Məhkəmə qərarları › İş №3(006)-909/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-909/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-909/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Zəngilan Rayon Prokurorluğunun nümayəndəsi – prokuror köməkçisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi – X5 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib olunan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan rayon prokuroru ədliyyə müşaviri Qibləli Kərimov tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmiş və aidiyyəti üzrə baxılaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar X22, X19, X14 və X3 Zəngilan rayonu, Cahagirbəyli kəndi ərazisində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilmələri əsası ilə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Prokurorluğunun nümayəndəsi prokuror köməkçisi X20 inzibati xəta haqqında iş üzrə icraata başlanma haqqında qərarla eyni məzmunda izahat verərək, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, Şəxs faktiki direktorudu, Əliyev Əli direktor vəzifəsində formal işləyir, əsl işi MMC-də anbar rəisidir, Şəxs tikinti şirkəti olmaqla, Zəngilan rayonu, Cahangirbəyli kəndində 45 fərdi yaşayış evinin tikintisini aparır. Biz MMC olaraq usta və fəhlələri birbaşa tərəfimizdən işə cəlb etmirik, briqadirlərlə xidmət müqaviləsi bağlamaqla briqadirlərin özləri tərəfindən şəxsən cəlb etdikləri ustalar tikintidə fəaliyyət göstərirlər, Həmin ərazidə işçiləri işçilik müqaviləsi əsasında briqadalara veririk, həmin fiziki şəxslərlə sadəcə işçilik müqaviləsi bağlanır. Həmin adları sadalanan 4 nəfər işçi keyfiyyətsiz işləri nəticəsindən tikintidən kənarlaşdırılıblar. Həmin şəxslərə ödənişlər 3-5 gün gecikdiyindən onlar şikayət ediblər. Onların şikayəti əsassızdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, İlkin bəy şikayətində sadəcə MMC-dən 644 manat pul tələb etmiş, işçinin gördüyü iş sınaq müddətinə götürülmüş, sonra işçiyə ödəniş olunmuş, həmin 3-5 gün gecikmə də onunla bağlı olumuş, biz müqaviləni həmin briqadaların briqadirləri ilə bağlayırıq, həmin ustaları və fəhlələri briqadirlər özləri taparaq işə cəlb etmiş, prokurorluq tərəfindən inzibati araşdırma aparılan zaman bizim izahatımız alınmamış, xidmət müqaviləsi (subpodrat müqaviləsi) briqadir Məmi müəllimlə bağlanımış, inzibati araşdırma zamanı Əli Əliyevin izahatı alınarkən təqdim edəcəyi müqavilə dedikdə, MMC ilə briqadir Məmi (Malik) müəllim arasında bağlanan müqaviləni nəzərdə tutulmuşdur. Ödniş tapşırıları ilə tərəfimizdən xidmət üçün Hüsiyev Məmiyə ödəniişlər edilmiş, sonuncu ödənişin isə Əliyev Əli tərəfindən ödənilməsi tərəflərin şikayətindən sonra olmuşdur. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X22 izahat verərək bildirmişdir ki, mən çox yerdə işləmişəm. Şəxsndə də 24 gün işləmişəm. Keçən ilin oktyabr ayında işə qəbul olmuşam. X37 Abdullazadə, Əlizadə də mənimlə işləyibdir. Bizim ödənişlərimizdə gecikmə olub. Müraciət etmişik ödənişimiz olmayıb, sonradan biz məcbur olub Əli müəllimlə danışmışıq, sosnuncu dəfə ödənişi bizə Əli müəllim etmişdir. Hazırda şirkətin bizə borcu yoxdur. Məmi (Malik) adlı şəxs də orda briqadir kimi fəaliyyət göstərmişdir. Əvvəlki məhkəmə iclasında işitrak edən inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X23 izahat verərək bildirmişdir ki, MMC Zəngilan rayonu, Cahangirbəyli kəndində 45 fərdi evin tikintisini aparır. Mənim Şəxs ilə müqaviləm var. Sadəcə işçi ilə mənim aramda olan anlaşılmamazlıqdan bu xəta baş veribdir. Həmin işə götürdüyüm işçilər məşğulluq yolu ilə bizə işçi kimi gələn işçilərdir. Hər bir işçi ilə mən müqavilə tələb edirəm. Sadəcə həmin işçilər özləri müqavilədən qaçırlar. Həmin işçiləri bir bir müqavilə bağlayıb işə buraxırıq. Hər hansı bir şəxs müqaviləsi olmadan hər hansı bir sahədə işləyə bilməz. Həmin 4 nəfər olan şəxslər, elşən və digərlərini işçi kimi tanımışam. Həmin 4 nəfər bir birini gətirib işə cəlb ediblər. Bizdə ödənişlərin olunması belədir ki, işçilərə veriləsi ödənişlər mənə verilir, mən onların ödənişini edirəm. Ödənişin də qaydası budur ki, iş görülür. Şirkətin mütəxəssisi gəlir işi qəbul edir və iş həcmini hesablayır və sonra ödənişi edirlər. Bundan sonra da mən işçilərə ödənişlərini edirəm. Həmin şikayət edən şəxslərin hər birinin ayrı ayrılıqda gördükləri işin müqabilində ödənişləri olubdur. Sadəcə 3-5 gün gecikmə olub, o da iş həcminin hesablanması və işin təhvil verilməsi ilə bağlı olubdur. Məhkəmə tərəfindən verilmiş suallara cavab olarraq bildirmişdir ki, onlar mənim briqadamın işçiləri olmuş, MMC-nin işin görülməsi ilə bağlı mənimlə müqavilələri olmuş, həmin şəxslər MMC-nin deyil mənim işçilərim olumuş,mənimlə MMC arasında işlərin görülməsi ilə bağlı xidməti müqavilə bağlanmış, mən fərdi evlərin tikilməsi ilə bağlı işəmuzd xidmətlərlə bağlı işçi götürmüşəm, Elşən Əliyevi tanışlarım vasitəsi ilə beton işlərinin görülməsi ilə bağlı işə cəlb etmişəm. Həmin vaxt Elşənlə birlikdə 3 nəfər də eyni vaxtda işə cəlb olunublar. Həmin şəxslər işlər təhvil təslim verilmədən məndən pul tələb ediblər. Mən həmin vaxtı çətin vəziyyətdə qaldığımdan MMc-nin rəhbərliyinə müracitə etmişəm ki, tez bir zamanda istisna hal kimi həmin şəxslərin birbaşa ödənişlərini etsinlər. Həmin vaxt isə MMC tərəfindən Elşən Əliyev və digər 3 nəfər şəxsin ödənişlərini Elşən Əliyevə təqdim etmişik. Qeyd edilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında işitrak edən inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X24 və Özal X1 ilə eyni məzmunda izahat verərək Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 Şəxs MMC-də qanunsuz əməyə cəlb edilməsi və əmək haqqının ödənilməməsinə görə Zəngilan Rayon Prokurorluğuna etdiyi müraciətlə bağlı 12-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli 12-C-25 saylı arayışdan görünür ki, Zəngilan rayon prokurorunun köməkçisi A.Mahmudov tərəfindən X6 məxsus ***-***-**-** möbil nömrəsi ilə əlaqə saxlanılmış, sonuncu izahat verməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli “X2 Sisteminin” “əmək müqaviləsi məlumatlarının” çıxarışından görünür ki, X10 ilə Şəxs MMC arasında əmək müqaviləsi mövcud deyil. xx.xx.2025-ci il tarixli “X2 Sisteminin” “əmək müqaviləsi məlumatlarının” çıxarışından görünür ki, X22 ilə Şəxs MMC arasında əmək müqaviləsi mövcud deyil. xx.xx.2025-ci il tarixli “X2 Sisteminin” “əmək müqaviləsi məlumatlarının” çıxarışından görünür ki, X19 ilə Şəxs MMC arasında əmək müqaviləsi mövcud deyil. xx.xx.2025-ci il tarixli “X2 Sisteminin” “əmək müqaviləsi məlumatlarının” çıxarışından görünür ki, X14 ilə Şəxs MMC arasında əmək müqaviləsi mövcud deyil. xx.xx.2024-cü il tarixli No RM01 saylı Xidmət müqaviləsindən görünür ki, Sfarişçi- Şəxs MMC ilə icraçı-X23 (VÖEN: **********) arasında “hörgü ustası və fəhlə təmini və hörgü işlərinin yerinə yetirilməsi xidmətlərinin göstəriləməsi”nə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli No RNM03 saylı Xidmət müqaviləsindən görünür ki, Sfarişçi- Şəxs MMC ilə icraçı-X15 (VÖEN: **********) arasında “hörgü ustası və fəhlə təmini və hörgü işlərinin yerinə yetirilməsi xidmətlərinin göstəriləməsi”nə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli No 0108 saylı Xidmət müqaviləsindən görünür ki, Sfarişçi-Şəxs MMC ilə icraçı-X9 (VÖEN: **********) arasında “hörgü ustası və fəhlə təmini və hörgü işlərinin yerinə yetirilməsi xidmətlərinin göstəriləməsi”nə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli No 16/09 saylı Xidmət müqaviləsindən görünür ki, Sfarişçi- Şəxs MMC ilə icraçı-X16 (VÖEN: **********) arasında “hörgü ustası və fəhlə təmini və hörgü işlərinin yerinə yetirilməsi xidmətlərinin göstəriləməsi”nə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli No 2110 saylı Xidmət müqaviləsindən görünür ki, Sfarişçi-Şəxs MMC ilə icraçı-X4 (VÖEN: **********) arasında “hörgü ustası və fəhlə təmini və hörgü işlərinin yerinə yetirilməsi xidmətlərinin göstəriləməsi”nə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli No 2310 saylı Xidmət müqaviləsindən görünür ki, Sfarişçi-Şəxs MMC ilə icraçı-X21 (VÖEN: **********) arasında “hörgü ustası və fəhlə təmini və hörgü işlərinin yerinə yetirilməsi xidmətlərinin göstəriləməsi”nə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli No 2811 saylı Xidmət müqaviləsindən görünür ki, Sfarişçi-Şəxs MMC ilə icraçı-X17 (VÖEN: **********) arasında “hörgü ustası və fəhlə təmini və hörgü işlərinin yerinə yetirilməsi xidmətlərinin göstəriləməsi”nə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 10.000 manat məbləğində pul vəsaiti X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 16.000 manat məbləğində pul vəsaiti X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 5529.81 manat məbləğində pul vəsaiti X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 4790 manat məbləğində pul vəsaiti X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 10.000 manat məbləğində pul vəsaiti X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 5192 manat məbləğində pul vəsaiti X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 7000 manat məbləğində pul vəsaiti X12 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli köçürmənin aparılmasına dair **********393082 nömrəli bildirişdən görünür ki, Şəxs MMC tərəfindən 1260 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixli RM01 saylı müqavilə üzrə X12 hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli kassa məxaric orderindən görünür ki, anbar mühasibi-Əliyev Əl tərəfindən X18 3600 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Şəxs MMC tərəfindən Zəngilan rayonu Cahangirbəyli kəndi ərazisində fərdi yaşayış evlərinin tikintisinin həyata keçirilməsi, tikinti işləri zamanı X22, X19, X14 və X10 tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (23-24 gün ərzində) qeyd olunan ərazidə hörgü işlərinin aparılması hazırkı inzibat xəta haqqında iş üzrə mübahisələdirilməyən hallardır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar münasibətdə qeyd edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd olunan maddənin dispozisiyasına əsasən hazırkı inzibati xəta haqqında iş üzrə işəgötürənin, yəni inzibati xəta tərkibinin subyektinin kim olduğunun müəyyən edilməsini zəruri hesab edir. İş üzrə tədqiq edilmiş hallar (izahatlar, müqavilə, ödəniş qəbzləri və s.) məhkəmədə Şəxs MMC-nin inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli No RM01 saylı Xidmət müqaviləsinə əsasən məhz X23 tərəfindən Şəxs MMC-nin xeyrinə Zəngilan rayonu Cahangirbəyli kəndi ərazisində fərdi yaşayış evlərinin tikintisi zamanı X22, X19, X14 və X10 fəhlə və usta kimi hörgü işlərinin yerinə yetirilməsi üçün cəlb edilmiş, bu xüsusat məhkəmə iclası zamanı həm hüquqi şəxsin nümayəndələri, həm də X23 tərəfindən etiraf edilmiş, məhkəmə iclasında izahatı alınmış X22 tərəfindən isə (qarşı tərəfin nümayəndəsinin dediklərinə münasibətdə) bu hal təkzib edilməmiş, qeyd olunan xidmətlərin - fəhlə və ustalar tərəfindən işlərin görülməsi üçün isə Şəxs MMC tərəfindən X23na məxsus bank hesabına müxətlif vaxtlarda (həmçinin 2024-cü ilin oktyabr və noyabr aylarında) köçürmələr (ödəniş tapşırıqlarına əsasən) edilmiş, eyni zamanda hüquqi şəxs tərəfindən (əlavə olaraq təqdim etdiyi xidməti müqavilələrə əsasən) hörgü işlərinin edilməsi üçün digər şəxslərlə (briqadirlərlə) də eyni məzmunlu müqavilələr (xidmət, subpodrat) bağlanmışdır. Məhkəmə inzibati xəta haqqında qərara münasibətdə isə qeyd edir ki, inzibati araşdırma aparan orqan tərəfindən qərar qəbul edilərkən yalnız iş üzrə X22, X19, X7 izahatlarına istinad edilmiş, hazırkı iş üzrə icraata başlanmağa əsas olmuş şəxs (ilkin olaraq müraciət edən) - X3 izahatı isə ümumiyyətlə alınmamış, bu xüsusatla bağlı inzibati araşdırma aparan orqan tərəfindən iş materiallarına formal olaraq arayış əlavə edilmiş və hüquqi şəxsə xidmət (subpodrat) müqaviləsi təqdim edilməsi üçün kifayət qədər müddət verilməmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iş üzrə məhkəməyə inzibati araşdırma aparan orqan tərəfindən təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini (məhz qeyd olunan inzibati xətanın məhz hüquqi şəxs tərəfindən törədilməsi faktını) təsdiq etmir və X22, X19, X14 və X3 qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən kimi birbaşa olaraq Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar