Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-997/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., Mir Cəlal küç., ev 60, mənzil 89; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə tərtib olunmuş 01.03.2022-ci il tarixli, EP ******* (00100-0271/22) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC Azərbaycan Respublikasının gömrük sərhədindən az miqdarda keçirilən malları bəyan etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma və barəsində icraat aparılan hüquqi şəxsə bildiriş göndərilsə də, onların nümayəndələri məhkəmədə iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin ünvanına Çində fəaliyyət göstərən “Novatec HK Co” şirkətindən 67A76910/67A77010 nömrəli nəqliyyat vasitəsilə NH57192 nömrəli 01.12.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********8601 sorğu nömrəli 27.01.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən, hər birində 30 ədəd olmaqla 40 qutu (1200 ədəd 44.5x31x101), hər birində 25 ədəd olmaqla 25 qutu (625 ədəd 50x34x85.5) və hər birində 10 ədəd olmaqla 25 qutu (250 ədəd 56x40x111) XJL-11 model (cəmi 2.075 ədəd) plastmasdan hazırlanmış, marketlərdə istifadə üçün nəzərdə tutulmuş səbət var; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 28.02.2022-ci il tarixli, 9/917 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda marketlərdə istifadə üçün nəzərdə tutulmuş səbətlərin ümumilikdə 26.01.2022-ci il tarixə orta bazar qiyməti təxminən 21.250,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır; - 24.02.2022-ci il tarixli protokola əsasən SAR-2016MMC-nin nümayəndəsi bildirir ki, aşkar edilmiş səbətlərin başqa mal partiyasında göndəriləcəyini düşünürdük. Gələcəkdə bu kimi halların təkrarlanmamasına çalışacağıq. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 479-481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır: malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; gömrük ödənişlərini ödəmək; gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən 21.250,00 manat dəyərində mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən zaman bəyan edilməmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. halları nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Bununla əlaqədar inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində - 8.500 (səkkiz min beş yüz) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat pul Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-997/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-997/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver