Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-940/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru - X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru – X3, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 19 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 19 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs ünvan 1 ünvanında yaşadığı vaxtda sahibinə məxsus “Samsung” markalı televizoru oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru - X3 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:43-də ünvan 2 ünvanında yaşayan X5 DİN-in 102 xidmətinə və eləcə də ərizə ilə Nəsimi RPİ-in 19-cu PŞ-nə müraciət edərək Şəxs ona məxsus, Bakı şəhəri, ünvan 1 saylı evində kirayə yaşaması, evində təmir işləri aparması müqabilində onun kartına 580 manat pul ödəməsi, lakin evində iş görməməsi, kirayə pulu olan 90 manatı ödəməməsi, həmçinin hal-hazırda evə yaxınlaşdığı zaman evdə ona məxsus olan plazma «Samsung» markalı TV aparması, əlaqə saxlaya bilməməsi barədə məlumat vermişdir. Faktla bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilən hadisəni törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində (xırda talama) göstərilən inzibati xətanı törətmişdir. Şəxs izahat verərəkən həqiqətən X4 məxsus Bakı şəhəri, ünvan 1 saylı evində kirayə yaşaması, maddi imkanı ilə bağlı evdə olan «Samsung» markalı TV-ni satmasını və əldə etdiyi pulla maddi ehtiyaclarını qarşılamasını bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərmişdir ki, həqiqətən Şəxs Bakı şəhəri, ünvan 1 saylı evi kirayə vermiş, sonradan həmin evə baxış keçirərkən evdə «Samsung» markalı TV-nin olmamasını görmüş və bu barədə DİN-in 102 xidmətinə və eləcə də şikayət ərizəsi ilə Nəsimi RPİ-in 19-cu PŞ-nə müraciət etmişdir. Sonradan həmin televizorun qarşılığı olaraq Xəlilovun qohumları tərəfindən ona 400 manat ödənilmiş, onun hal hazırda ona qarşı şikayəti və tələbi yoxdur, onunla barışmış, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində əməlindən peşman olduğunu bildirmiş, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, barışıq əldə etmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərər çəkmiş şəxs X5 tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 19 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-940/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-940/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver