Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-94/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 nümayəndələri X4 və X2 iştirakları ilə, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 17056971,70 ABŞ dolları məbləğində vəsaiti 26 noyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 8300748,23 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 27 noyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 nümayəndələri X4 yazılı izahat təqdim edərək ona uyğun göstərmişdir ki, icraatınızda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-nin Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında 3(006)-94/2024 saylı iş vardır. Hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında hazırkı icraata xitam verilməlidir. Hazırki mübahisə üzrə işin bir çox həqiqi halları mövcuddur. Belə ki, bütün dünyada baş qaldırmış Covid-19 pandemiyasının qarşısının alınması məqsədi ilə peyvəndlər alınmasına təcili ehtiyac yarandığı üçün 18 sentyabr 2020-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVİ Alliance arasında öhdəlik müqaviləsi imzalanmış və müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə qoşulmaq üçün qarşı tərəfə ilkin olaraq ******* ABŞ dolları məbləğində üzvlük haqqı ödənilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq çatdırılma xidmətləri “UNİCEF”ə həvalə edilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq vaksin icad edildiyi təqdirdə 2.022.400 doza vaksin istehsalçının müəyyənləşdirdiyi qiymətlə Azərbaycana ayrılmalı olmuşdur. 2021-ci ilin mart ayında Azərbaycana bir dozası 4 ABŞ dollan olmaqla 259.200 doza “AstraZeneka” vaksini ayrılmışdır. 2021-ci ilin aprel ayında Azərbaycana bir dozası 12 ABŞ dolları olmaqla 218.790 doza «Pfizer» vaksini ayrılmışdır. 2021-ci ilin iyul ayında Azərbaycana bir dozası 12 ABŞ dolları olmaqla 100.620 doza «Pfizer» vaksini ayrılmışdır. 2021-ci ilin oktyabr ayında Azərbaycana bir dozası 12 ABŞ dolları olmaqla 99.450 doza «Pfizer» vaksini ayrılmışdır. 2021-ci ilin noyabrl ayında Azərbaycana bir dozası 12 ABŞ dolları olmaqla 1344.330 doza «Pfizer» vaksini ayrılmışdır. Göründüyü kimi nəticədə müqavilədə razılaşdırılmış 2.022.390 doza vaksin ölkəmiz üçün ayrılmış və ölkəyə idxal edilmişdir, yəni müqavilə tam icra olunmuşdur. Sadəcə mal göndərən tərəfindən invoys sənədlərində vaksinin qiymətinin qeydində texniki səhvə yol verilmiş və say düzgün göstərilsə də, məbləğlər (qiymət) müqavilədə qeyd edilənləndən az göstərilmişdir. Gömrük bəyannamələri də bu sənədlər əsasında rəsmiləşdirildiyindən, sonda qarşı tərəfin Agentliyə böyük məbləğdə avans məbləğində borclu qalması görüntüsü yaranmışdır. Nəzərə alınmalıdır ki, bütün bu nöqsanlar pandemiyanın aktiv fazası zamanı baş vermişdir. Həmin vaxt isə vaksinlərin alqı-satqısı ilə bağlı işlər bütün dünyada operativ yanaşma tələb etmiş və bu səbəbdən də nöqsanlar qaçılmaz olmuşdur. Bir daha bildirir ki, xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən qalıq məbləğinin böyük hissəsi müqavilə şərtlərində qeyd edilmiş, lakin müxbir bank tərəfindən nəzərə alınmayan iştirak haqqı və yuxarıda qeyd edilən yalnış hesablama nəticəsində formalaşan məbləğdən ibarətdir. Bu hal isə öz növbəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təqsirinin olmadığını sübut edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Eyni Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019cu il tarixli Qərannda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarf’nm 4.3.1.3-cü yarımbəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli Qərannda yuxarıda qeyd olunan qəranna istinad edərək bildirmişdir ki, müəyyən malların istehsal olunması və çatdmlması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirib bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi, həm qanunvericiliyin tələbinə görə, həm də Konstitusiya Məhkəməsinin mövqeyinə görə şəxsin təqsiri dəqiq müəyyən olunmalı, xaricə göndərilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilib-edilməməsi araşdırılmalıdır. Hazırkı halda isə tərəfimizdən xaricə göndərilmiş valyuta vəsaitinin müqabilində müvafiq malın gəldiyi aşkar şəkildə müəyyən olunur. Bu səbəbdən də hesab edilir ki, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 17056971,70 ABŞ dolları məbləğində vəsaiti 26 noyabr 2021-ci il tarixdə xaricə köçürmüş və "xxxx" ASC tərəfindən verilmiş məlumatlar nəticəsində 2 il müddət keçsə də, 8300748,23 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilmədiyi müəyyən edilmişdir. Lakin «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 nümayəndələri tərəfindən yazılı izahatda və məhkəmədə verdikləri izahatında qeyd etdikləri mal göndərən tərəfindən invoys sənədlərində vaksinin qiymətinin qeydində texniki səhvə yol verilməsi və say düzgün göstərilsə də, məbləğlərin (qiymət) müqavilədə qeyd edilənləndən az göstərilməsi faktı Mərkəzi Bank tərəfindən protokol tərtib olunarkən müəyyən olunmamış, bu səbəbdən qiymət kəsrinin yaranması ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. İşdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13002-01/76 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədlərdə «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 17056971,70 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrindən və digər sənədlərdən görünür ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 tərəfindən ümumilikdə 17056971,70 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 tərəfindən ümumilikdə 17056971,70 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Bu hal məhkəməyə təqdim olunmuş gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun geri qaytarılmaması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-94/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-94/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver