Məhkəmə qərarları › İş №3(006)-924/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-924/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-924/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Barəsində icraat aparılan şəxs: "xxxx" MMC-nin nümayəndəsi X7mədağa oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 120; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 02.03.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 24000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 27.01.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 24.000,00 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs “Optimal Elektronika“ MMC-nin nümayəndəsi X1 izahatında göstərdi ki, Şəxs MMC ilə “X2 B.V.” şirkəti arasında 17.02.2017-ci il tarixdə, OE-SEO-2017 saylı distribyutor müqaviləsi bağlanılmışdır. Qarşılıqlı razılaşmaya əsasən “X2 B.V.” şirkəti əvvəlcə malları Şəxs MMC-yə göndərir, sonuncu da sonradan ödənişləri həyata keçirir. Həmin müqavilə üzrə 2019-cu ildə ölkəyə 110.162,00 ABŞ dolları dəyərində 329 ədəd soyuducu idxal edilmişdir. Bununla bağlı “X2 B.V.” şirkəti tərəfindən verilmiş ********** saylı invoysla əlaqədar bu şirkətə 27.01.2020-ci il tarixdə iki dəfəyə 86.162 ABŞ və 24.000 ABŞ dolları ödəniş edilmişdir. Lakin 24.000 ABŞ dollarının köçürülməsi haqqında köçürmə ərizəsində ödənişin təyinatı qrafasında səhvən “avans” qeyd edilmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün bank köçürməsini icra etmiş "xxxx" ASC-yə müraciət olunmuş və bankın 29.03.2022-ci il tarixli, 02/594 saylı məktubunda göstərilmişdir ki, 24.000 ABŞ dolları 11.02.2019-cu il tarixli **********4164 nömrəli yük gömrük bəyannaməsi əsasında idxal olunmuş malların dəyərinin ödənilməsi üçün köçürülmüşdür. Bu isə ona dəlalət edir, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməməşdir. İcraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 27.01.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin 27.01.2020-ci il tarixdə 24.000,00 ABŞ dəyərində vəsaiti xaricə “X2 B.V.” şirkətinin hesabına köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - Şəxs MMC ilə “X2 B.V.” şirkəti arasında 17.02.2017-ci il tarixdə, OE-SEO-2017 saylı distribyutor müqaviləsi bağlanılmışdır; - “X2 B.V.” şirkəti tərəfindən verilmiş ********** saylı invoysda 329 ədəd soyuducunun ümumi dəyəri 110.162,00 ABŞ dolları göstərilir; - Köçürmə haqqında ərizəyə Şəxs MMC tərəfindən Niderlandda yerləşən “X2 B.V.” şirkətinin hesabına 17.02.2017-ci il tarixdə, OE-SEO-2017 saylı müqavilə ilə bağlı ********** nömrəli invoys üzrə 27.01.2020-ci il tarixdə 24.000,00 ABŞ dolları pul göndərilmişdir; - **********4164 saylı gömrük bəyannaməsinə görə “X2 B.V.” şirkətinin tapşırığı ilə Şəxs MMC-yə göndərilmiş 26.136,00 ABŞ dolları dəyərində 72 ədəd soyuducu 11.02.2019-cu il tarixdə ölkəyə idxal olunmuşdur; - "xxxx" ASC-nin 29.03.2022-ci il tarixli, 02/594 saylı məktubunda qeyd olunur ki, 27.01.2020 il tarixində Şəxs MMC (VÖEN **********) tərəfindən “X3 B.V.” şirkətinin xeyrinə "xxxx" ASC vasitəsi ilə ödəniş zamanı ödənişin təyinatı qabaqcadan ödəniş (Prepayment) olaraq göstərildiyi üçün tapşırıqda qeyd edilən 24.000 ABŞ dolları məhz bu şəkildə köçürülmüşdür. Lakin, vəsaitin təyinatının texniki səhv nəticəsində, əslində ödənişin təyinatının qabaqcadan ödəniş deyil, ödəniş kimi həyata keçirildiyi məlum olmuşdur. Belə ki, təqdim olunmuş 11.02.2019-cu il tarixli yük gömrük bəyənnaməsinə (**********4164) uyğun olaraq 27.01.2020 tarixli köçürmə məhz avans deyil, ödəniş kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X6 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Niderlandda yerləşən “X3 B.V.” şirkətinin hesabına 27.01.2020-ci il tarixdə köçürülmüş 24.000,00 ABŞ dolları avans kimi deyil, ölkəyə 11.02.2019-cu il tarixdə idxal olunmuş malların ödənişi kimi qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar