Məhkəmə qərarları › İş №3(006)-915/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-915/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-915/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hər zaman qanunlara tabe olan bir vətəndaş olmuş və heç bir zaman hər hansı qanun pozuntusuna yol verməmişdir. Bildirir ki, xx.xx.2021-ci ildə saat 9:12:38-də rəis, X3, 20-ci PB Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən İnzibati tənbeh vermə haqqında EPQ № ******* saylı qərara əsasən xx.xx.2021-ci ildə saat 12:16-da EXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir.Həmin protokola əsasən ona 100 (yüz) manat cərimə tədbiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməyimlə bağlı qərar və protokol tərtib edilmişdir. Nə qərardan, nə də ki, ona tədbiq edilmiş protokoldan xəbəri olmamışdır. Təsadüfən mygov.az sayıtına cərimələrinin var, ya yox deyə yoxlamaq istərkən adına qanunsuz və haqsız olan cərimələrin tətbiq edildiyini görmüşdür. Üstəlik onun istifadəsində olan mobil nömrəni yox, başqa bir şəxsin mobil nömrəsi qeyd edilmişdir (266-66-66). O da dərhal 102-i polis xidmətinə məsələ ilə bağlı məlumat vermiş, lakin bu günədək şikayəti ilə bağlı heç bir tədbir görülmədiyi üçün hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Heç xəbəri də yoxdur. Onu xəbəri olmadan adını yuxarda qeyd etdiyi polis əməkdaşı tərəfindən adına qərar və protokol tərtib etmişdir. Qeyd edilən nömrə ilə heç bir əlaqəsi yoxdur. 2021-ci ildən bu ilədək (070 254-53-63) olan öz mobil nömrəsi şəxsi istifadəsindədir. Göstərilənlərə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X1 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarını pozduğu əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmiş və barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X1 inzibati xətanı törətməsi sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, şikayətçi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri qaydalarını pozmadığını bildirir, həmçinin, onun istifadəsində (266-66-66) mobil nömrəsinin olmadığını, əksinə onun istifadəsində olan (070 254-53-63) mobil nömrəsinin olduğunu qeyd edir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Lakin şikayətçinin qeyd etdiklərinə qarşılıq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, şikayət təmin edilməli və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar