Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-99/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Zərərçəkmiş şəxs Vaqif oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 dekabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 04 noyabr 2021-ci il tarixdə, saat 22:25 radələrində idarə etdiyi “Toyota Pirius” markalı, **-SK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə H.B.Əliyev küçəsində 1.1-üfüqi nişan xətlərinin tələblərinə riayət etməyərək tam olaraq nəqliyyat axımının hərəkət zolağına keçməklə əks istiqamətdə hərəkət edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbi pozularaq özündən irəlidə olan əks istiqamətli yola manevr edən “Hyundai Sonata” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hər iki avtomobili sürücüsü idarəetməni itirmişdir. Sonda özü yolun sol kənarında dayanmış “Renault Tondar” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı toqquşmuş, zərbənin təsirindən “Renault Tondar” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə və “Lexus” markalı dövlət qeydiyyat nişanlı avtomobil, “BMW X5” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı “Hyundai S” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığa – yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs C.V.Hüseynov Şəxsyev barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs yaşadığı ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (30 dekabr 2021-ci il tarixli reyestrin 35 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 1 ünvanına bildiriş göndərilmiş, lakin “köçüb” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş SMS bildirindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə sms bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş 11 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs yaşadığı ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (12 yanvar 2022-ci il tarixli reyestrin 33 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi və Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi ilə toplanmış material Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Məhkəmə X1-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 8/2959 saylı rəyindən görünür ki, 1. təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri müvafiq olaraq, 100 (bir yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli, 2/32101 və 2/32094 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, Zərərçəkmiş şəxs və Şəxs həmin tarixdə ayıq olmuşlar. İş materiallarında olan DVD diskindəki videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3- 167 nömrəli kamerası ilə 04 noyabr 2021-ci il tarixdə, saat 22:21-dən 22:35-dək olan müddət ərzində qeydə alınmışdır. Görüntülərə əsasən, “Hyundai Sonata” markalı, **-SD- *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prius” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı edərkən əks istiqamətləri yola çıxaraq yol nəqliyyat hadisəsi törətmələri müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 04 noyabr 2021-ci il tarixdə, saat 22:25 radələrində idarə etdiyi “Toyota Pirius” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə H.B.Əliyev küçəsində 1.1-üfüqi nişan xətlərinin tələblərinə riayət etməyərək tam olaraq nəqliyyat axımının hərəkət zolağına keçməklə əks istiqamətdə hərəkət edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbi pozularaq özündən irəlidə olan əks istiqamətli yola manevr edən “Hyundai Sonata” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hər iki avtomobili sürücüsü idarəetməni itirmişdir. Sonda özü yolun sol kənarında dayanmış “Renault Tondar” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı toqquşmuş, zərbənin təsirindən “Renault Tondar” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə və “Lexus” markalı dövlət qeydiyyat nişanlı avtomobil, “BMW X5” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı “Hyundai S” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığa – yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 100 (bir yüz) manat dövlət hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat dövlət hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-99/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-99/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver