Məhkəmə qərarları › İş №3(006)-944/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-944/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-944/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin 16 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Klenkar Tomislav tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Klenkar Tomislav məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin 16 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması, təhqiqi və uçota alınması Qaydaları”na əsasən "xxxx" MMC-nin məlumatı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Cəmiyyətin əməkdaşı X1 xx.xx.2022-ci il tarixində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış, baş vermiş bədbəxt hadisə uçota alınmamışdır. Bununla yanaşı Müfəttişlik bədbəxt hadisənin baş verdiyi tarixdən 5 aydan çox müddət keçdikdən sonra inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli MN ******* nömrəli qərar qəbul edərək Cəmiyyətin direktorunu sözügedən bədbəxt hadisə barədə Müfəttişliyə vaxtında məlumatın verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1.200 manat məbləğində cərimə edilmişdir. Müfəttişliyin qərarının qanunazidd və qərəzli olduğunu bildirir və ləğv edilməsini xahiş etmiş və bildirmişdir ki, cəmiyyətin əməkdaşı F.S.Əhmədov xx.xx.2022-ci il tarixdə iş vaxtı pilləkənlərlə enərkən sol topuğu burxulmuş və iş yerindəki həkimə müraciət etmişdir. Həkim işçiyə ilkin tibbi yardim göstərmiş və onun işə davam etməsinə icazə vermişdir. Həmin gün F.Əhmədov iş növbəsində öz əmək funksiyasını icra etmiş və daha sonra növbələrarası istirahət günlərinə çıxmışdır. Sonuncu əmək qabiliyyətini dərhal itirmədiyi üçün bədbəxt hadisə baş verdiyi vaxtda Müfəttişliyə məlumat verilməmişdir. İşçi 12 saatdan sonra növbəti vaxtaya yollanarkən ayağında ağrı hiss etmiş və yenidən həkimə müraciət etmişdir. Həkim onun sahildə müayinə olmasını tövsiyyə etmişdir. F.Əhmədov xx.xx.2022-ci il tarixində sahilə çıxaraq “Medi-Club” tibb mərkəzinə müraciət etmişdir. Bu tibb mərkəzində müayinənin nəticəsi olaraq işçinin sol ayağının topuq nahiyəsinə imobilizaisya məqsədi ilə gips goyulmuş və amblator müayinə təyin edilmişdir. F.Əhmədov əmək qabiliyyətini itirilməsi xx.xx.2022-ci il tarixində müəyyən olunduğundan həmin gün X2 Xidmətinə məlumat verilmişdir. Belə ki, Qaydaların 2.6-cı bəndinin 3-cü abzasına və 2.3-cü bəndinə əsasən “işçinin əmək qabiliyyətinin bir gündən artıq nüddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. İşəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. Qaydaların 1.7-ci bəndinin birinci cümləsinə əsasən “işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X2 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X2 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensıallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur”. Lakin Qaydaların yuxarıda qeyd edilən 2.6-cı bəndinin 3-cü abzasından və 2.3-cü bəndindən göründüyü kimi 1.7-ci bəndin tətbiqi (bədbəxt hadisə barədə dərhal və ya əmək qabiliyyətinin ən azı 1 gun itirilməsindən sonra xəbər verilməsi) baş vermiş bədbəxt hadisənin ağırlıq dərəcəsindən və işçinin əmək qabiliyyətinin ən azı 1 gün itirməsindən asılı olaraq tətbiq edilməlidir. Göründüyü kimi işəgötürən Qaydaların yuxarıda qeyd edilən müddəalarına riayət etmiş və xx.xx.2022-ci il tarixində baş vermiş bədbəxt hadisənin işçinin əmək qabiliyyətinin 01 gün itirilməsinə səbəb olduğunu biləndən dərhal sonra xx.xx.2022-ci il tarixində Müfəttişliyə məlumat vermişdir. Bu baxımdan işəgötürənin baş vermiş bədbəxt hadisəni gizlətmək niyyəti olmamış və işəgötürən Qaydaların tələblərinə uyğun hərəkət etmişdir. Həmçinin bildirmişdir ki, cəmiyyətinin əməkdaşı F.Əhmədov xəsarət almış hesab edildiyi xx.xx.2022-ci il tarixindən dörd gün sonra tam əmək qabiliyyətli hesab edilmiş və özünün əmək müqaviləsi üzrə işini davam etdirmişdir. Nəticə olaraq qeyd etmək zəruridir ki, xx.xx.2022-ci il tarixində verilmiş tibbi rəy əsasında F.Əhmədov əmək qabiliyyətini həmin gün itirməmiş və başqa işə keçirilməmişdir. Bu səbəbdən işəgötürənin bu hadisə ilə bağlı xəbər vermə öhdəliyi inzibati xəta yaratmır. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin əhatə dairəsinə düşmür. Cəmiyyətin əməkdaşı F.Əhmədov xx.xx.2022-ci il tarixində iş vaxtı xəsarət almış və bu bərədə Müfəttişliyə xx.xx.2022-ci il tarixində məlumat verilmişdir. Müfəttişlik isə guya aşkar etdiyi inzibati xəta barədə 05 aydan artıq müddən ötdükdən sonra xx.xx.2023-cü il tarixində MN1496441 nömrəli protokol tərtib etmiş və bununla da İXM-nin yuxarıda qeyd edilən 101-ci maddəsində müəyyən edilmiş bütün müddətləri ötürmüşdür. Bu hal onu göstərir ki, Müfəttişlik xx.xx.2023-cü il tarixli MN1496441 nömrəli protokolu qərəzli formada tərtib etmiş, bədbəxt hadisənin təhqiqatı aparıldıqdan sonra işəgötürənə qeyri-qanuni yolllarla təsir göstərməyə çalışmış və qeyri-şəfaf fəaliyyət göstərdiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci bəndinin birinci cümləsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bu səbəbdən qanunsuz protokol əsasında Müfəttişlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli MN ******* nömrəli qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq müfəttişliyin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli MN ******* nömrəli qərarının icraatına xitam verilməsi və çəhkəmə tərəfindən qəbul ediləcək qərarda "xxxx" tərəfindən hazırkı məhkəmə işinə cəlb edilən vəkilə çəkilən xərclər X2 Xidməti tərəfindən ödəniləcəyi müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyesterin 18 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyesterin 24 sıra nömrəsi ilə). Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, şikayətçi K.Tomislav təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidır. Belə ki, iş materiallarında olan 16 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, K.Tomislav tərəfindən F.S.Əhmədov ilə əlaqədar baş verən bədbəxt hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana vaxtında məlumat verilmədiyinə görə onun barəsində xx.xx.2023-cü il tarixli, MN 496441 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və sonuncu həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, K.Tomislav tərəfindən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün, yəni 07 avqust 2022-ci il tarixdə işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 16 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərar əsasında 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC-nin məlumatı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Cəmiyyətin əməkdaşı F.S.Əhmədovun xx.xx.2022-ci il tarixində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış, baş vermiş bədbəxt hadisə uçota alınmamış, F.S.Əhmədov 12 saatdan sonra növbəti vaxtaya yollanarkən ayağında ağrı hiss etmiş və yenidən həkimə müraciət etmiş, həkim onun sahildə müayinə olmasını tövsiyyə etmişdir. Bundan sonra F.Əhmədov xx.xx.2022-ci il tarixdə sahilə çıxaraq “Medi-Club” tibb mərkəzinə müraciət etmiş və müayinənin nəticəsi olaraq işçinin sol ayağının topuq nahiyəsinə imobilizasiya məqsədi ilə gips goyulmuş və amblator müayinə təyin edilmişdir. F.Əhmədov əmək qabiliyyətini itirilməsi xx.xx.2022-ci il tarixində müəyyən olunduğundan həmin gün X2 Xidmətinə məlumat verilmişdir. Bununla da, məhkəmə hesab edir ki, K.Tomislav "xxxx" MMC-də baş vermiş bədbəxt hadisə, yəni cəmiyyətin əməkdaşı F.S.Əhmədovun xx.xx.2022-ci il tarixində iş vaxtı xəsarət alması barədə müfəttişliyə dərhal məlumat verməməsi öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, inzibati xəta hadisəsi 07 avqust 2022-ci il tarixdə törədilməsinə baxmayaraq "xxxx" MMC-nin direktoru K.Tomislav barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixdə, yəni xətanın törədilməsindən 05 (beş) ay, 07 (yeddi) gün keçdikdən sonra inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi Məcəllənin 21-ci fəslində (siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar) nəzərdə tutulmuş və həmin növ inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti dörd ay müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət rədd edilməli, K.Tomislav Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinməli və hazırki inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti yəni dörd ay keçdiyindən həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53.1.6, 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət rədd olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin Klenkar Tomislav Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar