Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-914/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-2(113)-10/2020 saylı icra sənədi üzrsüz səbəbdən icra edilmir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru R.X.Quliyev bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2-2(113)-10/2020 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 160685,49 manat pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Aparılan icra tədbirləri zamanı borclunun mülkiyyətində borcun yönəldilə biləcəyi hər hansı əmlak növü aşkar edilməmişdir. Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu tam şəkildə ödəməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, icra məmuru R.X.Quliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC fəaliyyətini dayandırmış, direktoru tapılmışdır. Şirkətin balansında olan əmlakına inkasso qoyulmuşdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatlıdır. O, sadəcə rəhbəridir, borc haqqında MMC-nin təsisçilərinə məlumat vermişdir. O, 2012-ci ilin sentyabr ayından "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyir. Şirkət borcu o, şirkətdə işləməmişdən olmuşdur, o, şirkətin rəhbərliyinə dəfələrlə işdən çıxarılması barədə müraciət etsə də onun əmək müqaviləsinə xitam verilməmişdir. Daha sonra o, 2015-ci il tarixdə Rusiya Federasiyasına getmiş və keçən il, yəni 2021-ci il tarixdə qayıtmışdır. Yenidən təsisçilərə işdən azad olunması ilə bağlı müraciət etmiş, lakin onu işdən azad etməmişlər. Bundan sonra o, məhkəməyə müraciət etmiş, məhkəmə onun işdən azad edilməsi ilə bağlı qərar qəbul etmişdir. Rəsmi olaraq onun "xxxx" MMC-də qanuni təmsilçilik funksiyası ilə direktoru vəzifəsinə 15 mart 2022-ci il tarixdə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin təsisçilərinin 15.03.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyası ilə direktoru vəzifədən Şəxs azad edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra subyekt düzgün müəyyən edilmədən, borclunun gəlirləri və əmlak vəziyyəti barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıbalınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış Nəsimi Rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-914/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-914/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver