Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-96/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Protokolu tərtib etmiş qurumun Azərbaycan Respublikası Əmək və nümayəndəsi: Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Əsədullayev Əlisahib Ceyhun oğlunun Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: X7 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 36, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov, S.Dağlı, İ.Qutqaşınlı və M.Müşfiq küçələrinin kəsişməsində inşa edilən binada 07 dekabr 2023-cü il tarixdə, saat 11:01-də Şahid2 və Şahid1 əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X3 izahatında göstərdi ki, “Tikinti sahəsində qeyriformal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli, 1349 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" MMC-də monitorinq aparılmış və bu barədə 2023-cü il 7 dekabr tarixli akt tərtib edilmişdir. Akta görə Şahid2 və Şahid1 Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmişlər. Podratçı "xxxx" MMC-də monitorinqin aparılmasına baxmayaraq, digər şirkətin də məsuliyyətə cəlb edilməsi üçün faktlar olduğundan Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X12 izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov, S.Dağlı, İ.Qutqaşınlı və M.Müşfiq küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksi Şəxs MMC-yə aid olsa da, şirkət özü bilavasitə tikinti işlərini həyata keçirmir, çünki buna icazəsi yoxdur. Buna görə də tikinti işlərinin aparılması üçün müvafiq icazəsi olan "xxxx" MMC ilə podrat müqaviləsi bağlanılmış, eyni zamanda digər işlərin yerinə yetirilməsi üçün "xxxx" MMC və bir neçə fiziki şəxslərlə də belə müqavilə imzalanmışdır. Bununla belə, "xxxx" MMC ərazidə olan taxta və dəmir tullantılarının yığılması və daşınmasını öz üzərinə götürmədiyindən, bu işləri görmək üçün bir neçə şəxslərə müraciət olunmuşdur. Tikinti sahəsində fərdi sahibkar kimi fəaliyyət göstərən və öz briqadası olan X13 bu işləri yerinə yetirmək üçün Şahid2 və Şahid1 həmin əraziyə göndərmişdir. Şəxs MMC tərəfindən həmin şəxslərə əmək müqaviləsi bağlanılması təklif olunsa da, onlar digər yerdə əmək müqavilələri olduğu üçün bundan imtina etmiş, sadəcə olaraq tələb olunan vaxtda gəlib işlərini görərək pullarını alacaqlarını bildirmişlər. Buna görə də onlarla xidmət müqaviləsi bağlanılmışdır. Monitorinq aparılan günü də bu şəxslər həmin ərazidə olmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı tərəfindən sorgu-sual edilən zamanı Şahid2 və Şahid1 X13 tərəfindən işə cəlb edilməsi səslənmişdir. Göründüyü kimi, Şahid2 və Şahid1 əmək müqaviləsi olmadan işə cəlb edilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov, S.Dağlı, İ.Qutqaşınlı və M.Müşfiq küçələrinin kəsişməsində inşa edilən binada isə onlar Şəxs MMC-nin əsas fəaliyyət sahəsinə aid işləri yerinə yetirməmişlər. Lakin, bu hallar araşdırılmamışdır. Bundan əlavə, Agentlik tərəfindən qeyd edilən ərazidə tikinti işləri ilə məşğul olan "xxxx" MMC barəsində yoxlamanın aparılması nəzərdə tutulmuş, məhz bu şirkətlə bağlı müvafiq qərar qəbul edilmiş və yoxlamaların vahid məlumat reyestrindən çıxarış da həmin şirkət barəsində verilmişdir. Bununla belə, Agentliyin əməkdaşları tərəfindən Şəxs MMC də barəsində yoxlama həyata keçirmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.11-ci maddəsinə görə plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 3.2-ci maddəsinin tələblərinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, onun əsas peşəsi qaynaqçı olsa da, bu sahədə işləmək sərf etmədiyindən o, tikinti obyektlərində tökülən taxta və dəmir parçalarını yığmaqla məşğul olur, bunun əvəzində də pul alır. X1 briqadasında qəlibçi işləmiş, lakin əmək haqqı onu qane etmədiyinə görə oradan çıxmışdır. Bir müddət “8-km dairəsi” deyilən ərazidə olan “fəhlə bazarı”nda iş axtarmış, orada da Şahid1lə tanış olmuşdur. Daha sonra X9 briqadasında işləməyə başlamışlar. Bir gün Ə.Hacıyev onlara “Space” televiziyasının arxasında inşa edilən binada olan tullantı taxta və dəmirləri yığmağı məsləhət görərək onları həmin yerə göndərmişdir. Xidməti müqavilə bağlanıldıqdan sonra onlar həftədə 2-3 dəfə həmin yerə gələrək qeyd olunan işləri görmüş və bunun müqabilində hər dəfəsinə 20-25 manat pul almışlar. Onunla əmək müqaviləsinin bağlanılması təklif olunsa da, özü bundan imtina etmiş, çünki rejimlə işləmək onu qane etmir. Yoxlama aparılan vaxtı sorgu-sual edilərkən qaynaqçı işləməsini deyərkən əsas peşəsinin bu sahə olduğunu bildirmək istəmiş, lakin belə işi həmin ərazidə görməmişdir. Məhkəmədə Şahid1 izahatında bildirdi ki, o, “8-km dairəsi” deyilən ərazidə olan “fəhlə bazarı”nda işləyərkən Şahid2 ilə tanış olmuşdur. Bir müddət də X9 briqadasında işləmişdir. Lakin gündəlik eynə yerdə işləmək ona sərf etmədiyi üçün Ə.Hacıyevin təklifi əsasında hər dəfəsinə 20-25 manat pulun müqabilində “Space” televiziyasının arxasında inşa edilən binada olan taxta və digər tullantıları həftədə 2-3 dəfə yığmaqla iş görməyə razılaşmışdır. Orada ona əmək müqaviləsi əsasında daimi iş təklif edilsə də, o, bununla razılaşmamış, görəcəkləri işlərlə bağlı onlarla xidməti müqavilə bağlanılmışdır. Həmin ünvanda əlavə tikinti işləri ilə məşğul olmamışdır. İş materiallarında olan: • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 32490 və 29356 nömrəli tikinti obyektlərində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3- 45/3-2-53/2023 saylı qərarı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1349 saylı Fərmanına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" MMC-də 2023-cü ilin 6-8 dekabr tarixlərində plandankənar yoxlamanın (monitorinq) həyata keçirilməsi qərara alınmışdır; • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2023-cü il tarixli, KY232062408 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binası ilə bağlı "xxxx" MMC-də yoxlama xx.xx.2023-cü il tarixdə başlanır, xx.xx.2023-cü il tarixdə bitir; • "xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair Arayış”a görə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi zamanı 39 nəfər şəxs yoxlanılmışdır. Yoxlanılan şəxslərdən 2 nəfər (Şahid2 və Şahid1) Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmişdir; • Diskdə olan videogörüntüdə Şahid2 əmək müqaviləsinin X8 ilə bağlanıldığı bildirilir, həm o, həm də Şahid1 Əvəz adlı şəxsin onların işə cəlb etdiyini söyləyir; • “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə Şahid2 qəlibçi üzrə işə götürülüb, işəgötürən də X5r; • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Şahid2 X8 (VÖEN: **********) və X13 (VÖEN: **********) ilə, Şahid1 isə X13 (VÖEN: **********) ilə əmək müqavilələri mövcuddur; • Şəxs MMC ilə Şahid2 və Şahid1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli xidməti müqavilələrə görə “Sifarişçi”nin (Şəxs MMC) sifarişi əsasında “İcraçı” (Şahid2 və Şahid1) Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilən çoxmərtəbəli binalarda fəhlə işlərinin yerinə yetirilməsini öz öhdəsinə götürür (1.1-ci bənd), “İcraçı” işlərin görülməsi ilə əlaqədar xidmət haqqını bu müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş işi təhvil verdikdən sonra tələb etmək hüququna malikdir və iş vaxtı materialların, konstruksiyaların, tikinti məmulatlarının, avadanlıqların səliqə ilə yığılmasına, yerləşdirilməsinə, səmərəli istifadəsinə cavabdehdir (2.2.5 və 2.2.6-cı bəndlər). Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 32490 və 29356 nömrəli tikinti obyektlərində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-45/3-2-53/2023 saylı qərarı ilə “Tikinti sahəsində qeyrirəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1349 saylı Fərmanına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "xxxx" MMC-də 2023-cü ilin 6-8 dekabr tarixlərində plandankənar yoxlamanın (monitorinq) həyata keçirilməsi qərara alınmış və bu cəmiyyət barəsində keçiriləcək yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alındıqdan sonra göstərilən ünvanda çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirən "xxxx" MMC-dən əlavə, yoxlama həmçinin onun predmeti olmayan Şəxs MMC-yə aid edilmişdir. Monitorinqin nəticələrinə dair tərtib olunmuş arayışa görə "xxxx" MMC-də qeyri-formal məşğulluq hallarının monitorinqi zamanı 39 nəfər şəxs yoxlanılmış və onlardan 2 nəfərin - Şahid2 və Şahid1 Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi aşkar olunmuşdur. Halbuki, yoxlamanı əks etdirən videogörüntüdə Şahid2 əmək müqaviləsinin X8 ilə bağlanılması bildirilmiş, həm onu, həm də Şahid1 Əvəz adlı şəxsin işə cəlb etdiyi səsləndirilmişdir. Bundan əlavə, müvafiq elektron informasiya sistemində Şahid2 X8 (VÖEN: **********) və X13 (VÖEN: **********) ilə, Şahid1 isə X13 (VÖEN: **********) ilə əmək müqavilələrinin olması müəyyən olunur. Eyni zamanda, Şəxs MMC ilə Şahid2 və Şahid1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli xidməti müqavilələrə görə onlar Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilən çoxmərtəbəli binalarda materialların, konstruksiyaların, tikinti məmulatlarının, avadanlıqların səliqə ilə yığılmasına, yerləşdirilməsinə, səmərəli istifadəsinə cavabdehdirlər və bunun müqabilində xidmət haqqı alırlar. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən yuxarıda qeyd olunan hallar tam şəkildə araşdırılmamış, yoxlama zamanı videoçəkilişdə səslənilmiş məsələyə aydınlıq gətirilməsi üçün Şahid2 və Şahid1 əmək müqaviləsi üzrə işəgötürənləri işə cəlb edilib izahatları alınmamış, onların Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl bəy Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasına kim tərəfindən göndərilməsi dəqiqləşdirilməmiş, həmin şəxslərin Şəxs MMC-nin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirib-yetirilməməsinə və tərəflər arasında bağlanılmış xidməti müqaviləyə aydınlıq gətirilməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC-nin təqsirliyinə dair mötəbər sübutlar toplanılmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2-ci maddə); • Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-96/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-96/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver