tərəfindən şirkətə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş 211691 və 211699 saylı sorğulara həmin tarixdə cavab verilmiş və göstərilmişdir ki, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirildiyinə görə müqaviləyə xitam verilmişdir və müqavilə üzrə sənədlər AR Nazirlər Kabinetinin xx xxxx 2010-cu il tarixli, 32 saylı qərarına əsasən saxlama müddəti başa çatmış sənədlər sırasında xx xxxxxx 2018-ci il tarixli 005/2018 saylı əmr əsasında məhv edilmiş, bu səbəbdən onlara hər hansı bir məlumat təqdim edə bilmədikləri və onlarda olan məlumata görə **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə ada keçmə sənədləri “xxxxxxxxxxx” MMC-yə təhvil verildiyi qeyd olunmuşdur. Hazırda həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq “X3” QSC-nin (Direkt Kredi MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib,toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X3” QSC-nin (Direkt Kredi MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də,“X3” QSC-nin (Direkt Kredi MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin “X3” QSC-yə (Direkt Kredi MMC) ünvanladığı xx xxxxxx 2020-ci il tarixli sorğudan görünür ki, sonuncudan mülkiyyətində olan “Kamaz 53229 Ş DƏ 58146C Xüsu” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu xx xxxxxx 2020-ci il tarixdə “X3” QSC-nin (Direkt Kredi MMC) məsul şəxsi tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “X3” QSC-nin (Direkt Kredi MMC) Nəsimi RPİ-nin Dövlət Yol Polisi Xidmətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, DK-1059 saylı məktubdan görünür ki, həmin orqana xx xxxxxx 2020-ci il tarixdə cavab verilmiş və göstərilmişdir ki, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirildiyinə görə müqaviləyə xitam verilmişdir və müqavilə üzrə sənədlər AR Nazirlər Kabinetinin xx xxxx 2010-cu il tarixli, 32 saylı qərarına əsasən saxlama müddəti başa çatmış sənədlər sırasında xx xxxxxx 2018-ci il tarixli 005/2018 saylı əmr əsasında məhv edilmiş, bu səbəbdən onlara hər hansı bir məlumat təqdim edə bilmədikləri və onlarda olan məlumata görə **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə ada keçmə sənədləri “xxxxxxxxxxx” MMC-yə təhvil verildiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, məhkəmə iclasında isə müəyyən edilmişdir ki, “X3” QSC (Direkt Kredi MMC) tərəfindən müvafiq sorğu onlara daxil olmazdan əvvəl Şirkətin mülkiyyətində olan bütün nəqliyyat vasitələri və onları idarə etmiş fiziki şəxslər haqqında məlumatlar (o cümlədən hazırki iş materiallarında olan sorğuda göstərilən nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar) Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət Yol Polisi Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də,“X3” QSC-nin (Direkt Kredi MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3” QSC (Direkt Kredi MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-908/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-908/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver