Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-960/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 172; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Bravo” marketdə 05 fevral 2025-ci il tarixdə “Red Bull energy drink 250 ml” adlı enerji içkisinin üzərində qiyməti 03 (üç) manat 39 (otuz doqquz) qəpik göstərilsə də, kassada 03 (üç) manat 49 (qırx doqquz) qəpik hesablanaraq satılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Eyni zamanda “elektron kabinet” vasitəsilə Şəxs MMC-nin nümayəndəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • ahaciyev19@gmail.com elektron poçt ünvanından Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mailto:office@competition.gov.azElektron ünvan 2 rəsmi elektron poçt ünvanına xx.xx.2025-ci il tarixdə, saat 10:52-də göndərilmiş məktubda qeyd olunur ki, vətəndaş X2 xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən marketdən alış-veriş etdikdə rəfdə qeyd olunan qiymətlə ödəniş etdiyi qiymət arasında fərq yarandığını təsbit etmişdir. “Red Bull energy drink 250 ml” adlı enerji içkisinin qiymətinin 03,39 manat qeyd edilməsinə baxmayaraq kassa çekində 03,49 manat əks edilmişdir. Marketin əməkdaşları heç bir reaksiya verməmişlər. Sözügedən market barədə inzibati xəta haqqında protokol tərtib edilməsinə və ödədiyi əlavə məbləğin ona geri qaytarılmasına yardımçı olunmasını xahiş edir; • 05.02.2024-cü il tarixli, 44 saylı satış çeki və şəkildən aydın olur ki, piştaxtada “Red Bull energy drink 250 ml” adlı enerji içkisinin qiyməti 03 (üç) manat 39 (otuz doqquz) qəpik göstərilsə də, həmin içki kassada 03 (üç) manat 49 (qırx doqquz) qəpik hesablanaraq satılmışdır; • Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddə əsasında Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Aldatma niyyətinin müəyyən edilməsi ilə bağlı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olunur: “...aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur”. Hazırki məsələ ilə bağlı bildirilir ki, Şirkətin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tətbiqi üçün imperativ şərt kimi müəyyən olunan aldatma niyyəti olmamışdır. Sözügedən məhsulun mağazadakı yerləşdirilməsi təchizatçı Şirkət tərəfindən həyata keçirilib. Lakin mağazada iş çoxluğu və müştəri sıxlığı səbəbindən, yeni gətirilmiş məhsullardakı qiymət dəyişikliklərini nəzərdən keçirmək müəyyən vaxt alıb. Həmin gün mağazaya bir çox yeni məhsul gəlib və qiymətlərin yoxlanılması prosesi mərhələli şəkildə həyata keçirilib. Lakin bu vəziyyətin heç bir zaman müştərini aldatmaq və ya onun pulunu mənimsəmək məqsədi daşımadığı aydındır. Əlavə olaraq Şirkətə məxsus mağazalarda müştəri müraciətləri ilə bağlı Müştəri Xidmətləri fəaliyyət göstərir və müştərilərin bütün narahatçılıqları ilə bağlı maraqlanılır və buna dair tədbirlər görülür. Mağazalarda müştərilərlə maraqlanan belə bir xidmətin olması bir daha təsdiq edir ki, Şirkətin məqsədi müştəriləri aldatmaq deyil, onların müraciətləri ilə maraqlanaraq hazırki məsələyə oxşar halların qarşısının alınması və doğurdan da qiymət fərqi mövcud olduğu halda həmin fərqin müştəriyə ödənilərək narazılığın aradan qaldırılmasından ibarətdir. Belə olan halda, Şirkətin mötəbər olmayan sübutlar - müştəri tərəfindən müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər əsasında İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması əsassız və qanunsuz olmaqla Şirkətin maddi və prosessual hüquqlarının pozuntusuna səbəb olacaqdır. İş üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Eyni zamanda, məhkəmə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən göndərilən etirazda qeyd edilən halı üzrlü hesab etmir, çünki hazırki məsələ üzrə qanunun birbaşa imperativ tələbi mövcuddur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin birinci abzasına görə satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin Şəxs MMC tərəfindən pozulması, yəni istehlakçının hüququnun pozulması tam sübuta yetirilir. Buna görə də qurum Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-960/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-960/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver