Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-914/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs «xxxx» MMC-nin direktoru X1 nümayəndəsi və vəkili «Hümbətov və Partnyorları» Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan «xxxx» MMC-nin direktoru X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC-nin direktoru X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş 30 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN0647157nömrəli, 30.11.2020-ci il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən 700 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərar və protokol ona verilmədiyindən tərəfindən 30.12.2020-ci il tarixli və 04.02.2021-ci il tarixli məktublarla X9 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət olunmuşdur. Yalnız bundan sonra protokol və qərarın təsdiq olunmuş surətləri ona 19.03.2021-ci il tarixdə nümayəndəsi vasitəsilə təqdim olunmuşdur. X9 Xidmətinin Bakı Şəhər İdarəsinin ona ünvanladığı 16.03.2021-ci il tarixli, **********9 nömrəli məktubda qərarın poçt xidməti tərəfindən idarəyə geri qaytarıldığını bildirmişdir. X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunaraq onun barəsində tərtib olunmuş MN ******* nömrəli, 13 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. X9 Xidmətinin Bakı Şəhər İdarəsi pozuntu olaraq protokolda “işçi X3 əmək haqqı və son haqq-hesabının qanunvericiliyin tələblərinə uyğun ödənilməməsini” və qərarda isə "yalnız son haqq-hesabın zamanında və düzgün ödənilməməsini" qeyd etmişdir. Protokol və qərarın məzmunu bir-biri ilə ziddiyyət təşkil edir və hər ikisində inzibati xətanın nədən ibarət olması ümumi sözlərlə ifadə edilmişdir. İXM 100.1.4-cü və 115.1.4-cü maddələri inzibati xətanın mahiyyəti və müvafiq halların protokol və qərarda aydın formada göstərilməsini tələb edir. "xxxx" MMC-nin direktoru olduğu müddətdə əmək müqaviləsinə xitam verilmiş X3 əmək müqaviləsinə xitam verilən, əmək haqqı və son haqq-hesabı ödənilən zaman qanunvericiliyin hər hansı müddəasının pozuntusuna yol verilməmişdir. Belə ki, işçinin əmək müqaviləsinə 01.10.2020-ci il tarixdə xitam verilmiş, işçinin son ayı olan sentyabr ayının əmək haqqı 30.09.2020-ci il tarixdə və istifadə etmədiyi məzuniyyətinə görə kompensasiya isə 01.10.2020-ci il tarixdə ödənilmişdir. Bununla bağlı müvafiq sənədlər "xxxx" MMC tərəfindən X9 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunmuşdur. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati tənbeh vermə haqqında qərarda "son haqqhesabın zamanında və düzgün ödənilməməsi" inzibati xəta kimi qeyd olunsa da, İXM-də, o cümlədən X9 Xidmətinin Bakı Şəhər İdarəsinin istinad etdiyi İXM-nin 192.4-cü maddəsində ümumiyyətlə son haqq-hesabın hesablanıb və ödənilməsi qaydalarının pozulmasına görə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmamışdır (İXM-nin tam mətnində "son haqq-hesab" ifadəsi belə yoxdur). X9 Xidmətinin Bakı Şəhər İdarəsi İXMnin 192.4-cü bəndində əksini tapan "əmək və məzuniyyət" haqqı ifadəsini "son haqqhesab" ifadəsi ilə eyniləşdirərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir ki, bu da aşağıda göstərilən əsaslara görə tamamilə əsassız və qanunaziddir. X9 Xidmətinin Bakı Şəhər İdarəsinin İXM-nin 192.4-cü maddəsindəki "əmək və məzuniyyət" haqqı ifadəsini "son haqq-hesab" ifadəsi ilə eyni məzmunda şərh etmək səlahiyyəti yoxdur. Konstitusiyanın 130-cu maddəsinə, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 60-cı maddəsinə və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 90-cı maddəsinə əsasən normativ hüquqi aktların rəsmi şərh edilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. X9 Xidmətinin Bakı Şəhər İdarəsi bu cür yanaşma ilə İXM-nin 192.4-cü maddəsini faktiki olaraq analogiya üzrə tətbiq etmişdir. Halbuki, İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. X9 Xidmətinin Bakı Şəhər İdarəsinin bu cür yanaşması İXM-nin 3-cü maddəsinə də ziddir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əmək Məcəlləsinin və İXMnin tələbləri baxımından əmək haqqı, məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi (kompensasiya) tamamilə fərqli anlayışlardır və İXM-nin müvafiq müddəası tətbiq olunan zaman bunlar nəzərə alınmalıdır. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsi əmək haqqının, 139-cu maddəsi məzuniyyət haqqının, 143-144-cü maddələri isə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin mahiyyətini müəyyən edir. Eyni qaydada İXM-nin 192.4 və 192.5-ci maddələri də bu anlayışları fərqləndirir. "xxxx" MMC tərəfindən işçiyə son haqq-hesab olaraq yalnız istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilmişdir. X9 Xidmətinin Bakı Şəhər İdarəsinin qərarda istifadə edilməmiş məzuniyyətə görə pul əvəzini (kompensasiyanı) "son haqqhesab" kimi ifadə edərək İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etməklə də səhvə yol vermişdir. Belə ki, müvafiq kompensasiyanın ödənilməsində pozuntuya yol verilmiş idisə, İXM-nin 192.5-ci maddəsinə istinad edilməli idi. İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyil. Həmin maddədə nəzərdə tutulan 4 tərkib elementi - əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi - tərəfindən yol verilmiş hər hansı hərəkət və ya hərəkətsizlikdə əksini tapmamışdır. Həmçinin, X9 Xidmətinin Bakı Şəhər İdarəsində bunu sübut edə bilməmişdir. X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İXMnin müddəalarının pozuntularına yol verilməklə inzibati xəta haqqında is üzrə icraat əvvəldən sonadək onun iştirakı olmadan aparılmışdır. X9 Xidmətinin Bakı Şəhər İdarəsi ona protokolu və ya hər hansı digər sənədi təqdim etməmiş, baş vermiş faktın inzibati xəta olması, onun təqsirinin olub-olmaması araşdırılmamış, onun inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş, hüquqlarının müdafiəsi üçün ona zəruri şərait yaradılmamış və barəsində xəbəri olmadan inzibati xəta haqqında qərar qəbul edilmişdir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olması, şəxsin inzibati xəta törətməkdə təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar olaraq müəyyən edilmişdir. Bundan əlavə, inzibati xətalar haqqında qanunvericiliyin icraatın iştirakçılarının işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməsi (İXM: 60-cı maddə), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən izahatın alınması (İXM: 61-ci və 78-ci maddə), sənədlərin sübut qismində araşdırılması (İXM: 80-ci maddə), sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi (İXM: 84-cü maddə), inzibati xəta haqqında işə baxılma qaydası (İXM: 112-ci maddə) və qərarın çıxarılması qaydasına (İXM: 114-cü maddə) dair tələbləri pozulmuşdur. Təqsirsizlik prezumpsiyasınm (İXM: 8-ci maddə) tələbləri və qanunçuluq prinsipinin (İXM: 6-cı maddə) tələbləri pozulmuşdur. İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən hesab edir ki, onun hər hansı təqsiri olmadığından, inzibati xəta hadisəsi inzibati xəta tərkibi olmadığından və ümumiyyətlə inzibati xəta haqqında iş üzrə icraat İXM-nin maddi və prosessual normalarının pozuntularına yol verilməklə aparıldığından inzibati xəta haqqında iş üzrə qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmədən X5 Bakı şəhər İdarəsinin rəisi X7 qəbul etdiyi MN seriyalı ******* nömrəli 30 noyabr 2020-ci il tarixli qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs «xxxx» MMC-nin direktoru X1 nümayəndəsi və vəkili X11 şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək X8 barəsində X5 Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 30 noyabr 2020-ci il tarixli qərarın qanunsuz və əsassız olduğunu hesab edərək məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 30 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, müəyyən edilmişdir ki, vətəndaş X2 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı zamanında və düzgün ödənilməmişdir. Nəticədə «xxxx» MMC-nin direktoru X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilən «xxxx» ASC-nin “Landmark” Biznes Mərkəzinin direktoru Leyla Abbasova tərəfindən müştəriyə ünvanlanmış 01 dekabr 2020-ci il tarixli, PB/PBL- 1712 nömrəli məktubdan görünür ki, “xxxx” MMC tərəfindən X4 və digər şəxslərə əmək haqqı köçürülməsi məqsədilə 01 oktyabr 2020-ci il tarixdə “xxxx” ASC internet bankinqdə tərtib olunmuş ödəniş tapşırığı yaradılmışdır. Ödəniş tapşırığı “xxxx” MMC tərəfindən 01.10.2020-ci il tarixdə yaradılsa da, əmək haqqı köçürməsi müəyyən səbəblərdən 05.10.2020-ci il tarixdə həyata keçirilmişdir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə bildirişləri göndərmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair sübut təqdim olunmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, X4 ödəniş edilməsi məqsədilə ödəniş tapşırığı “xxxx” MMC tərəfindən 01.10.2020-ci il tarixdə yaradılsa da, “xxxx” ASC tərəfindən əmək haqqı köçürməsi müəyyən səbəblərdən 05.10.2020-ci il tarixdə həyata keçirilmişdir. Məhkəmə iclasında “xxxx” MMC-nin direktoru Məcnun Məmmədov tərəfindən İXM-nin 192.4-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, faktla bağlı tərtib edilmiş 13 noyabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 30 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli 30 noyabr 2020-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Bakı şəhər İdarəsinin rəisi X7 qəbul etdiyi MN seriyalı ******* nömrəli 30 noyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-914/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-914/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver