Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-978/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 113E, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində təqdim edilməmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə əsasən emitentin illik hesabatını 7 gün ərzində təqdim olunması tələb edilmiş və məsələnin daha operativ həlli məqsədi ilə poçt vasitəsilə yanaşı müvafiq sənədlərin mailto:turkan_babazada@cbar.azElektron ünvan 1 elektron poçt ünvanına göndərilməsinin mümkünlüyü də göstərilmişdir. Həmin məktubu ASC xx.xx.2022-ci il tarixdə aldıqdan sonra şirkətin əməkdaşı Fərid Abbasov tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 15:28-də Mərkəzi Banka e-mail vasitəsilə tələb olunan sənədlər – audit rəyi, maliyyə hesabatları və illik hesabat forması göndərilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, sistemdə baş vermiş xəta ilə əlaqədar olaraq həmin sənədlər ünvana çatmamışdır. Məsələyə dair dərhal məlumat əldə etdikdən sonra qeyd olunan sənədlər təkrarən Mərkəzi Banka göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: • Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17668 saylı məktubda qeyd olunur ki, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq Qanunun 83.0.9-cu maddəsinə əsasən emitentin illik hesabatını 7 gün ərzində təqdim olunması tələb edilmişdir. Eyni zamanda məktubda göstərilmişdir ki, məsələnin daha operativ həlli məqsədi ilə poçt vasitəsilə yanaşı müvafiq sənədlərin mailto:turkan_babazada@cbar.azElektron ünvan 1 elektron poçt ünvanına göndərilməsi mümkündür; • “ALİB EXPRESS” poçt xidmətinin 171156 saylı qaiməsinə görə bu məktub Şəxs ASC-yə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır; • mailto:farid.abbasov@outlook.comElektron ünvan 3 elektron poçt ünvanından mailto:turkan_babazada@cbar.azElektron ünvan 1 elektron poçt ünvanına xx.xx.2022-ci il tarixdə, saat 15:28-də göndərilmiş məktubda Şəxs ASC üzrə audit rəyi, maliyyə hesabatları və illik hesabat formasının əlavə olunduğu qeyd olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: • Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir (75.2-ci maddə); • Emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır: maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi; idarəetmə hesabatı (75.3-cü maddə); • İllik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir (75.5-ci maddə); • Qiymətli kağızlar bazarının tənzimlənmə və nəzarətin əsas vəzifələrinə, həmçinin bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əməl edilməsinə nəzarət etmək, onların pozulması halları aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün icrası məcburi göstərişlər vermək aiddir (83.0.9-cu maddə). Beləliklə məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17668 saylı məktubda “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə əsasən emitentin illik hesabatının 7 gün ərzində təqdim olunması tələb edilmiş, eyni zamanda məsələnin daha operativ həlli məqsədi ilə poçt vasitəsilə yanaşı müvafiq sənədlərin mailto:turkan_babazada@cbar.azElektron ünvan 1 elektron poçt ünvanına göndərilməsi bildirilmişdir. Bu məktub Şəxs ASC-yə xx.xx.2022-ci il tarixdə çatdırılmış və şirkətin əməkdaşı tərəfindən mailto:farid.abbasov@outlook.comElektron ünvan 3 elektron poçt ünvanından mailto:turkan_babazada@cbar.azElektron ünvan 1 elektron poçt ünvanına xx.xx.2022-ci il tarixdə, saat 15:28-də göndərilmiş məktubda Şəxs ASC üzrə audit rəyi, maliyyə hesabatları və illik hesabat formasının əlavə olunduğu qeyd olunmuşdur. Göründüyü kimi, Şəxs ASC tərəfindən Mərkəzi Bankın tələb etdiyi məlumatlar vaxtında təqdim olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından, Şəxs ASC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-978/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-978/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver