Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-993/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxx 1988-ci il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Ağdam rayonunda ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən 25 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 15 mart 2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)-3030/2020 saylı icra sənədinə əsasən iddiaçı X2 4 aylıq əmək haqqı ödənişi "xxxx" MMC tərəfindən ödənilməlidir. Lakin icra müddəti ərzində tələb borclu tərəfindən icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru N.H.İbişova tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)-3030/2020 saylı icra sənədinə əsasən 2018-ci ilin iyun, iyul, avqust, dekabr ayları və 2019-cu ilin yanvar ayı üçün ödənilməmiş əmək haqqı borclu “X4” MMC-dən tələbkar R.A.Niftəliyevin xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə icraata 19 yanvar 2021-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası haqqında 19 yanvar 2021-ci il tarixdə borclu “X4” MMCyə bildiriş göndərilmiş, onun tərəfindən 15 mart 2021-ci il tarixdə çıxarılmış qərarla “X4” MMC-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 7.704 (yeddi min yeddi yüz dörd) manat həcmində həbs qoyulmuş, həmin qərar "xxxx" tərəfindən inkasso sərəncamları icraya qəbul edilərək 02 ay müddətində bankda saxlanılması nəzərdə tutulmuşdur. Görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu “X4” MMC-nin rəhbəri icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu “X4” MMC-nin rəhbərinin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən, “X4” MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4” MMC-nin rəhbəri Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X4” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)-3030/2020 saylı icra vərəqəsindən görünür ki, 2018-ci ilin iyun, iyul, avqust, dekabr ayları və 2019-cu ilin yanvar ayı üçün ödənilməmiş əmək haqqı borclu “X4” MMCdən tələbkar R.A.Niftəliyevin xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)-3030/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 19 yanvar 2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu “X4” MMC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 bildiriş göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 15 mart 2021-ci il tarixli borcunun hesabları üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, “X4” MMC-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 7.704 (yeddi min yeddi yüz dörd) manat həcmində həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Nəsimi Rayon icra şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" ASC-yə ünvanlanmış 01.06.2021-ci il tarixli, 376214404/2021-5-22 saylı məktub, müvafiq müraciətə əlavə edilmiş 05.11.2020-ci il tarixli, 2(006)-3030/2020 saylı icra vərəqəsi və 01.06.2021-c- il tarixli 14404/2021-5-22, 14404/2021-5-22-1 saylı inkasso sərəncamları icraya qəbul edilmişdir. Azərbaycan Respublikası “Nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat№”-ın şərtlərinə əsasən müvafiq sərəncam 2 ay müddətində bankda saxlanacaq və müştərinin hesabına vəsait daxil olduğu təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi şərtlərinə riayət edilməklə icra ediləcəkdir. İş materiallarında olan tələbkar R.A.Niftəliyevin 10 fevral 2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3030/2020 saylı icra işi üzrə tələbkar olaraq ona çatası 7.200 manat məbləğində ödənişdə borclu tərəf heç bir ödəniş etməmişdir. Ona çatası pulun ödətdirilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)-3030/2020 saylı icra sənədinə əsasən 2018-ci ilin iyun, iyul, avqust, dekabr ayları və 2019-cu ilin yanvar ayı üçün ödənilməmiş əmək haqqı borclu “X4” MMC-dən tələbkar R.A.Niftəliyevin xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə icraata 19 yanvar 2021-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası haqqında 19 yanvar 2021-ci il tarixdə borclu “X4” MMC-yə bildiriş göndərilmiş, icra məmuru tərəfindən 15 mart 2021-ci il tarixdə çıxarılmış qərarla “X4” MMC-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 7.704 (yeddi min yeddi yüz dörd) manat həcmində həbs qoyulmuş, həmin qərar "xxxx" tərəfindən inkasso sərəncamları icraya qəbul edilərək 02 ay müddətində bankda saxlanılması nəzərdə tutulmuşdur. Görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu “X4” MMC-nin rəhbəri icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu “X4” MMCnin rəhbərinin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icrası ilə bağlı borclu “X4” MMC-nin rəhbəri Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, “X4” MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə “X4” MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə “X4” MMC-nin rəhbəri Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-993/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-993/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver