Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-983/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin podratçısı X4 vəkili X9, tələbkarlar X6 və X2 nümayəndələri Fərdi qaydada fəaliyyət göstərən vəkil X12, tələbkar “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin nümayəndələri X12 və X7 iştirakları ilə, Şəxs MMC-nin podratçısı X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs MMC-nin podratçısı X10 Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2866/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olan kommunikasiya sistemlərinin, o cümlədən su, kanalizasiya, təbii qaz və elektrik enerjisi xətlərinin zədələnməsi, “Azərbaycan Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ofisində çalışan əməkdaşların piyada və öz avtomobilləri ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ofisinə giriş-çıxışları zamanı onların həyatlarına təhlükə yarada biləcək hər-hansı fəaliyyət Şəxs MMC-yə və onun podratçılarına qadağan edilmişdir. “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinin uçmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə kotlavan qazılmış hissənin xarici divarından 5,94 metr olmaqla, həmin kotlavanın Şəxs MMC tərəfindən torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi və bir daha ara məsafəsi daxilində söküntü və tikinti işlərinin aparılması Şəxs MMC-yə və onun podratçılarına qadağan edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclu Şəxs MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu Şəxs MMC-nin podratçısı X10 tərəfindən könüllü olaraq tam icra edilməmişdir. Belə ki, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin əsas giriş-çıxış yolunun bağlanması, həmçinin gecələr işıqların sönməsi və suyun kəsilməsi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs MMC-nin podratçısı X10 tərəfindən icra vərəqəsində qeyd olunan tələblər qismən icra edilmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X15 bildirmişdir ki, Şəxs MMC-nin podratçısı X10 tərəfindən hər hansı qərəzlilik nümayiş etdirilməmiş və icra məmurunun qanuni tələbindən yayınmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələblər yerinə yetirilmişdir. “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin yolun bağlanması ilə bağlı tələbi əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ofisə giriş-çıxış zamanı “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin əməkdaşlarının həyatlarına təhlükə yarada biləcək hər-hansı fəaliyyət qadağan olunduğundan, hal-hazırda həmin yolun bağlanması ilə bağlı həmin əməkdaşların həyatına təhlükə törədə biləcək fəaliyyət mövcud deyil. Halbuki, Şəxs MMC-nin podratçısı X10 tərəfindən icra sənədində qeyd olunan bütün tələblər yerinə yetirilmişdir. “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin əməkdaşlarının təhlükəsiz şəraitdə ofisə giriş-çıxışını təmin edən yol mövcuddur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin nümayəndəsi X17 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2866/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olan kommunikasiya sistemlərinin, o cümlədən su, kanalizasiya, təbii qaz və elektrik enerjisi xətlərinin zədələnməsi, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ofisində çalışan əməkdaşların piyada və öz avtomobilləri ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ofisinə giriş-çıxışları zamanı onların həyatlarına təhlükə yarada biləcək hər-hansı fəaliyyət Şəxs MMC-yə və onun podratçılarına qadağan edilmişdir. “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinin uçmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə kotlavan qazılmış hissənin xarici divarından 5,94 metr olmaqla, həmin kotlavanın Şəxs MMC tərəfindən torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi və bir daha ara məsafəsi daxilində söküntü və tikinti işlərinin aparılması Şəxs MMC-yə və onun podratçılarına qadağan edilmişdir. Lakin Şəxs MMC tərəfindən icra sənədində olan tələblər qismən həyata keçirilmişdir. Belə ki, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin həyətində 3 giriş mövcud olsa da, həmin girişlərdən əsas olanı Şəxs MMC bağlanmış, bununla da, Assosiyasıyanın əməkdaşlarının ofisə təhlükəsiz giriş-çıxışına maneələr yaradılmışdır. Şəxs MMC tərəfindən kanalizasiya və su ilə bağlı tələblər yerinə yetirilsə də, elektriklə bağlı tələb yerinə yetirilməmişdir. Belə ki, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyi tərəfindən elektriklə bağlı alınmış kabellər sonradan Şəxs MMC tərəfindən kəsilib aparılmışdır. Şəxs MMC icra məmurunun qanuni tələblərini yerini yetirmir və barələrində qəbul edilmiş qərarları yerinə yetirməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq, inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin nümayəndəsi X14 da X17 ilə eyniu məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin podratçısı X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2866/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinə daxil olan kommunikasiya sistemlərinin, o cümlədən su, kanalizasiya, təbii qaz və elektrik enerjisi xətlərinin zədələnməsi, “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ofisində çalışan əməkdaşların piyada və öz avtomobilləri ilə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ofisinə giriş-çıxışları zamanı onların həyatlarına təhlükə yarada biləcək hər-hansı fəaliyyət Şəxs MMC-yə və onun podratçılarına qadağan edilmişdir. “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin ünvan 1 ünvanında yerləşən ofisinin uçmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə kotlavan qazılmış hissənin xarici divarından 5,94 metr olmaqla, həmin kotlavanın Şəxs MMC tərəfindən torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi və bir daha ara məsafəsi daxilində söküntü və tikinti işlərinin aparılması Şəxs MMC-yə və onun podratçılarına qadağan edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli “söküntü, qazıntı və daşınma xidməti” müqaviləsinin surətindən görünür ki, sifarişçi Şəxs MMC-nin direktoru X13 və icraçı fərdi sahibkar X10 arasında bağlanmış müqaviləyə əsasən söküntü, qazıntı və daşınma xidmətlərinin həyata keçirilməsi icraçı X10 tərəfindən təmin edilməlidir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra vəziyyətinin yoxlanılması əsasında “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanına gələrək aparılmış yoxlama zamanı “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X5” İctimai Birliyinin fəaliyyət göstərdiyi binanın arxa tərəfində 5.94 metr daxildə qazılmış katlavanın borclu "xxxx" MMC tərəfindən tam doldurulduğu müəyyən edilmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, icra məmuru icra sənədinin icrası ilə əlaqədar mövcud yolun yararsız vəziyyətə salınması, əraziyə verilən suyun borclu tərəfindən kəsilməsi ilə bağlı məlumat əsasında qeyd edilən ünvana gələrək baxış zamanı Şəxs MMC-nin podratçısı X10 17 fevral 2024-cü il tarixdə su xəttinin deformasiyaya uğraması səbəbindən su sızmasının baş verməsini, suyun təzyqinin yüksək olması səbəbindən "xxxx" ASC-yə müraciət edilməsini və yolun yararsız vəziyyətə düşməsinin "xxxx" ASC tərəfindən aparılmış qazıntı işləri ilə əlaqədar olduğunu bildirmişdir. İcra yerində olarkən mövcud yol bərpa olunmuş, torpaq bərkidilmiş və üzəri çınqıllı daşlarla örtülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Belə ki, borclunun üzərinə qoyulmuş qadağanı qəbul etməsi, icra sənədində göstərilmiş tələblərin əksər hissəsinin tam olaraq yerinə yetirildiyini, onun icrasından boyun qaçırmadığı, icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin podratçısı X10 icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin podratçısı X4 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-983/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-983/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver