Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-954/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun yaşadığı binanın yaxınlığında Şükür Allahverdiyev tərəfindən kafe işlədilirdi. Bu kafenin ətrafında yerləşdirilmiş stollar həmin ərazidə yaşayan insanların rahat gedişgəlişinə maneçilik törədir və narahatçılıq yaradırdı. Məsələ ilə bağlı onun müvafiq icra hakimiyyəti orqanına müraciətindən sonra həmin hissə götürülmüşdür. Bundan sonra kafeni işlədən Şükür adlı şəxs polisə şikayət edərək guya onun tərəfindən ağacların kəsilməsi barədə həqiqətə uyğun olmayan məlumat vermişdir. Heç bir tutarlı dəlil olmadan, araşdırma aparılmadan bu yalan məlumata əsaslanaraq barəsində xx.xx.2021-ci il tarixdə qanunsuz protokol tərtib edilmişdir. Həmin protokol əsasında da eyni tarixdə onun tərəfindən 06 ədəd söyüd ağacının yuxarı tinglərinin kəsilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi üzrə təqsirli bilinib 100 manat miqdarında cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu qərar tamamilə qeyri-qanunidir. Belə ki, onun tərəfindən heç bir ağac və ya yuxarı tinglər kəsilməmiş, bu işi müvafiq icra hakimiyyəti qurumu həyata keçirmişdir. Çünki sözügedən ərazidə olan ağacların kəsilməsi barədə bu orqan tərəfindən rəy verilmişdir. Barəsində qəbul edilmiş qərar qanunsuz olduğu üçün onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında 06 ədəd söyüd ağacının yuxarı tinglərinin kəsilməsinə görə X1 Xətalar Məcəlləsinin 253.4-cü maddəsi üzrə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə məsuliyyət müəyyən edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 795 saylı Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 253-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılır. Qanunvericiliyin yuxarıda qeyd olunan normasından aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə rəsi tərəfindən səlahiyyətinə aid olmadığı halda X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar buna səlahiyyəti olmayan şəxs tərəfindən qəbul olunduğu üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş aidiyyəti üzrə baxılmaq üçün göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi qərarın təsviri hissəsində göstərilənlərlə əlaqadar işin aidiyyəti üzrə göndərilməsini təmin etsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-954/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-954/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver