Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-952/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə 17 avqust 1953-cü ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda Şəxs idarə etdiyi “Hyundai Tucson” markalı **-KX-*** dövlət nömrə nişanlı avtomobil ilə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcına, ikinci dərəcəli yolla hərəkət edərək baş yolla yolayrıcına yaxınlaşan “Kio Rio” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 idarə etdiyi avtomobil ilə toqquşmuş və “Kia Rio” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək əks istiqamətdən baş yolla hərəkət edən “Hyundai İ40” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 idarə etdiyi avtomobil ilə toqquşmuş və nəticədə “Hyundai Tucson” markalı **-KX-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X5 yüngül dərəcəli və “Kio Rio” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 07:40 radələrində özünə məxsus idarə etdiyi “Hyundai Tucson” markalı **-KX-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu S.C.Pişəvari küçəsi ilə məhəlləarası yol istiqamətindən üzü S.C.Pişəvari küçəsi əsas yol istiqamətinə 1 zolaqlı yol ilə təxminən saatda 20 km sürətlə hərəkət edərək, S.C.Pişəvari küçəsi 24 saylı ünvanda qoşa xəttin qırıq-qırıq hissəsində sola, üzü 3-cü MKR dairəsi istiqamətinə getmək istəyirdi və o, hərəkət edərək sola dönən zaman soldan 3-cü MKR dairəsi istiqamətində üzü Əcəmi dairəsi istiqamətinə hərəkət edən, sonradan ona məlum olan “Kia Rio” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtomobilin arxa sol yan hissəsindən vurmuş və zərbənin təsirindən idarə etdiyi avtomobilin arxasının qaçdığı üçün Əcəmi dairəsi istiqamətindən üzü 3-cü MKR dairəsi istiqamətinə hərəkət edən sonradan ona məlum olan “Hyundai İ40” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X9 idarə etdiyi avtomobilin qabaq sol yan hissəsi ilə onun idarə etdiyi avtomobilə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş X5 xəsarət aldığı üçün TTTY çağırılmış və həkimlər gələrək ona tibbi yardım göstərərək getmişdirlər. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən verilən 1532 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumalarının qaçır-şişkinlik halında əzilməsi, alın nahiyyəsinin qançır-şişkinliyi, sağ üst göz qapağı və burun üstü nahiyyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X3 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən HK- 1/1028 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X4 tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-952/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-952/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver