Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-993/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, X1 Azərbaycan Respublikası DİN-in Bakı şəhər X4 İdarəsinin 23 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti (ərizəni) nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhər X4 İdarəsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3238/2023 saylı qərarı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3238/2023 saylı qərarı ilə cərimə məbləği ödəndiyindən həmin qərar ləğv edilmişdir. Azərbaycan Respublikası DİN-in Bakı şəhər X4 İdarəsinin 23 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına görə inzibati xəta Bakı şəhəri, Heydər Əliyev prospekti, 1 istiqamətindən törədilmiş, şikayət verən şəxsin yaşayış yeri isə ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi törədilən yer Bakı şəhəri Nəsimi rayon ərazi hüdudlarında yerləşmir və iş materiallarında şikayət verən şəxs tərəfindən işin qeydiyyat ünvanı üzrə baxılmasına dair vəsatət aşkar edilməmişdir. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayət aidiyyət qaydalarına uyğun verilmədiyindən geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-in Bakı şəhər X4 İdarəsinin 23 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-993/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-993/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver