Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-926/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 12a ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 18 fevral 2025-ci il tarixdə, saat 09:25 radələrində Nəsimi rayonu, Zorge küçəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X5 izahatında bildirmişdir ki, 18 fevral 2025-ci il tarixdə, saat 09:25 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri N.Rüstəmov və X.Nəhmətov Nəsimi rayonu, Zorge küçəsində 1 nömrəli tədbirdə xidmət aparan zamanı bir nəfər şəxsin öz avtomobili ilə yolun əks istiqamətinə çıxaraq hərəkət edərkən saxla əmri vermişlər və həmin avtomobilin sürücü salamışdır. Daha sonra həmin sürücüyə avtomobili arxaya sürülməsi tələb edildikdə sürücü polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik etmişdir. Bundan sonra polis əməkdaşları fiziki güc tətbiq edərək həmin şəxsi 22-ci PŞ-nə təhvil vermişlər. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 18 fevral 2025-ci il tarixdə Nəsimi rayonu, Zorge küçəsində özünə maxsus “Hyundai Elantra” minik markalı, **-ZY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Üzeyir Hacıbəyov küçəsi istiqamətində hərəkət edən zaman polis əməkdaşları yolu bağlamış, o da məcbur qalaraq əks yola çıxmışdır. Bu zaman polis ona yaxınlaşaraq tras tədbiri ilə bağlı avtomobili arxaya sürməsini tələb etmişdir. O maşında olan nişanlısının işə gecikdiyini, onu düşürdükdən sonra maşını geri çəkəcəyini bildirdiyindən polis əməkdaşları ilə arasında mübahisə baş vermişdir. Bundan sonra onu PŞ-nə aparmışlar. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X3 izahatında bildirmişdir ki, 18 fevral 2025ci il tarixdə, saat 09:25 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X.Nəhmətov Nəsimi rayonu, Zorge küçəsində 1 nömrəli tədbirdə xidmət aparan zamanı bir nəfər şəxsin öz avtomobili ilə yolun əks istiqamətinə çıxaraq hərəkət edərkən saxla əmri vermişlər və həmin avtomobilin sürücü saxlamışdır. Daha sonra həmin sürücüyə avtomobili arxaya sürülməsi tələb edildikdə sürücü polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi 22-ci PŞ-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı X4 şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 18 fevral 2025-ci il tarixdə, saat 09:25 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X.Nəhmətov Nəsimi rayonu, Zorge küçəsində 1 nömrəli tədbirdə xidmət aparan zamanı bir nəfər şəxsin öz avtomobili ilə yolun əks istiqamətinə çıxaraq hərəkət edərkən saxla əmri vermişlər və həmin avtomobilin sürücüsünü saxlamışdır. Daha sonra həmin sürücüyə avtomobili arxaya sürülməsi tələb edildikdə sürücü polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq tabesizlik etmişdir. Bundan sonra polis əməkdaşları fiziki güc tətbiq edərək həmin şəxsi 22-ci PŞ-nə təhvil vermişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini səmimi peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18 fevral 2025-ci il tarixdən saat 09:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-926/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-926/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver