Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-942/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3, şikayətçi Ali Yıldızın vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 və əvvəlkinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 25 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Ali Yıldızın etibarnamə əsasında nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ali Yıldız məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 25 fevral 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı Ali Yıldız “X4 COUNTRİES” fərdi MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktorudur. 15 noyabr 2021-ci il tarixində nümayəndəliyin əvvəlki direktoru Malynovski Mykhailonun əmək müqaviləsinə A.Yıldız tərəfindən xitam verilmişdir. Malynovski Mykhailo bununla bağlı ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə şikayət ərizəsi ünvanlamışdır. Şikayətlə əlaqədar Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibati cərimənin şərti tətbiq edilməsi haqqında 25 fevral 2022-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Aşağıda qeyd edilənlərdən də görüləcəyi kimi qərar əsassızdır və ləğv edilməlidir. Qeyd edilməlidir ki, Malynovski Mykhailo 2017-ci ildən 2021-ci ilin may ayının 8-nə kimi Nümayəndəlikdə texniki direktor, may ayından etibarən isə direktor vəzifəsinə təyin edilmişdir. Malynovski Mykhailo bütün bu müddət ərzində ona ödənilməsi üçün ayrılmış əmək haqqı fondunun təxminən 35%-ni rəsmi qaydada əmək haqqı olaraq almış, yerdən qalan hissəni isə nağd qaydada əldə etmişdir. Həmçinin nağd qaydada əldə etdiyi əmək haqqına görə dövlətə ödənilməli DSMF və digər məcburi dövlət ödənişlərini, gəlir vergisi məbləğini mənimsəmişdir. Bu fakt daxili audit rəyi və müstəqil audit rəyi ilə öz təsdiqini tapmışdır. Belə olan halda təbii olaraq Malynovski Mykhailo AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Əmək Müfəttişliyinin əməkdaşları tamamilə qanunsuz olaraq qeyd etmişdirlər ki, guya ki, A.Yıldız ilk öncə Malynovski Mykhailo işdən kənarklaşdırmalı daha sonra işdən çıxartmalıydı. Halbuki AR Əmək Məcəlləsinin 62-ci maddəsinə görə 1. “işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) buMəcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina eldikdə. Qeyd edilən hüquq normalarından və həmin maddənin “c" bəndinə dair Kontitusiya Məhkəməsi tərəfindən verilmiş şərhə əsasən işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işdən kənarlaşdırıla bilər. İndiki halda belə bir qərar olmadan Mixayİonun işdən kənarlaşdırılması mümkün deyildir, eyni zamanda şirkətə külli miqdarda - 300.000 AZN dən artıq məbləğdə ziyan vurmuş şəxsin direktor olaraq qalması da mümkün deyildir. Ona görə əmək müfəttişliyinin gətirmiş olduğu arqument həqiqəti əks etdirmir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə görə “işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş iizrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir” Həmin Məcəllənin 103.1-ci maddəsinə görə “inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir”, İndiki halda isə əmək müfəttişliyi tərəfindən İXM-in yuxarıda göstərilən hər iki normasının tələbləri pozulmuşdur. Habelə inzibati xəta haqqında qərarın əsassızlığı ilə bağlı digər sübut və hallar məhkəmə prosesinə qədər məhkəməyə təqdim ediləcəkdir. Odur ki, Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti tətbiq edilməsi haqqında 25 fevral 2022-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili O.V.Xudatlı şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, şirkətin əvvəlki direktoru M.Malynovski olmuşdur. Belə ki, M.Malynovskinin aylıq əmək haqqısı 12.624 manat olmuşdur. Lakin sonuncu aylıq əmək haqqısını tabeldə 4.000 manat göstərərək, məcburi dövlət sosial sığorta haqqını ödəməkdən və vergidən yayınmaq məqsədi ilə nağd şəkildə qalan məbləği, yəni 8.624 manat isə özünə götürürmüş. Bununla bağlı şirkətdə keçirilmiş daxili audit yoxlaması nəticəsində M.Malynovskinin 300.000 manatı mənimsəməsı faktı ortaya çıxmışdır. Hal-hazırda da Mixaylo barəsində korrupsiya ilə bağlı araşdlrma gedir və sonuncu həmin faktla bağlı hüquq mühafizə orqanlarında dindirilir. M.Malynovski özü ərizə ilə Əmək Məcəlləsinin 68-ci maddəsi ilə işdən azad olunmasını xahiş etsə də, əmək qanunvericiliyinin tələblərinə əsasən o, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Həmçinin əlavə olaraq bildirmişdir ki, Ali Yıldız barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini A.Ə.Bayramzadə tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında 25 fevral 2022-ci il tarixli, MN ******* saylı qərar Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinin tələbləri pozulmaqla, yəni inzibati xəta törəldiyi gündən 3 ay 10 gün sonra qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini, 25 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi R.R.Əlibəyli bildirmişdir ki, vətəndaş M.X2 09 dekabr 2021-ci il tarixdə müraciət edərək qanunsuz işdən çıxarılmasını bildirmiş və 15 noyabr 2021-ci il tarixdə işdən azad olunması barədə əmri onlara təqdim etmişdir. Bundan sonra Əmək Müfəttişliyi tərəfindən müvafiq araşdırma aparılmış 05 yanvar 2022-ci il tarixdə M.Malynovskinin izahatı alınmış və müəyyən edilmişdir ki, sonuncu qanunsuz olaraq işdən çıxarılmışdır. Belə ki, şikayətçi M.Malynovski Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunarkən müəyyən prosedurlar olmalı və həmin Məcəllənin 62-ci maddəsinə əsasən sonuncu işdən azad edilməmişdən öncə işdən kənarlaşdırılmalı idi. Lakin şirkət tərəfindən bu hal nəzərə alınmamış və Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Buna görə də şirkətin direktoru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin o, bildirmişdir ki, şikayətçi M.Malynovskinin şirkətdə mənimsəmə hallarına yol verməsi və bu halı təsdiq edən audit rəyi onlara həmin vaxt təqdim olunmamışdır. Bundan başqa, cərimə şərti olaraq tətbiq edilmişdir, 10 gün müddətində qeyd etdiyi sənədlər idarəyə təqdim olunsaydı tərtib edilmiş protokol ləğv edilə bilərdi. Belə ki, şikayətçi M.Malynovski hər hansı mənimsəmə halına yol vermişdisə də bununla bağlı rəsmi sənədlər şirkət tərəfindən idarəyə təqdim edilməli idi. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidır. Belə ki, iş materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “X4 Countries” Fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Yıldız Ali tərəfindən Malynovski Mykhalonun əmək müqaviləsinə əmək qanunvericliyinin tələbləri pozularaq xitam vermiş, bununla da Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan DƏMX-nin Bakı şəhər İdarəsinin 25 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Yıldız Ali Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “X4 Countries” Fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Şahan Mehmetlə işçi Mykhailo Malynovski arasında həmin tarixdə müddətsiz müqavilə bağlanmış və sonuncu texniki direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinə edilmiş 1 saylı əlavənin surətindən görünür ki, M.Malynovski “X4 Countries” Fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinə edilmiş 2 saylı əlavənin surətindən görünür ki, “X4 Countries” Fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru M.Malynovskiə 12.624,71 manat məbləğində aylıq əmək haqqı təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “X4 Countries” Fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 10 iyul 2021-ci il tarixli illik artımlar cədvəlindən görünür ki, audit yoxlaması zamanı aşkar edilib ki, müqavilədə nəzərdə tutulan əməyin ödənilməsi şərtləri ilə faktiki ödənişlər arasında uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş “X9 and Consulting” MMC-nin direktoru sərbəst auditor X5 rəyindən görünür ki, 15 noyabr 2021-ci il tarixli, № T 001 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən M.Malyanovski ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilmişdir. 15 noyabr 2021-ci il tarixli M.Malyanovskinin əməllərinin araşdırılması üçün yaradılmış komissiyanın iclasının yekun protokolunda 2017-2021-ci illərdə M.Malyanovskinin əmək haqqı illik 70.000 avro olduğu lakin həmin məbləğin bir hissəsi, yəni aylıq 4.000 manatlıq (07.06.2019-cu il tarixindən etibarən 4.120 manat) hissəsi rəsmiləşdirildiyi və bu səbəblə əmək haqqının qalan hissəsi məcburi dövlət sosial sığorta haqqını ödəməkdən və vergidən yayınmaq məqsədi ilə nağd şəkildə aldığı qeyd edilmişdir. Sənədlərdən müəyyən edilmişdir ki, 2017-ci ildə 37.577,74 manat, 2018-ci ildə 96.323,41 manat, 2019-cu ildə 109.361,54 manat, 2020-ci ildə 118.928,06 manat, 2021-ci ildə 17.611,82 manat olmaq üzrə cəmdə 379.802,57 manat məbləğində M.Malyanovskiyə ödənilməli olan əmək haqqı rəsmiləşdirilməmişdir. Əmək haqqının məbləğinin (379.802,57 manatın) rəsmiləşdirilməsi halında həmin məbləğdən tutulmalı olan vergi və məcburi dövlət sosial ödənişlər 2017-ci ildə 25.163,71 manat, 2018ci ildə 68.706,24 manat, 2019-cu ildə 47.962,56 manat, 2020-ci ildə 53.016,68 manat, 2021-ci ildə 8.046,31 manat olmaq üzrə cəmdə 202.895,50 manat təşkil edir. Həmin məbləğin cəriməsi 81.158,20 manat (40%) və gecikdirilmiş günlər üçün dəbbə pulu 74.056,86 manat təşkil edir. Nəticə olaraq M.Malyanovskinin əmək haqqısının rəsmiləşdirilməyən hissəsi (379.802,57 manat əmək haqqı) üçün Nümayəndəlik vergi və məcburi dövlət sosial sığorta haqqı olaraq 358.110,56 manat məbləğində dövlət büdcəsinə ödəmə həyata keçirilməlidir. İş materiallarına əlavə edilmiş şikayətçi M.Malyanovski 09 dekabr 2021-ci il tarixli şikayətin surətindən görünür ki, sonuncu 15 noyabr 2021-ci il tarixdə DƏMX-yə müraciət edərək işdən qanunsuz azad edilməsi ilə bağlı müraciət etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X4 Countries” Fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Yıldız Ali tərəfindən əmək qanunvericliyinin tələbləri pozularaq vətəndaş Malynovski Mykhalonun əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 16 fevral 2022-ci il tarixli, MN ******* nömrəli qərar əsasında 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, A.Yıldızın barəsində DƏMX-nin Bakı şəhər İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, M.Malynovskinin “X4 Countries” Fərdi MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor vəzifəsinə 15 noyabr 2021-ci il tarixdə xitam verilərək, sonuncu həmin tarixdə işdən azad edilmiş, daha sonra 09 dekabr 2021-ci il tarixdə işdən qanunsuz azad edilməsi ilə bağlı DƏMX-nin Bakı şəhər İdarəsinə müraciət etmiş, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər gözlənilmədən 25 fevral 2022-ci il tarixdə, yəni inzibati xəta hadisənin baş verdiyi gündən 03 (üç) ay 10 (on) gün keçdikdən sonra inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən A.Yıldız barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliklə müəyyən edilmiş müddətlər pozulmaqla qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini A.Ə.Bayramzadə tərəfindən şikayətçi A.Yıldızın barəsində qəbul edilmiş 25 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqdan sonra verildiyindən şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53.1.6, 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini X6 tərəfindən Ali Yıldız barəsində qəbul edilmiş 25 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-942/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-942/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver