Məhkəmə qərarları › İş №3(006)-985/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-985/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-985/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) nümayəndəsi X1 iştirakları ilə, "xxxx" QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili, ev 16; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 538.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" QSC-nin Azərbaycan Respublikasının İXM-nin 538.1-ci maddəsi maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ünvan 3 ünvanında yerləşən "xxxx" QSC-nin xidmət sahəsində ölçmə vasitələrinin yoxlamadan keçirilmədən və tipi təsdiq edilmədən istismar edilməsi aşkar olunmuş, bununla da Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, təqdim olunmuş məlumat əsasında tərəflərindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" QSC-nin xidmət sahəsində 6713 ədəd müxtəlif təyinatlı cihaz avadanlığın yoxlamadan keçirilmədiyi, 119 adda ölçmə vasitəsinin tipinin təsdiq edilmədiyi müəyyən edilmiş, o cümlədən 151 adda ölçmə vasitəsinə dair məlumatlar təqdim edilmədiyindən tipinin təsdiq olunub-olunmadığının dəqiqləşdirilməsi mümkün olmamışdır. Daha sonra, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddə ilə bağlı heç bir pozuntunun olmadığını bildirərək inzibati xətanın xx.xx.2023-cü il tarixdə baş verdiyinin onlara məlum olduğunu bildirmişdir. Göstərilənlərə əsasən “Bakı Metropoliteni» QSC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, qeyd edilən pozuntular xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən aşkar edilmiş, lakin pozuntular artıq tamamilə aradan qaldırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, inzibati xətanın törədildiyi vaxt, yəni 10 mart 2023-cü ildə bu növ inzibati xətalara görə hadisənin baş verdiyi vaxtdan 4 ay ərzində inzibati tənbeh verilə bilərdi. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aktının surətindən görünür ki, təqdim olunmuş məlumat əsasında, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı məsləhətçi X6, Azərbaycan Metrologiya İnstitunun böyük metroloqu X2 "xxxx" QSC-də Dövlət Xidmətinə QSC tərəfindən cavablandırılmış xx.xx.2023-cü il tarixli 13-19/2-055/2023 nömrəli məktuba əsasən QSCnin elektrik təchizat xidməti, elektro mexanika xidməti, işarəvermə və rabitə xidməti, eskalator xidməti, elektrik mühərriklərinin əsaslı təmir xidməti, yol xidməti, tikinti departamenti, depolar üzrə iş departamentində həmin qurumun diaqnostika və metroloji təminat mərkəzinin rəisi X3 iştirakı ilə yuxarıda qeyd olunan ünvanda fəaliyyət göstərən müəssisədə istismar olunan ölçmə vasitələrinin metroloji qayda və normalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinq həyata keçirilmiş və həmin ölçmə vasitələrinə dair məlumatları əks etdirən siyahıdan görünür ki, 6713 ədəd müxtəlif təyinatlı cihaz avadanlığın yoxlamadan keçirilmədiyi, 119 adda ölçmə vasitəsinin tipinin təsdiq edilmədiyi müəyyən edilmiş, həmçinin, 151 adda ölçmə vasitəsinə dair məlumatlar təqdim edilmədiyindən tipinin təsdiq olunub-olunmadığının dəqiqləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənovun "xxxx" QSC sədrinin ümumi işlər üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Tərlan Dadaşova xx.xx.2023-ci il tarixli ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində aparılan monitorinq zamanı aşkar edilmiş pozuntular barədə müraciət məktubunun surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən "xxxx" QSC-də istismar olunan 6713 ədəd müxtəlif təyinatlı cihaz avadanlığın yoxlamadan keçirilməsi, 119 adda tipi təsdiq edilməmiş və 151 adda məlumatları tam olmayan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 30 gün müddətində məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənovun "xxxx" QSC-nə xx.xx.2023-ci il tarixli müraciətə baxılmanın nəticəsi barədə müraciət məktubunun surətindən görünür ki, aşkar edilmiş pozuntularla əlaqədar qeyd olunan nöqsanları xx.xx.2023-ci il tarixədək aradan qaldırıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayevin "xxxx" QSC-nə xx.xx.2023-ci il tarixli müraciətə baxılmanın nəticəsi barədə müraciət məktubunun surətindən görünür ki, aşkar edilmiş pozuntularla əlaqədar qeyd olunan nöqsanları xx.xx.2023-ci il tarixədək aradan qaldırıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənovun "xxxx" QSC-nə xx.xx.2023-ci il tarixli ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində aparılan monitorinq zamanı aşkar edilmiş pozuntular barədə müraciət məktubunun surətindən görünür ki, sözügedən nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi və bu barədə məlumatların xx.xx.2023-ci il tarixədək Dövlət Xidmətinə təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin sədri Zaur Hüseynovun Azərbaycan Respublikasınən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənova xx.xx.2023-ci il tarixli müraciət məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli AİBNDX-12/01-5/4682 saylı müraciətinizdə "xxxx" QSC-nin strukturuna daxil olan və ya strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istismar olunan ölçmə vasitələrinin metrololi qayda və normalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlərin həyata keçirilməsinin nəzərdə tutulması bildirilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin müxtəlif növ ölçmə vasitələrinin kalibrovka xidmətinin satınalınması üzrə açıq tender elan olunmuş və xx.xx.2022-ci il tarixdə tenderin qalibı elan olunan "xxxx" MMC tərəfindən ölçmə cihazlarının yoxlamadan keçirilməsi haqqında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlanmışdır. "xxxx" MMC-də çatışmazlıqlar olduğundan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müraciətin cavabı müsbət olmamışdır. Bu səbəbdən ölçmə vasitələri 2022-ci ildə yoxlamadan keçirilməmişdir. Məlum olduğu kimi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin obyektlərində ölçmə vasitələrinin metrololi norma və qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinq sonradan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həyata keçirilmişdir. Aparılmış monitorinqin nəticəsi olaraq "xxxx" QSC-də istismar olunan 6713 ədəd müxtəlif təyinatlı cihaz və avadanlığın yoxlamadan keçirilməməsi, 119 adda tipi təsdiq edilməmiş və 151 adda ölçmə vasitələrinə dair məlumatlar təqdım edilmədiyindən tipinin təsdiq olunub-olunmadığının dəqiqləşdirilməsinin mümkün olmaması kımi qüsurlar qeyd olunmuş və xx.xx.2023-cü il tarixdə 3-21-1/2- 22528/2023 saylı məktubla "xxxx" QSC-yə müraciət olunaraq, nöqsanların aradan qaldırılması və xx.xx.2023-cü il tarixədək görülən işlər barəsində məlumatın təqdim olunması xahiş olunmuşdur. Məktuba cavab olaraq bildirilmişdir ki, monitorinqlə müəyyən olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə 151 adda ölçmə vasitələrinə dair məlumatlar əldə edilmiş və tipinin təsdiq olunub-olunmadığı “Azərbaycan Metrologiya İnstitutu” tərəfindən dəqiqləşdirilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi ilə əməkdaşlıq çərçivəsində "xxxx" QSC üzrə 158 adda tipi təsdiq edilməmiş müxtəlif təyinatlı cihaz və avadanlığın siyahısı tərtib edilərək, həmin qurum tərəfindən qeyd edilən cihaz və avadanlığın tipinin müəyyən edilməsi üçün qiymət təklifi təqdim edilmiş, həmçinin cəmiyyətin struktrur bölmələrində istifadə olunan 399 adda müxtəlif təyinatlı cihaz və avadanlığın (əsas və nümunəvi cihazlar) yoxlama və kalibrləmədən keçirilməsi üçün “Azərbaycan Metrologiya İnstitutu"ndan qiymət təklifi alınmışdır. "xxxx" QSC-nin struktur bölməsi olan Diaqnostika və metrololoii təminat mərkəzinin yuxarıda qeyd olunan diaqnostika və metroloii ölçmələrinin gündəlik iş refimində yoxlanıldığını və bu struktur vahidinin sərnişındaşımaların fasıləsızlıyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olmasını nəzərə alaraq, Diaqnostika və metrolololi təminat mərkəzinin Metrologiya laboratoriyasının “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən ölçmə vasitələrinin daxili yoxlanılması (işçi cihazlarının) fəaliyyətinin akkreditasiya olunmasına razılıq verilməsi "Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi ilə 158 adda tipi təsdiq edilməmiş muxtəlif təyinatlı cihaz və avadanlığın tipinin təsdiq olunması üçün 41496.00 manat (qırx bir min dörd yüz doxsan altı manat 00 qəpik) dəyərində və cəmiyyətin struktrur bölmələrində istifadə olunan 399 adda müxtəlif təyinatlı cihaz və avadanlığın (əsas və nümunəvi cihazlar) yoxlama və kalibrləmədən keçirilməsi üçün 41150.85 manat (qırx bir min yüz əlli manat 85 qəpik) dəyərində bir mənbədən satınalınma metodu tətbiq edilməklə müvafiq xidmətlərin satınalınmasına razılıq verilməsi məqsədilə "xxxx" QSC-nın sədri tərəfındən Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova xx.xx.2023-cü il tarixli 13-19/2-841/2023 nömrəli məktubla müraciət olunmuş və müraciətə müsbət cavab (xx.xx.2023-cü il tarixli 321-1/2-12352/2023 nömrəli) alınmışdır. Beləliklə, "xxxx" QSC ilə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqı şəxs arasında müxtəlif təyinatlı cihaz və avadanlıqların tipinin təsdiq edilməsinin satınalınması üçün xx.xx.2023-cü il tarixli BM/T/X-23-235(66) saylı müqavilə və müxtəlif təyinatlı cihaz və avadanlıqların yoxlanılma və kalibrləmə xidmətinin satınalınması üçün xx.xx.2023-cü il tarixli BM/T/X-23-235(67) saylı xidməti müqavilələr imzalanmışdır Bağlanmış müqavilələr üzrə nəzərdə tutulmuş işlərin icrası tamamlanmış və hazırda yekun sənədləşmə işləri aparılır. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək (və ya) xidmətlər göstərmək üçün akkreditasiyanın aparılması məqsədilə "Bakı Metropoliteni QSC-nin Diaqnostika və metrololoji təminat mərkəzinin Metrologiya laboratoriyasının akkreditasiyadan keçirilməsi üçün Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 3.1-ci bəndinə əsasən həmin Qaydaların əlavəsində göstərilən “Müraciət forması”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə tərəflərindən xx.xx.2023-cü il tarixli 13-19/2- 1651/2023 saylı məktubla müraciət edilmiş və həmin Qaydaların 3.2-ci bəndində qeyd olunan sənədlər müraciətə əlavə edilmişdir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin xidmət sahəsində 6713 ədəd müxtəlif təyinatlı cihaz avadanlığın yoxlamadan keçirilmədiyi və 119 adda ölçmə vasitəsinin tipinin təsdiq edilmədiyi müəyyən edilmiş, həmçinin, 151 adda ölçmə vasitəsinə dair məlumatlar təqdim edilmədiyindən tipinin təsdiq olunub-olunmadığının dəqiqləşdirilməsi mümkün olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələrinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" QSC Azərbaycan Respublikasının İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 538.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, "xxxx" QSC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, inzibati xəta hadisəsi törədildiyi gündən, yəni xx.xx.2023-cü il tarixindən hazıradək dörd aydan artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" QSC Azərbaycan Respublikasının İXM-nin 538.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 53, 114- 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" QSC Azərbaycan Respublikasının İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar