Məhkəmə qərarları › İş №3(006)-951/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-951/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-951/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı Ramin Məmmədlinin, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı Ramin Məmmədli tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda qonşusu Zərərçəkmiş şəxs məxsus olan "KİA RİO” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin üzərinə böyük daş qoyaraq, sonuncuya 200 manat məbləğində maddi ziyan vurmuş, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı Ramin Məmmədli tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda qonşusu Zərərçəkmiş şəxs məxsus olan "KİA RİO” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin üzərinə böyük daş qoyaraq, sonuncuya 200 manat məbləğində maddi ziyan vurmuşdur. Faktla bağlı Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Sənan Bədəlov tərəfindən araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, 10 ildir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində yaşadığı ünvandan çıxıb həyətdə saxladığı ona məxsus olan **-TP-*** dövlət qeydiyyat nişanlı "KİA RİO” markalı avtomobilinə yaxınlaşan zaman maşının üzərində böyük bir daş parçasının olduğunu aşkar etmişdir. Həmin daş parçası artıq dərəcədə ağır olduqdan birtəhər həmin daşı sürükləyib avtomobilinin üzərindən yerə salmışdır. Sonra avtomobilinə əyləşib işə getmişdir. Axşam saat 19:00 radələrində yaşadığı ünvana gəldikdən sonra binanın kamera müşahidə cihazlarına baxdıqda daşı onun maşınının üzərinə qoyanın həmin binanın 1-ci mərtəbəsində yəni, 20 Yanvar küçəsi 33, mənzil 18 ünvanında yaşayan Şəxs etdiyini görmüşdür. Onun avtomobilinə 200 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Şəxs şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində protokol tərtib olunmuş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Sənan Bədəlov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işi başlarması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, “Kia Rio,: markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə daş ataraq maddi ziyan vurmuş naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsindən ötrü qərarın surətinin PŞ-nin aidiyyəti əməkdaşa həvalə olunması qərara alınmışdır. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlaması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan "KİA RİO” markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat dəyərində zərər vurulmuş, bu səbəbdən İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş ürzə icraat başlanılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus olan "KİA RİO” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə daş parçası qoymuşdur. Etdiyi əməldən peşmandır. Maddi zərəri ödəməyə imkanı yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxsnın əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxsnın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48- 51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanın bir misli, yəni 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar