Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-992/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi üzrə tərtib olunmuş 31.01.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, 31.01.2021-ci il tarixli inzibati xəta haqqında protokola görə «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi mülkiyyətində olan «Mitsubishi Outlander» minik markalı, H020937 dövlət qeydiyyat nişanlı avtomobillə 19.11.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X3 izahatında göstərdi ki, cəmiyyətin mülkiyyətində olan «Mitsubishi Outlander» minik markalı, H020937 dövlət qeydiyyat nişanlı avtomobil ilə 19.11.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumatın verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Dövlət X6 31.01.2021-ci il tarixli sorğusu 09 iyul 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında məhkəmə prosesi zamanı onların nümayəndəsinə təqdim olunmuş, həmin sorğuya şirkət tərəfindən 12 iyul 2021-ci il tarixli məktubla cavab verilərək «Mitsubishi Outlander» minik markalı, H020937 dövlət qeydiyyat nişanlı avtomobil ilə 19.11.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxsin X4 olduğu bildirilmişdir. Sorğuya verilmiş cavab 12.07.2021-ci il tarixdə həmin Səbail Rayon Dövlət X8 çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Dövlət X6 31.01.2021-ci il tarixli məktubundan aydın olur ki, «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus «Mitsubishi Outlander» minik markalı, H020937 dövlət qeydiyyat nişanlı avtomobil ilə 19.11.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Səbail Rayon Dövlət X6 31.01.2021-ci il tarixli məktubu 09 iyul 2021-ci il tarixdə «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi tərəfindən əldə edilmişdir. İş materiallarında olan «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 12.07.2021-ci il tarixli məktubla Bakı şəhəri Səbail RPİ-nin Dövlət X8 ünvanlanmış cavabda H020937 dövlət qeydiyyat nişanlı avtomobili X2 idarə etdiyi qeyd olunmuş və “ARS” Məktub və bağlamaların daşınması xidmətinin 299092 saylı poçt qəbzinə əsasən bu məktub polis şöbəsinə 12.07.2021-ci il tarixdə çatdırılmışdır. Beləliklə aydın olur ki, «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olan «Mitsubishi Outlander» minik markalı, H020937 dövlət qeydiyyat nişanlı avtomobillə 19.11.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Səbail Rayon Dövlət X8 təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: «BP Eksploreyşn (Kaspian Si) Limited» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-992/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-992/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver