Məhkəmə qərarları › İş №3(006)-923/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-923/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-923/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs MMM-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 57; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMM barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 70000.00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 50000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMM-nin direktoru X3 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 11 fevral 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol anlaşılmazlıq və qeyri müəyyənlik nəticəsində tərtib olunduğundan materiala mahiyyəti üzrə yenidən baxılmalı və aşağıdakı sübutlar nəzərə alınmaqla hüquqi şəxsin əməlində inzibat xəta tərkibinin əlamətləri olmadığından və inzibati xəta hadisəsi baş vermədiyindən inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, müəssisə tərəfindən fəaliyyət göstərdiyi dövr ərzində xaricə aparılmış avans ödənişləri ilə bağlı malların idxalı həyata keçirilmişdir. Baş vermiş uyğunsuzluq halı məlumatların düzgün işlənilməməsi və ya banka düzgün məlumatların təqdim edilməməsi nəticəsində yaranmışdır. Belə ki, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 tarixli 200000 Avro məbləğində avans ödənişləri və xx.xx.2022-ci il tarixli 6260.0 Avro ödənişi xx.xx.2022-ci il tarixli **********58513 nömrəli (dəyəri 156094.0 Avro olan), xx.xx.2022-ci il tarixli **********3086 nömrəli (dəyəri 4000.0 Avro olan), xx.xx.2022-ci il tarixli **********1495 nömrəli (dəyəri 46166.0 Avro olan), ümumi dəyəri 206260.0 Avro olan yük gömrük bəyannamələri hesabına bağlanmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli 50000 Avro avans ödənişi xx.xx.2022-ci il tarixli **********3278 nömrəli 66140 Avro dəyərində yük gömrük bəyannaməsi hesabına, xx.xx.2022-ci il tarixli 20000 Avro dəyərində avans ödənişi xx.xx.2022-ci il tarixli **********2288 nömrəli yük gömrük bəyannaməsi hesabına, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli 120000 Avro avans ödənişləri xx.xx.2023-cü il tarixli **********7631 nömrəli 122773 Avro dəyərində yük gömrük bəyannaməsi hesabına bağlanmışdır. Bildirir ki, ümumilikdə qeyd olunan əməliyyatlar üzrə müəssisə tərəfindən aparılmış xaricə köçürmələrin ümumi məbləği 440000 Avro, idxal olunmuş malların ümumi dəyəri isə 564841 Avro olmuşdur ki, bu da Müəssisə tərəfindən avans ödənişləri üzrə açıq qalmış məbləğin olmadığını göstərir. Bildirir ki, qeyd olunan məlumatlar tərəflərindən Azərbaycan Beynəlxalq Bankı ASC Səbail filialının əməkdaşları ilə araşdırılmış və Bank tərəfindən uyğunsuzluqla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat göndərilmişdir. Qeyd olunanlarla bağlı Bankın filialının əməkdaşları ilə aparılmış yazışmalar əsnasında məktuba əlavə edilmiş excel cədvəldə dəqiqləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs MMM-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - X1 əsasən Şəxs MMM tərəfindən İtaliya Respublikasında yerləşən “STEFANO RİCCİ S.p.A” şirkətinin hesabına xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 70000.00 Avro məbləğində pul göndərilmişdir; - xx.xx.2022-ci il tarixli **********8513 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “STEFANO RİCCİ S.p.A” şirkəti tərəfindən Şəxs MMM-yə xx.xx.2022-ci il tarixdə 156094,00 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********1495 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “STEFANO RİCCİ S.p.A” şirkəti tərəfindən Şəxs MMM-yə xx.xx.2022-ci il tarixdə 46166,00 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********3278 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “STEFANO RİCCİ S.p.A” şirkəti tərəfindən Şəxs MMM-yə xx.xx.2022-ci il tarixdə 66140,00 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2022-ci il tarixli **********2288 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “STEFANO RİCCİ S.p.A” şirkəti tərəfindən Şəxs MMM-yə xx.xx.2022-ci il tarixdə 60117,00 Avro məbləğində mal idxal olunmuşdur. - xx.xx.2023-cü il tarixli **********7631 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “STEFANO RİCCİ S.p.A” şirkəti tərəfindən Şəxs MMM-yə xx.xx.2023-cü il tarixdə 122773,00 Avro məbləğində mal idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMM xx.xx.2023-cü il tarixdə “STEFANO RİCCİ S.p.A” şirkətinin hesabına xx.xx.2018-ci il tarixli müqavilə üzrə 70000.00 Avro məbləğində vəsait xaricə köçürülmüş, ödənişin aparıldığı 2 il müddət ərzində 20000.00 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, qalıq avans 50000.00 Avro təşkil etmişdir. Lakin məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 156094,00 Avro məbləğində, xx.xx.2022-ci il tarixdə 46166,00 Avro məbləğində, xx.xx.2022-ci il tarixdə 66140,00 Avro məbləğində, xx.xx.2022-ci il tarixdə 60117,00 Avro məbləğində, xx.xx.2023-cü il tarixdə 122773,00 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMM-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMM barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMM barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar