Məhkəmə qərarları › İş №3(006)-944/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-944/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-944/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin nümayəndəsi tərtib etmiş şəxs: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2006-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, 1-ci sıra, 1-ci döngədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində mobil telefonu və 80 manat pulu oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs onun ünvan 1 ünvanda yerləşən gül mağazasından “iPhone 6” markalı mobil telefonun və 80 manat pulu oğurlamış, eyni zamanda həmin şəxsin mağazaya borcu da olmuşdur. Əməldə cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən gül mağazasını işlədir. Şəxs həmin mağazada satıcı kimi işə götürmüşdür. xx.xx.2025-ci il tarixdə Əlinin telefonuna zəng etmiş, lakin sonuncu cavab vermədiyi üçün o, saat 18 radələrində mağazaya gəlmiş və Əlinin orada olmadığını görmüşdür. Mağazada yoxlama apardığı zaman orada 80 manat pulunun və 100 manat dəyərində “iPhone 6” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Həmçinin Əlinin işlədiyi müddət ərzində ona 630 manat borcu yaranmışdır. Buna görə də o, xx.xx.2025-ci il tarixdə “102” xidmətinə məlumat vermişdir. Hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışıb. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, iki aya yaxındır Zərərçəkmiş şəxs mağazasında satıcı işləmişdir. Bu müddət ərzində onun Həsənağaya ümumilikdə 630 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə Həsənağa “14 fevral” tarixində alver yaxşı olacağı üçün ona 300 manat pul verəcəyini bildirmiş, lakin Həsənağa həmin günün sonunda ona 10 manat pul vermiş, borcundan 300 manat çıxacağını desə də, sonradan 100 manat çıxacağını bildirmişdir. O da əsəbləşdiyi üçün xx.xx.2025-ci il tarixdə mağazadan 80 manat pul və “iPhone 6” markalı mobil telefon götürmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar