Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-95/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs PHŞ-nin nümayəndələri X3, X2 və X6 iştirakları ilə, Şəxs PHŞ-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs PHŞ 6600000.00 ABŞ dolları məbləğində olan vəsaiti 09 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 150000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 10 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankının nümayəndəsi X4 EP seriyalı ******* nömrəli, 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs PHŞ-nin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, İcraatınızda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ- nin Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə hesab edirik ki, aşağıda qeyd olunan əsaslara görə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında hazırkı icraata xitam verilməlidir. Belə ki, bütün dünyada baş qaldırmış «Covid-19” pandemiyasının qarşısının alınması məqsədi ilə peyvəndlər alınmasına təcili ehtiyac yarandığı üçün 21 mart 2021-ci il tarixində «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Çinin “X9 CO.LTD” şirkəti arasında dövlət satınalmalarına dair müqavilə imzalanmışdır. Həmin Müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli Əlavənin şərtlərinə görə ümumi dəyəri 40.000.000 ABŞ dolları məbləğində, ümumi sayı 4 milyon doza olan «Covid-19Ä əleyhinə vaksinlər alınmalıydı. Müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin dəyərinin 40 faizi avans şəklində Əlavə imzalanandan sonra 15 iş günü ərzində, digər 60 faizi isə hər bir çatdırılma tarixindən 5 iş günü günü öncədən alıcı tərəfindən satıcıya ödənilməliydi. Həmin çatdırılma tarixləri üçün isə xx.xx.2021-ci il tarixli Əlavədə qrafik tərtib edilmiş və çatdırılma üçün 4 fərqli tarixlər müəyyən edilmişdir. İlkin 40 faizlik avans məbləği (16 mln.USD) tərəfimizdən xx.xx.2021-ci ildə köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ilk partiya vaksinin sifarişi edilmiş və bunun üçün Əlavədəki qrafıkə uyğun olaraq 6.600.000 USD vəsait köçürülmüş və həmin qrafikdə göstərilən sayda - 1.000.000 doza şəklində vaksin sifariş edilmişdir. Bunun müqabilində xx.xx.2021-ci il tarixli invoys göndərilmişdir. xx.xx.2021-ci il tarixli **********6866 saylı gömrük bəyannaməsindən də göründüyü kimi Əlavədəki qrafikdə və invoys sənədlərində göstərilən məbləğdə və sayda sifariş verilmiş, yəni 11.000.000 USD İ dəyərində 1.000.000 sayda dozada vaksinlər ölkəyə daxil olmuşdur. Qeyd edilməlidir ki, 6.600.000 USD məbləğində ödəniş 11.000.000 USD-nin 60%-ni təşkil edir və Əlavənin ş şərtlərinə əsasən məhz bu məbləğdə vəsait ödənilməli idi. Göründüyü kimi köçürülmüş n 6.600.000 USD-nin qarşılığında göndərilməli olan sayda, yəni 1.000.000 ədəd vaksin .n göndərilmiş və tərəfimizdən qəbul edilmişdir. Sadəcə müxbir bank tərəfindən avansın in hesablaması aparılarkən müqavilənin şərtlərinə əsasən tərəfimizdən əvvəlcədən ödənilmiş 40 faizlik məbləğ və daha sonra ödənilmiş 60 faizlik məbləğlər ümumiləşdirilmiş şəkildə hesablandığı və daxil olan vaksinlərin sayı toplanılaraq bu məbləğlə qarşılaşdınldığı üçün lər avans məbləğində müəyyən qalıq görüntüsü yaranmışdır. Nəzərə alınmalıdır ki, bu nin müqavilə pandemiyanm aktiv fazası zamanı imzalanmışdır. Həmin vaxt isə vaksinlərin alqısatqısı ilə bağlı işlər bütün dünyada operativ yanaşma tələb edirdi. Hətta xx.xx.2023-cü il tarixli EPN20140163 saylı inzibati xəta haqqında Protokolda qeyd edilən qalıq məbləğinin müxbir bank tərəfindən formalaşdırılması üsulu ilə şərti olaraq razılaşsaq belə, burada yenə Agentliyin təqsirinin olmaması müəyyən olunur. Belə ki, «Covid-19» əleyhinə vaksinlərin alışı hökümət tərəfindən formalaşdırılmış Operativ Qərargah tərəfindən tələb edilən saya uyğun olaraq tərəfimizdən sifariş edildiyi və bu saydan əlavə sifariş verə bilmədiyimiz üçün müqavilə üzrə tələb edilməli olan vaksinlərin ümumi sayında qalıqlar qalmışdır. Hazırki müqavilə pandemiyanın ən pik vaxtında imzalanmış və böyük sayda vaksinlərin alışı planlaşdırılmış, lakin 2022-ci ildən etibarən bütün dünyada pandemiya səngidiyi üçün vaksinlərin sifariş sayında azalmalar olmuş, bir müddət sonra isə Operativ Qərargah tərəfindən ümumiyyətlə sifariş edilməmişdir. Sifarişin edilməməsinin də əsas səbəblərindən biri o olmuşdur ki, ölkədəki epimedemioloji vəziyyət yaxılaşdığı üçün vaksinlərə tələbat kəskin azalmağa başlamış və nəticədə müddəti bitən vaksinləri sayının çoxalma riski yaranmışdır. Bu isə dövlət vəsaitinin səmərəsiz istifadəsi ilə nəticələnə bilərdi. Lakin pandemiya rəsmi olaraq yekunlaşmadığı və eyni zamanda müqavilə şərtlərində birtərəfli xitama yol verilmədiyi üçün bu müqaviləyə xitam verilməmiş, yəni vaksinlərin sifarişin bərpası hər an gözlənilirdi. Eyni zamanda qeyd etməliyik ki, 2023-cü ilin iyul-sentyabr aylarında sözügedən müqavilənin xitamı ilə bağlı danışıqlara başlanılmış, lakin qarşı tərəf xitam deyil, əvəzinə digər vaksinlər təklif etməyə razılaşmışdı. Şirkət tərəfindən təqdim olunan vaksinlər araşdırılmış və həmin vaksinlərin Azərbaycanda qeydiyyatda olmadığı aşkarlanmışdı. Qeyd edilməlidir ki, dərman vasitəsinin qeydiyyatına müsbət nəticə verdiyi halda 6 aya kimi vaxt tələb olunur. Bu faktları nəzərə alaraq tərəfimizdən müqaviləyə xitam verilməsi üçün qarşı tərəflə yenidən danışıqlara başlanılmış və onlar tərəfindən qalıq məbləğin geri qaytarılmasına ilkin razılıq verilmişdir. Yuxarıda qeyd edilənlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təqsirinin olmadığını sübut edir. Göründüyü kimi həm qanunvericiliyin tələbinə görə, həm də Konstiusiya Məhkəməsinin mövqeyinə görə şəxsin təqsiri dəqiq müəyyən olunmalı, xaricə göndərilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilib-edilməməsi araşdırılmalıdır. Bu səbbədən yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq MN ******* saylı, 16 avqust 2021-ci il tarixli protokol üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə, 28 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs PHŞ-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13002-01/79 nömrəli məktubdan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs PHŞ göstərilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs PHŞ tərəfindən ******* ABŞ dolları məbləğində vəsaitin xaricə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət edilmişdir. Şəxs PHŞ ilə Çinin “X9 CO.LTD” şirkəti arasında 21 mart 2021-ci il tarixində dövlət satınalmaları barədə müqavilə imzalanmışdır. Şəxs PHŞ tərəfindən məhkəməyə təqdim edilmiş **********6866 nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, ümumilikdə 11000000,00 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs PHŞ barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs PHŞ-nin təqsiri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin şərh edilməsinə dair” 28 fevral 2020-ci il tarixli Qərarında yuxarıda qeyd olunan qərarına istinad edərək bildirmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi həm qanunvericiliyin tələbinə görə, həm də Konstitusiya Məhkəməsinin mövqeyinə görə şəxsin təqsiri dəqiq müəyyən olunmalı, xaricə göndərilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilib-edilməməsi araşdırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində MN ******* nömrəli, 16 avqust 2021-ci tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs PHŞ ilə 21 mart 2021-ci il tarixində Çinin “X9 CO.LTD” şirkəti arasında müqavilə imzalanmışdır. Həmin Müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli Əlavənin şərtlərinə görə ümumi dəyəri 40.000.000 ABŞ dolları məbləğində, ümumi sayı 4 milyon doza olan “Covid-19” əleyhinə vaksinlər alınmalıdır. Müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin dəyərinin 40 faizi avans şəklində Əlavə imzalanandan sonra 15 iş günü ərzində, digər 60 faizi isə hər bir çatdırılma tarixindən 5 iş günü günü öncədən alıcı tərəfindən satıcıya ödənilməliydi. Həmin çatdırılma tarixləri üçün isə xx.xx.2021-ci il tarixli Əlavədə qrafik tərtib edilmiş və çatdırılma üçün 4 fərqli tarixlər müəyyən edilmişdir. İlkin 40 faizlik avans məbləği (16 mln.USD) tərəfimizdən xx.xx.2021-ci ildə köçürülmüşdür. xx.xx.2021-ci il tarixində ilk partiya vaksinin sifarişi edilmiş və bunun üçün Əlavədəki qrafıkə uyğun olaraq 6.600.000 USD vəsait köçürülmüş və həmin qrafikdə göstərilən sayda - 1.000.000 doza şəklində vaksin sifariş edilmişdir. Bunun müqabilində xx.xx.2021-ci il tarixli invoys göndərilmişdir. xx.xx.2021-ci il tarixli **********6866 saylı gömrük bəyannaməsindən də göründüyü kimi Əlavədəki qrafikdə və invoys sənədlərində göstərilən məbləğdə və sayda sifariş verilmiş, yəni 11.000.000 USD İ dəyərində 1.000.000 sayda dozada vaksinlər ölkəyə daxil olmuşdur. Qeyd edilməlidir ki, 6.600.000 USD məbləğində ödəniş 11.000.000 USD-nin 60%-ni təşkil edir və Əlavənin şərtlərinə əsasən məhz bu məbləğdə vəsait ödənilməli idi. İş materialları ilə müəyyən edilmişdir ki, köçürülmüş 6.600.000 ABŞ dollarının qarşılığında 1.000.000 ədəd vaksin idxal edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs PHŞ-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs PHŞ-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 28 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-95/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-95/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver